İzahlı lüğət

VƏBA (ID - 41541)

is. [ər.] tib. Çox yoluxucu ağır bir xəstəlik; ovma. Bunlardan da əlavə, Rəşt şəhərində tif və vəba xəstəliyi şiddətli surətdə yayılırdı. M.S.Ordubadi.

VƏBAL (ID - 41542)

is. [ər.] köhn. Günah, məsuliyyət; babal. [Şəhrəbanı xanım:] Bunun vəbalı olsun Parij qızlarının, gəlinlərinin boynuna ki, .. xalqı azdırıb yoldan çıxardırlar. M.F.Axundzadə. Vəbalı nağıl edənin boynuna, yalandoğruluğuna...

VƏBALI (ID - 41543)

sif tib. Vəba xəstəliyinə tutulmuş. Vəbalı xəstələr.

VƏCAHƏT (ID - 41544)

is. [ər.] Gözəllik, qəşənglik, göyçəklik, yaraşıq; gözəl üz. Nəçidir ay vəcahətdə ola tay sənə. Q.Zakir. Səndə, ey ləli şəkər bunca vəcahət qalmaz. S.Ə.Şirvani.

VƏCAHƏTLİ (ID - 41545)

sif. Üzü gözəl, qəşəng, göyçək.

VƏCD (ID - 41546)

is. [ər.] Həddən artıq sevinc, şadlıq, ruh yüksəkliyi; hədsiz şövq və həvəs. Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim. M.F.Axundzadə. Salman “Kapital” ı əlinə alıb vəcdlə (z.): - Bu kitab köhnə aləmi tamamilə...

VƏCDLİ (ID - 41547)

sif. Vəcdə gəlmiş, cuşa gəlmiş, ruhlanmış, şad, sevincli.

VƏCH (ID - 41548)

is. [ər.] 1. klas. Üz, sifət, çöhrə, surət. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını. M.Ə.Sabir.
Yol, üsul, vasitə, tərz, qayda (adətən “ilə” qoşması, yaxud “lə” şəkilçisi ilə işlənir)....

VƏCİHƏ (ID - 41549)

VƏD (ID - 41550)

is. [ər.] Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. [Molla İbrahim Xəlil:] ..İyirmi put, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. □ Vəd etmək bir işi edəcəyinə...

VƏDƏ (ID - 41551)

is. [ər.] 1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. Vədəsi çatmaq. Vədəsi qurtarmaq. - Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Ə.Haqverdiyev. □ Vədə olunmaq...

VƏDƏXİLAF (ID - 41552)

sif və zərf [ər.] Vədəsinə əməl etməyən, söz verib vaxtında yerinə yetirməyən, boynuna götürdüyü işi vaxtında görməyən. □ Vədəxilaf çıxmaq - verdiyi vədəni yerinə yetirməmək. Hər şeydən artıq onu [Nadiri] düşündürən...

VƏDƏXİLAFLIQ (ID - 41553)

is. dan. Söz verib vaxtında yerinə yetirməmə, boynuna götürdüyü işi vaxtında görməmə; vədəsinə xilaf çıxma.

VƏDƏLƏŞMƏ (ID - 41554)

“Vədələşmək”dən f.is.

VƏDƏLƏŞMƏK (ID - 41555)

f Görüşmək üçün aralarında sözləşmək, vaxt təyin etmək, birbirinə söz vermək. Saat 3-də görüşməyə vədələşdilər. Yola düşmək vaxtını qabaqcadan vədələşdik. - Laçın bu gün də onunla [Gülyazla] vədələşmişdi....

VƏDƏLİ (ID - 41556)

sif. 1. Müəyyən vaxtı və müddəti nəzərdə tutan; müddətli. Vədəli borc.
2. Bir yerə müəyyən vaxtda dəvət olunmuş, dəvətli. Mən bu axşam vədəliyəm. - Döşənibdi xəli, yar; Çuxası vəznəli yar; Durum, yollara baxım;...

VƏDƏSİZ (ID - 41557)

sif. 1. Müəyyən vaxtı, müddəti olmayan; müddəti, vaxtı təyin edilməmiş; müddətsiz, daimi. Vədəsiz pasport.
2. Bax vaxtsız. Əzizim, o balıq-nan; Dəryada o balıqnan; Bir vədəsiz yel əsdi; Yandıq biz obalıqnan. (Bayatı).

VƏFA (ID - 41558)

is. [ər.] Sözünün üstündə durma; borcunu, təəhhüdünü yerinə yetirməkdə möhkəmlik; səbat, etibar. Gördük bəyü bəyzadələrin yoxdu vəfası; Çox-çoxdu cəfası. M.Ə.Sabir. // Məhəbbətdə sədaqət. Rəqib qılsa cəfa, mən...

VƏFADAR (ID - 41559)

sif. [ər. vəfa və fars. dar] şair. Vəfalı, dostluğunda sabit və sədaqətli olan, dostunu unutmayan. Ey dilbəri-dildarım, sənsən əbədi yarım; Vey yari-vəfadarım, didarına müştaqəm. Nəsimi. Az ləfzilə ol büti-vəfadar; Çox dərdiniyarə...

VƏFADARLIQ (ID - 41560)

is. Vəfalılıq, dostluqda səbat və sədaqət. [Vaqif İrakli xana:] İnşallah, bundan sonra da sədaqət və vəfadarlığımızda paydar olarıq. Çəmənzəminli.

VƏFALI (ID - 41561)

sif Dostluğunda, məhəbbətində sadiq, möhkəm, sabit, etibarlı, sədaqətli. Vəfalı yoldaş. - Vəfalı dost yad olmaz, görməsə yüz il səni. (Ata. sözü). Məktəb zamanı gəldi; Dur, ey vəfalı oğlum! M.Ə.Sabir. Lalə yalnız vəfalı...

VƏFALILIQ (ID - 41562)

is. Dostluqda, məhəbbətdə möhkəmlik, sabitlik; sədaqət, etibar.

VƏFASIZ (ID - 41563)

sif. Dostluqda, məhəbbətdə sabit və möhkəm olmayan; vəfası olmayan; sədaqətsiz, etibarsız. Nə qədr təndə canım var, işim fəğan olacaq; Vəfasız oldu mənə çünki yar, ağlayıram. Heyran xanım. Sevgi dildə şüar olsun! Vəfasıza...

VƏFASIZLIQ (ID - 41564)

is. Dostluqda, məhəbbətdə sədaqətsizlik, səbatsızlıq, etibarsızlıq. [Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq zənn etdilər. S.S.Axundov. // məc. Etibarsızlıq, fanilik, müvəqqətilik....

VƏFAT (ID - 41565)

is. [ər.] Ölmə, ölüm. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırdı. O adam usta Zeynal idi. Ə.Haqverdiyev. Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. S.S.Axundov. □ Vəfat etmək - ölmək. Budur, üç il bundan...

VƏGƏR (ID - 41566)

bağl. klas. Və əgər. Gər dərd vəgər dəva sənindir; Hakim sənsən, riza sənindir. Füzuli.

VƏH (ID - 41567)

nida [fars.] Bəh, bəh-bəh, əcəb, pah. Mərhəbalar! Vəh, nə əncam etdi, amma millət a! M.Ə.Sabir. // Bax vah. Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh, kim; Künciqəmxanəyə bir surəti-divar olubam. Füzuli. Çakər olur, rəsmdir,...

VƏHABİ (ID - 41568)

bax vəhhabi.

VƏHALONKİ (ID - 41569)

bağl. [fars.] O halda ki, halbuki. [İkinci qadın:] Vəhalonki savadsız qadınlar üçün savad kursları açıb, tamam savadsız qadınları savadlandırırıq. Ə.Haqverdiyev. [İsfahani:] Vəhalonki işlər zahirdə göründüyündən çox-çox...

VƏHDANİYYƏT (ID - 41570)

is. [ər.] Dini ehkama görə Allahın birliyi və varlığı.

VƏHDƏT (ID - 41571)

is. [ər.] 1. Birlik, bütövlük, bölünməzlik. [Dəmirov] bilirdi ki, qüvvət vəhdətdədir. S.Rəhimov.
Ümumilik, eynilik, tam oxşarlıq. Görüşlərin vəhdəti.
Yalnızlıq, təklik, tənhalıq, xəlvət. Vadiyivəhdət həqiqətdə...

VƏHHABİ (ID - 41572)

is. [ər.] İslamda başlıca ehkamı vahid Allaha səcdə etməkdir.

VƏHHABİLİK (ID - 41573)

is. XVIII əsrin sonlarında Mərkəzi Ərəbistanda yaranmış dini-siyasi cərəyan.

VƏHM (ID - 41574)

is. [ər.] Əsli-əsası olmayan fikir; xəyal. // Yersiz qorxu, vahimə, şübhə. Gözü qəmzən gəlib can qəsdinə, amma budur vəhmim; Düşə nahəq yerə qanlar iki sərdar arasında. Q.Zakir. Allah, Allah, nədir bu tufanlar? Az qalır vəhmdən...

VƏHMƏ (ID - 41575)

bax vahimə. Meşənin vəhməsi Pəri xanımı götürdü. Ürəyinə qorxu düşüb çıxdı çinar ağacına. (Nağıl). □ Vəhmə basmaq - bax vahimə basmaq (götürmək, bürümək) (“vahimə” də). onu bir nəfər; Qorxudan Dadaşı basdı...

VƏHMƏLƏNDİRMƏ (ID - 41576)

“Vəhmələndirmək”dən f.is.

VƏHMƏLƏNDİRMƏK (ID - 41577)

bax vahimələnmək. [Ana] hərarətli dodaqları Hə gurultudan vəhmələnən uşağının ağlar gözlərini öpərkən, başına ağır bir şey dəydi. Mir Cəlal.

VƏHMƏLİ (ID - 41578)

bax vahiməli. Evdə nəyinsə intizarını çəkən vəhməli bir sükut vardı. Ə.Əbülhəsən.

VƏHMNAK (ID - 41579)

sif. [ər. vəhm və fars. ...nak] Qorxaq, vahiməyə düşən, şübhəyə düşən, vahiməyə, xəyala uyan.

VƏHŞ (ID - 41580)

sif. [ər.] Vəhşi, yabanı, əhliləşməmiş. Ətrafını teyrü vəhş almış; Vəhşət onu bir hisarə salmış. Füzuli.

VƏHŞƏT (ID - 41581)

is. [ər.] 1. Vəhşilik, mədəniyyətsizlik. [Məşədi bəy:] Yəqin sənin də bacın vəhşilərlə pəncələşməkdən yorulub, özünü yandırıb. Sizdəki vəhşətlərdən xəbərim var. M.Hüseyn.
Qorxu, dəhşət. Hamının üzündə vəhşət,...

VƏHŞƏTƏFZA (ID - 41582)

VƏHŞƏTLİ (ID - 41583)

sif. Qorxulu, dəhşətli. [Münəccimbaşı:] Nə lazım olmuşdu ki, belə vəhşətli xəbəri.. verib, bu qalmaqala səbəb ola. M.F.Axundzadə. Eşitdikcə bu vəhşətli sözləri; Əsdi bədəni, qızardı gözləri. A.Səhhət.

VƏHŞİ (ID - 41584)

sif. 1. İbtidai halda olan, ibtidai mədəniyyət pilləsində olan; ibtidai. Vəhşi tayfalar. insanlar vəhşi halında yaşadıqları zaman. - [Skif tayfası] cəsarətli, vəhşi xasiyyətli və köçəri olan müxtəlif qəbilələrdən ibarət...

VƏHŞİCƏ(SİNƏ) (ID - 41585)

zərf və sif. Vəhşi kimi; amansızcasına, azğıncasına. Vəhşicəsinə öldürmə. Vəhşicəsinə hərəkət. Vəhşicəsinə rəftar. Vəhşicəsinə divan tutmaq.

VƏHŞİLƏŞMƏ (ID - 41586)

“Vəhşiləşmək”dən f.is.

VƏHŞİLƏŞMƏK (ID - 41587)

f Vəhşi halına gəlmək.

VƏHŞİLİK (ID - 41588)

is. 1. Vəhşi heyvanın halı, vəziyyəti, xassəsi. Pələngin vəhşiliyi. 2. Vəhşi hərəkət, azğınlıq, qudurğanlıq. Vəhşilik etmək. - Belə də o, mən burada olduğuma görə, özünü ələ alacaq və məni kədərləndirməmək üçün...

VƏHŞİTƏBİƏT(Lİ) (ID - 41589)

sif. [ər.] Vəhşi xasiyyətli, vəhşi, mədəniyyətsiz, çox qaba, azğın.

VƏHŞİYANƏ (ID - 41590)

[ər.] bax vəhşicəsinə. Vəhşiyanə hərəkət.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed