İzahlı lüğət

VƏSVAS (ID - 41691)

is. [ər.] Şeytan, iblis.

VƏSVƏSƏ (ID - 41692)

is. [ər.] Şübhə və tərəddüd, narahatlıq, iztirab, qorxu, səksəkə; əsli olmadığı halda xəyala gələn şey. [Sona:] Eh, nə vəsvəsələr gəlir könlümə! inşallah, getməz, mənə and içibdir ki, ..heç bir quzu oğurluğuna da getmərəm....

VƏSVƏSƏLİ (ID - 41693)

sif. İztirablı, həyəcanlı, qorxulu, səksəkəli. Vəsvəsəli yuxu.

VƏTƏGƏ (ID - 41694)

is. [rus. “ватага” sözündən] Çay, göl və dəniz balıqlarını ovlamaq üçün sahildə yerləşən məntəqə, müəssisə. Balıq vətəgəsi.

VƏTƏGƏÇİ (ID - 41695)

is. 1. köhn. Vətəgə sahibi.
2. Vətəgədə işləyən işçi, vətəgə fəhləsi.

VƏTƏN (ID - 41696)

is. [ər.] 1. Bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət; doğma yurd, Ana yurd. Vətəni müdafiə etmək. // Bir adamın doğulduğu yer. Şairin vətəni. Nizaminin vətəni Gəncədir. - Səndən ötən mənə...

VƏTƏNDAŞ (ID - 41697)

is. 1. Müəyyən bir dövlət əhalisinə mənsub olub, öz dövlətinin qanunları ilə müəyyən edilmiş bütün tələbləri yerinə yetirməyə borclu olan şəxs. Azərbaycan vətəndaşı. - Ey bahar ölkəmin vətəndaşları! Yol açın şəfəqdən...

VƏTƏNDAŞLIQ (ID - 41698)

is. 1. Bir şəxsin müəyyən dövlətin vətəndaşları arasında olması; vətəndaşın hüquqi vəziyyəti.
2. Sif. mənasında. Həqiqi vətəndaşa aid və xas olan. Vətəndaşlıq borcu. Vətəndaşlıq vəzifəsi.
□□ Vətəndaşlıq...

VƏTƏNLİ (ID - 41699)

sif. Vətəni, yurdu olan.

VƏTƏNPƏRƏST (ID - 41700)

bax vətənpərvər.

VƏTƏNPƏRƏSTLİK (ID - 41701)

bax vətənpərvərlik.

VƏTƏNPƏRVƏR (ID - 41702)

sif. [ər. vətən və fars. ...pərvər] Öz vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan. Vətənpərvər şair. Vətənpərvər gənclər. - Vətənpərvər maarifçilər haray...

VƏTƏNPƏRVƏRANƏ (ID - 41703)

VƏTƏNPƏRVƏRCƏSİNƏ (ID - 41704)

zərf və sif. Vətənpərvərə yaraşan, vətənpərvərə layiq bir surətdə. Vətənpərvərcəsinə hərəkət.

VƏTƏNPƏRVƏRLİK (ID - 41705)

is. Vətənpərvərə xas olan sifət; öz vətəninə və xalqına sədaqət və məhəbbət və onun yolunda hər bir fədakarlığa hazır olma. Ədəbiyyat və incəsənətimizin ən gözəl xüsusiyyətlərindən biri onun yüksək vətənpərvərliyindədir....

VƏTƏNSEVƏR (ID - 41706)

bax vətənpərvər.

VƏTƏNSEVƏRLİK (ID - 41707)

bax vətənpərvərlik.

VƏTƏNSİZ (ID - 41708)

sif. Vətəni olmayan. Bir Vətən həsrəti - bir ulu nisgili Vətənsiz yaşamaq yaşamaq deyil. B.Vahabzadə.

VƏTƏR (ID - 41709)

is. [ər.] anat. Əzələləri sümüklərə bağlayan lent və lövhə şəklində sıx birləşdirici toxumadan ibarət elastik törəmə. Əzələlərin hər iki ucunda əzələnin özündən daha bərk vətər olur ki, bu vətərlər vasitəsilə...

VƏZ (ID - 41710)

is. [ər.] 1. Vaizin məsciddə camaata söylədiyi dini məsələlərə aid nəsihətamiz və təbliği sözlər; moizə. Vəz tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi. M.F.Axundzadə. Molla qabaqca bir uzun vəz başladı. Ə.Haqverdiyev....

VIĞ, VIĞ-VIĞ (ID - 41711)

təql. bax vığıltı.

VIĞILDAMA (ID - 41712)

“Vığıldamaq”dan f.is.

VIĞILDAMAQ (ID - 41713)

f Vığ-vığ eləmək, vığ-vığ səs çıxarmaq. Ördək vığıldayır. - Kosa yerdə tərpəndikcə .. [pişik] əzilər və vığıldardı. S.Rəhimov.

VIĞILTI (ID - 41714)

VIJ (ID - 41715)

təql. bax vıjıltı.

VIJILDAMA (ID - 41716)

“Vıjıldamaq”dan f.is.

VIJILDAMAQ (ID - 41717)

f . Vıjıltı səsi çıxarmaq, vıjıltı ilə axmaq.

VIJILTI (ID - 41718)

is. İti gedən bir şeyin və ya iti axan suyun əmələ gətirdiyi səs. Çayın vıjıltısı, istidən yarpaqlar arasına sığınmış quşcuğazların .. çığırtısı sükutu parçalayırdı. A.Şaiq.

VIQ, VIQ-VIQ (ID - 41719)

təql. 1. Körpə uşağın çıxardığı səs. Yazgül (bələyi yırğalayaraq): - Nə var, a qoca kişi, vıq-vıq elə, bir görüm. Ə.Məmmədxanlı.
2. Ördək balasının çıxardığı səs.

VIQQILDAMA (ID - 41720)

“Vıqqıldamaq”dan f.is.

VIQQILDAMAQ (ID - 41721)

f Vıq-vıq səs çıxarmaq.

VIMPEL (ID - 41722)

[holl.] Ucu haça kimi ayrılmış dar uzun bayraq. // Ensiz, uzun, yaxud üçbucaq şəklində kiçik bayraq. Məktəb uşaqları estafetdə fəal iştirak etdiklərinə görə keçici vımpel almışlar.

VIŞKA (ID - 41723)

VIŞKAQURAŞDIRAN (ID - 41724)

is. xüs. Neft quyuları qazmaq üçün vışka düzəldən fəhlə.

VIYILDAMA (ID - 41725)

“Vıyıldamaq”dan f.is.

VIYILDAMAQ (ID - 41726)

f . Vıyıltı səsi çıxarmaq (iti gedən şey haqqında). Külək vıyıldayır. - Budur şimal yeli qopub guruldar; Sürükləyib buludları, vıyıldar. A.Səhhət. Çılğın kimi ruzgar vıyıldar; Qar parçalarını göyə sovurar. Şaiq. Bu...

VIYILDATMA (ID - 41727)

“Vıyıldatmaq”dan f.is.

VIYILDATMAQ (ID - 41728)

1. icb. Vıyıltı səsi çıxartdırmaq.
2. f. Vıyıltı ilə atmaq, fırlatmaq.

VIYILTI (ID - 41729)

is. Küləyin, güllənin, çarxın və s.-nin sürətli hərəkətindən hasil olan səs. Lakin elə o dəqiqə tamam qulağının dibindən keçən güllə vıyıltısı bu yoldaşlarını da onun [Tapdığın] yadından çıxardı. Ə.Əbülhəsən....

VIZ, VIZ-VIZ (ID - 41730)

təql. bax vızıltı. Arılar vızvızla uçuşur.
□□ Vız durmaq dan. - dik durmaq, pırtlaşmaq, qarışmaq. Saçları vız durub.

VIZILDAMA (ID - 41731)

“Vızıldamaq”dan f.is.

VIZILDAMAQ (ID - 41732)

is. Vızıltı səsi çıxarmaq, vız-vız etmək. Arı vızıldayır. - Hər səhər hələ o, yuxudan durmamış, onun qapısında qraflar və knyazlar arı kimi vızıldayırlar. İ.Köçərli. // İti sürətlə havanı yarıb keçən şeyin çıxardığı...

VIZILDAŞMA (ID - 41733)

“Vızıldaşmaq”dan f.is.

VIZILDAŞMAQ (ID - 41734)

qarş. Hamı birlikdə vızıldamaq (həşərat haqqında). Arılar qarmaqarışıq halda vızıldaşdılar. S.Rəhimov.

VIZILDATMA (ID - 41735)

“Vızıldatmaq”dan f.is.

VIZILDATMAQ (ID - 41736)

1. icb. Vızıldamasına səbəb olmaq. Arıları vızıldatmaq.
2. f. Vızıltı ilə atmaq, fırlatmaq, tullamaq. Daşı vızıldatdı. // Tüfəngdən, tapançadan atmaq. iki güllə vızıldatdı.

VIZILTI (ID - 41737)

is. 1. Uçan həşəratın qanadları ilə çıxardığı səs. Hardansa uçub gəlmiş bal arıları gah yarpızlara qonur, bir müddət dayanıb nə isə axtarır, sonra da vızıltı ilə havaya qalxıb bənövşə rəngli güllərin başına dolanırdı....

VİBRASİYA (ID - 41738)

is. [lat.] Müxtəlif formalı elastik cisimlərin mexaniki rəqsi, titrəyiş.

VİBRİON (ID - 41739)

[fr.] mikr. Ucu əyri çöp, yaxud vergül şəklində bakteriya, mikrob. Düz çöp şəklində olan mikroblara basil, azca əyri (vergül şəklində) olanlara vibrion deyilir.

VİBRİOZ (ID - 41740)

is. [lat.] Qaramal və qoyunlarda təsadüf edilən yoluxucu xəstəlik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed