İzahlı lüğət

YASLI (ID - 42875)

1. Yaxın adamının ölümü münasibətilə yas saxlayan, matəm tutan; matəm əlaməti olaraq qara geyinmiş. Yaslı adam. - Yaslıyam, baş bağlaram; Yuyaram, yaş bağlaram; Tay-tuşunu görəndə; Bağrıma daş bağlaram. (Bayatı). Yaslı gəlinlərin,...

YASLILIQ (ID - 42876)

is. Yaslı, matəmli olma.

YASLİ (ID - 42877)

[rus.] dan. bax körpələr evi (“körpə” də). [Cahan:] Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yasli bina etmişik. Ə.Haqverdiyev.

YASSAR (ID - 42878)

sif. və is. məh. 1. Bacarıqsız, fərasətsiz, əlindən iş gəlməyən, fərsiz. [Zalxa:] ..Hamı heyifsilənirlər ki, Tarverdi necə gözəl oğlandır, heç tayı yoxdur, amma çifayda qorxaqdır, yassardır. M.F.Axundzadə. [Əbdürrəhman bəy:]...

YASSARLANMA (ID - 42879)

“Yassarlanmaq”dan f.is.

YASSARLANMAQ (ID - 42880)

f . məh. 1. İşə yaramaz hala gəlmək; kütləşmək.
2. Çirkinləşmək, pisləşmək.

YASSARLIQ (ID - 42881)

is. məh. Bacarıqsızlıq, fərasətsizlik, əlindən iş gəlməmə, fərsizlik.

YASTAN(A) (ID - 42882)

is. məh. Dağda, təpədə, dikdirdə, qayalıqda yastı düz yer. Alaçığı yastanada qurmaq. - Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastana toplanmışdı. “Qaçaq Nəbi” . Gülü qızı güllü-çiçəkli bir yastanda dəfn...

YASTANMAQ (ID - 42883)

bax yaslanmaq. Bimartənində qalmayıb tab; Qılmışdı məzarə yastanıb xab. Füzuli.

YASTI (ID - 42884)

sif. 1. Səthi düz, üzərində girintiçıxıntı olmayan. Yastı tava daşı. Yastı təpə. Yastı yer. // Yatıq, batıq, basılmış kimi olan. Yastı döş. Yastı burun. - [Gülgəzin] qulaqlar ındakı iri, yastı qızıl sırğalar ağacda...

YASTIAĞIZ (ID - 42885)

is. Tutan tərəfi (ağzı) uzun və yastı olan qısqac (alət).

YASTIBALABAN (ID - 42886)

is. Balaban növü. Xanəndə yastıbalabanla oxuyub gecəyə xitam verərdi. H.Sarabski.

YASTIBAŞ (ID - 42887)

sif. Başı yastı olan.

YASTIBIĞ (ID - 42888)

sif. Bığı yastı olan.

YASTIBURUN (ID - 42889)

sif. Bumu yastı olan. Balaca, yastıburun Zivər gəlib Kərimin qucağında oturdu. M.İbrahimov.

YASTIBUYNUZ (ID - 42890)

sif. Buynuzu yastı olan.

YASTICA (ID - 42891)

sif. Yastı.

YASTIDABAN (ID - 42892)

sif. Dabanı hündür olmayan, dabanı yastı olan. Xəstə Əsgər yenə də Gülöyşəyə nəzər saldı, qapıdan çıxaraq bir ayağına çəkmə, o biri ayağına yastıdaban çust geymiş Əlyara tərəf əyilərək nə isə pıçıldadı. S.Rəhimov....

YASTIDİB(Lİ) (ID - 42893)

sif. Dibi yastı, düz olan. Yastıdibli qayıq.

YASTIDİMDİKLİLƏR (ID - 42894)

cəm zool. Dimdikləri yastı olan quşlar növü.

YASTIQ (ID - 42895)

is. 1. Yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıq və ya hava ilə doldurulan dördkünc kisəcik; balış. Pərqu yastıq. Üz yastığı. - [Kərbəlayı Fatma xanım:] ..Ay qız, Zeynəb, tez ol, yastıqları gətir, bu tərəfdən...

YASTIQARIN (ID - 42896)

is. zool. Çəkikimilər fəsiləsindən kiçik enli balıq.

YASTIQCIQ (ID - 42897)

is. Balaca yastıq, kiçik yastıq.

YASTIQÇA (ID - 42898)

bax yastıqcıq.

YASTIQƏLSƏMƏLİ(LƏR) (ID - 42899)

cəm zool. Qığırdaqlı balıqlar yarımsinfi.

YASTIQLAMA (ID - 42900)

“Yastıqlamaq”dan f.is.

YASTIQLAMAQ (ID - 42901)

f 1. Arabanın oxuna yastıq vurmaq, yastıq qayırmaq.
2. məc. Qəsdən arxayınçılıq yaratmaq, yuxulatmaq, iğfal etmək.

YASTIQLATMA (ID - 42902)

“Yastıqlamaq”dan f.is.

YASTIQLATMAQ (ID - 42903)

icb. Arabanın oxuna yastıq qoydurmaq.

YASTIQLI (ID - 42904)

sif. Yastığı olan; yumşaq. Yastıqlı kürsü.

YASTIQLIQ (ID - 42905)

sif. Yastıq üçün yararlı.

YASTIQOTU (ID - 42906)

is. bot. Xaççiçəklilər fəsiləsindən çoxillik, bəzən bir və ya ikiillik ot bitkisi.

YASTIQÜZÜ (ID - 42907)

is. Yastığa keçirilən örtü, üz. ipək yastıqüzü.

YASTILAMA (ID - 42908)

“Yastılamaq”dan f.is.

YASTILAMAQ (ID - 42909)

YASTILANMA (ID - 42910)

“Yastılanmaq”dan f.is.

YASTILANMAQ (ID - 42911)

f . 1. Yastı hala düşmək; yayılmaq,
2. Yayılmaq, yayılıb oturmaq, naqolay oturmaq. Salman yastılanaraq kənarda oturmuşdu. M.İbrahimov.

YASTILAŞDIRILMA (ID - 42912)

“Yastılaşdırılmaq”dan f.is.

YASTILAŞDIRILMAQ (ID - 42913)

məch. Yastı hala salınmaq.

YASTILAŞDIRMA (ID - 42914)

“Yastılaşdırmaq”danf.is.

YASTILAŞDIRMAQ (ID - 42915)

f Yastı hala salmaq.

YASTILAŞMA (ID - 42916)

“Yastılaşmaq”dan f.is.

YASTILAŞMAQ (ID - 42917)

f . Yastı hala düşmək, yastı şəklə düşmək. Kamilə elə gəldi ki, Zəfərin üzündəki çopur çoxalıb, burnu daha da yastılaşıbdır. M.Süleymanov.

YASTILATDIRMA (ID - 42918)

“Yastılatdırmaq”dan f.is.

YASTILATDIRMAQ (ID - 42919)

icb. Yastı hala saldırmaq.

YASTILATMA (ID - 42920)

“Yastılatmaq”dan f.is.

YASTILATMAQ (ID - 42921)

f . 1. Bax yastılaşdırmaq.
2. Yatırtmaq. Pişik qulaqlarını yastıladıb gözlərini qıyaraq başını geri çəkdi. S.Hüseyn.

YASTILIQ (ID - 42922)

is. Yastı şeyin halı. Yerin yastılığı. Daşın yastılığı.

YASTISINA (ID - 42923)

zərf Yastı və enli tərəfi üstündə, yastı tərəfi ilə. Baltanı yastısına vurmaq.

YASTISİFƏT (ID - 42924)

sif Sifəti, üzü yastı olan. Yastısifət adam.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed