İzahlı lüğət

ŞƏBƏDƏBAZ (ID - 37247)

is. və sif [ər. şəbədə və fars. ...baz] Hoqqabaz, adam ələ salan, adamı lağa qoyan, adamoynadan, adama söz qoşan. Bu növ artistlərin yeri şəbədəbazlar məclisidir. Ə.Haqverdiyev.

ŞƏBƏKƏ (ID - 37248)

is. [ər.] 1. Ağacdan, metaldan, daşdan, məftildən qayrılmış tor, hörgü, barmaqlıq; ornament. Pəncərə şəbəkəsi. Qapı şəbəkəsi. // Toraoxşar, toru xatırladan şey; tor.
Hər hansı bir yerdə müxtəlif istiqamətlərdə yolların,...

ŞƏBƏKƏÇİ (ID - 37249)

is. Şəbəkə (1-ci mənada) ustası; ornamentçi.

ŞƏBƏKƏÇİLİK (ID - 37250)

is. Şəbəkə kəsmə, şəbəkə qayırma sənəti.

ŞƏBƏKƏLİ (ID - 37251)

sif. Şəbəkə şəklində qayrılmış, şəbəkə qoyulmuş, şəbəkəsi olan. Şəbəkəli qapı. Şəbəkəli divar. Şəbəkəli pəncərə. - Bu gecə dəmir şəbəkəli qoşa pəncərədən işıq süzülmürdü: artırma da, həyət də qaranlıq...

ŞƏBGÜLÜ (ID - 37252)

is. bot. Sarı, mixəyi rəngdə çiçəkləri olan çoxillik bitki; sarıbənövşə. Sarıbənövşə və ya şəbgülü .. açıq-sarı, tünd-sarı, mixəyi, tünd-mixəyi rəngli və kəskin xoşiyli çoxillik bitkidir, bağlarda və güllüklərdə...

ŞƏBXUN (ID - 37253)

is. [fars.] Gecə vaxtı düşmən üzərinə gözlənilməz basqın. Dəstə bir yerdə şəbxun atır, o biri yerdə özünü göstərir və birdən yox imiş kimi çəkilib itirdi. S.Rəhimov. [Nəriman] düşmən dəstələrinin hissəyə soxulduğunu...

ŞƏBİH (ID - 37254)

is. [ər.] 1. klas. Bənzər, oxşar. Şəbihi yoxdur.
2. din. Keçmişdə: məhərrəm ayında aşura günü şiələrin göstərdikləri Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim. Camaat dörd ətrafda oturardı, şəbih...

ŞƏBİHGƏRDAN (ID - 37255)

is. [ər. şəbih və fars. gərdan] Şəbihi hazırlayan, şəbih mərasimini idarə edən adam. Cəm olunan pullar nəyə sərf olunardı? - Çaya, qəndə,.. imam yolunda çalışan hədsiz Allah bəndələrinə ki ibarət olsun məscid və minbər...

ŞƏBİHGƏRDANLIQ (ID - 37256)

is. Şəbihgərdanm işi, şəbih mərasimini idarə etmə. Şəbihgərdanlıq tam mənası ilə xalq teatrı idi. Çəmənzəminli. // məc. Oyunbazlıq, hoqqabazlıq.

ŞƏBKORLUQ (ID - 37257)

is. bax gecəkorluq.

ŞƏBKÜLAH (ID - 37258)

is. [fars.] köhn. Gecəpapağı. [Kərbəlayı Həsən] .. şəbkülahını geyinib arvada tapşırdı ki, bu gecə ölülər gələcək, .. dava-şava olmasın. Çəmənzəminli. [Molla Qasım:] Hərdənbir şəbkülah da qoyardı. H.Sarabski.

ŞƏBNAMƏ (ID - 37259)

is. [fars.] İntibahnamə, bəyannamə. Şəbnamələr hazır idi. M.S.Ordubadi.
O, mizin üstünə şəbnaməni qoyanda əlahəzrət Hümayuni aynada onu görüb tutmuşdu.
P. Makulu.

ŞƏBNƏM (ID - 37260)

is. [fars.] bax şeh. [Dərviş:] Gül qonçasında şəbnəm parıldayan kimi, [Ruqiyyənin] dodaqları arasında dişləri almaz kimi parıldadı. A.Divanbəyoğlu. [Əhməd:] Yerə düşmüş şəbnəm hələ qurumamışdı. T.Ş.Simurq.

ŞƏBNƏMLİ (ID - 37261)

sif. Şəbnəm (şeh) düşmüş, şehli. Şəbnəmli çiçəklər səhər çağları; Yaqut gözlərilə qəmzə satardı. R.Rza.

ŞƏBPƏRƏ (ID - 37262)

is. [fars.] 1. Yarasa, gecəquşu. Şəbpərə gecə gəzər, gündüz gəzməz; Elə bilər, özü bilər, özgə bilməz. (Məsəl). ..Azacıq tar olursa indi hava; Sevinir hər tərəfdə şəbpərələr; Aldanıb qafilanə rəqs eylər. H.Cavid.
2....

ŞƏCƏRƏ (ID - 37263)

is. [ər.] Bir sülalənin, xanədanın və s. nəsil qollarını (qollu-budaqlı ağac şəklində) göstərən cədvəl. Nəsil şəcərəsi.

ŞƏDDƏ (ID - 37264)

is. [ər.] 1. Bax təşdid.
2. Sapa düzülmüş mirvari, inci. Qətibə əlini atıb, kiçik cəbədən bir şəddə iridənəli inci çıxarıb Səba xanımın boynuna saldı. M.S.Ordubadi. iri mirvarilər beş-altı şəddə; Danənin hərəsi bir...

ŞƏDİD (ID - 37265)

sif. [ər.] klas. Şiddətli, sərt, çox ağır. ..Nadanlığa yaşlı gözlərilə baxa-baxa biçarə Məryəm saraldı, soldu, bir gün də şədid həyatından aralanıb rahətliyə çıxdı. Çəmənzəminli.

ŞƏDİDLİK (ID - 37266)

is. Şiddətlilik, şiddət. Bu təzyiq [kişilərin qadınlar üzərində təzyiqi] tarixin hər pilləsində bir şədidlikdə olmayıb və ayrı-ayrı qövmlərin dərəceyi-mədəniyyətlərinə bağlı deyildi. Çəmənzəminli.

ŞƏFA (ID - 37267)

is. [ər.] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma. Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza. Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim. □...

ŞƏFABƏXŞ (ID - 37268)

[ər. şəfa və fars. ...bəxş] klas. bax şəfaverici.

ŞƏFAƏT (ID - 37269)

is. [ər.] klas. Bir günahkarın bağışlanması və ya bir möhtacın ehtiyacının yerinə yetirilməsi üçün başqası tərəfindən edilən vasitəçilik, iltimas. // Rəhm, mərhəmət, şəfqət. Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin...

ŞƏFAƏTÇİ (ID - 37270)

is. klas. Şəfaət edən, rəhm edən, mərhəmət göstərən, yazığı gələn, dərdinə əlac edən. Hər kəs qəzet oxusa, istəyir müsəlman qəzeti, istəyir qeyri bir dildə, qiyamət günü ona şəfaətçi olmayacaq. “Mol. Nəsr.”

ŞƏFAXANA (ID - 37271)

is. [ər. şəfa və fars. ...xanə] köhn. Xəstəxana, müalicəxana. [Yusif Sərrac buyurdu:] ...Hər yerdə yollar təmir olunsun və lazımi məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanalar...

ŞƏFAİYYƏ (ID - 37272)

is. [ər.] köhn. Səhiyyə, sağlamlıq. ..Rusların cəmi mülki idarələri millət vəkillərinin əlində idi ki, rusca həmin vəziidarənin adı Zemstvodur, məsələn: kəndlərin maarif işləri, şəfaiyyə işləri.. C.Məmmədquluzadə.

ŞƏFALANMA (ID - 37273)

“Şəfalanmaq”dan f.is.

ŞƏFALANMAQ (ID - 37274)

f Şəfa tapmaq, sağalmaq. Xəstə şəfalanar təri gələndə; Təbib ona yönü bəri gələndə. A.Şəmşir.

ŞƏFALI (ID - 37275)

sif Şəfa verən, şəfaverici, sağaldıcı. Şəfalı hava. Şəfalı əl. Günəşin şəfalı şüası. - Bilmirəm, isti suyun; Şəfalıdır qaynağı; Yoxsa onun hüsnüdür; Bu dirilik bulağı? N.Rəfibəyli.

ŞƏFAVERİCİ (ID - 37276)

sif. Şəfa verən, şəfalı, sağaldan, sağaldıcı. Şəfaverici dağ havası. Şəfaverici mədən suları.

ŞƏFƏQ (ID - 37277)

is. [ər.] 1. Gün çıxmadan və ya batarkən göydə görünən qızartı. Od tutub qırmızı atəşlə yenə yandı üfüq; Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq. A.Səhhət.
2. məc. Parıltı, bərq, şölə. [Qadın] üzərinə...

ŞƏFƏQQƏT (ID - 37278)

bax şəfqət. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. [Xarrat:] Məncə bütün məxluq .. mümkün olan şəfəqqət və himayeyi-insaniyyətdən məhrum qalmamalıdır. T.Ş.Simurq

ŞƏFƏQLƏNDİRMƏ (ID - 37279)

“Şəfəqləndirmək”dən f.is.

ŞƏFƏQLƏNDİRMƏK (ID - 37280)

f . İşıqlandırmaq, şölələndirmək. ..Axşamdan yanan çırağın saralmış alovu birdən titrəyib uzandı, yuxarıya doğru qanad çalıb bir an ətrafı daha artıq şəfəqləndirdi. Ə.Məmmədxanlı.

ŞƏFƏQLƏNMƏ (ID - 37281)

“Şəfəqlənmək”dən f.is.

ŞƏFƏQLƏNMƏK (ID - 37282)

f . İşıqlanmaq, şölələnmək, parıldamaq, şəfəq saçmaq, bərq vurmaq. Günəşin işığından şəfəqlənən qılınclar qırx min ildırımın birdən şığıdığını andırdı. M.S.Ordubadi. Sırğa taxıb qulağına göy otlar da şəfəqləndi;...

ŞƏFƏQLİ (ID - 37283)

sif. Şəfəqsaçan, parlayan, işıqsaçan, bərq vuran, şöləsaçan. Şəfəqli almaz. Şəfəqli çilçıraq. - [Rüstəm bəy:] .. Pürqiymət daşlar cərgəsində [almaz] ən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş...

ŞƏFFAF (ID - 37284)

sif. [ər.] Baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən. Şəffaf şüşə. Şəffaf cisim. // məc. Aydın, tərtəmiz, dumduru. Şəffaf göy. Şəffaf su. - O yerdə kim, göyün üzü şəffafdır; Çeşmələri...

ŞƏFFAFLAŞDIRMA (ID - 37285)

“Şəffaflaşdırmaq”dan f.is.

ŞƏFFAFLAŞDIRMAQ (ID - 37286)

f . Şəffaf hala salmaq.

ŞƏFFAFLAŞMA (ID - 37287)

“Şəffaflaşmaq”dan f.is.

ŞƏFFAFLAŞMAQ (ID - 37288)

f . Şəffaf olmaq, açılmaq, aydınlaşmaq, aydın görünmək.

ŞƏFFAFLIQ (ID - 37289)

is. Duruluq, təmizlik, aydınlıq; şəffaf şeyin halı. Suyun şəffaflığından çayın dibi görünür. // Məc. mənada. Sonatada musiqinin şəffaflığı, formanın aydınlığı nəzəri cəlb edir.

ŞƏFİQ (ID - 37290)

is. [ər.] klas. Şəfqətli, mərhəmətli, ürəyinazik. Fəğan ki, tez yetir əncamə, dustlər, şəbi-vəsl; Rəfiq çox ki, şəfiq oldu, yol iraq gərək. Q.Təbrizi.

ŞƏFQƏT (ID - 37291)

is. [ər.] Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət. [Hatəmxan ağa:] Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əmniyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını...

ŞƏFQƏTLİ (ID - 37292)

sif Mərhəmətli, riqqətli, mehriban, şəfqəti olan. Qadın! Ey sevgilim, şəfqətli mələk! Bu qədər səbrü təhəmmül nə demək? H.Cavid. Zeynal indi öz evinə qayıtmaq, ailəsinin şəfqətli qanadları altına sığınıb, qənaətkar...

ŞƏFQƏTSİZ (ID - 37293)

sif. Rəhmsiz, mərhəmətsiz, amansız, daşürəkli. Şəfqətsiz adam.

ŞƏFQƏTSİZCƏSİNƏ (ID - 37294)

zərf İnsafsızcasına, rəhmsizcəsinə, amansızcasına, qəddarcasına.

ŞƏFQƏTSİZLİK (ID - 37295)

is. Rəhmsizlik, mərhəmətsizlik, insafsızlıq, amansızlıq, qəddarlıq.

ŞƏHAB (ID - 37296)

[ər. şihab] klas. Alov, şölə, şərarə, qığılcım; ildırım. Düşdü şəhablar, ildırımlar, odlar. A.Səhhət. Firuzun parlaq qılıncı havanı bir şəhab kimi yarır. H.Nəzərli.

Bu səhifə dəfə baxılıb

......