İzahlı lüğət

ŞƏLTƏ (ID - 37398)

is. 1. Qadın alt tumanı, dizlik.
2. dan. Cır-cındır, yıpranmış, üzülmüş, köhnə-kürüş şeylər (xalça, palaz, geyim, parça və s.). Otaq kasıb döşənmiş, dörd-beş şəltədən ibarət idi. A.Şaiq.
□□ Şəltəsi işləməmək...

ŞƏLTƏLİK (ID - 37399)

is. Şəltəyə (1-ci mənada) yarar parça. // Sif. mənasında. Şəltəlik parça.

ŞƏLTƏ-ŞƏLTƏ (ID - 37400)

zərf dan. Parça-parça, tikə-tikə. [Humayın] papağına dörd tolamaz birdən dəydiyi üçün papağın sağanağı şəltəşəltə oldu. Ə.Vəliyev.

ŞƏLTƏ-ŞÜLTƏ (ID - 37401)

dan. bax şəltə.

ŞƏM (ID - 37402)

ŞƏMATƏT (ID - 37403)

is. [ər.] klas. 1. Birinin başına gələn bəla və müsibətdən düşmənin sevinib kam alması; bədxahlıq.
2. Tənə, məzəmmət, danlaq. Olmayaydım ol pəri eşqində rüsvayi-cəhan; Çəkməyəydim dustü düşməndən şəmatət kaş...

ŞƏMS (ID - 37404)

is. [ər.] Günəş, gün. O necə quş idi anasını əmər; Havada dövr edər, şəms ilə qəmər? Xəstə Qasım. Camalın xəcil elər, Şəms ilə mahı, müxtəsər. Aşıq Ələsgər.

ŞƏMSİYYƏ (ID - 37405)

is. [ər.] Günlük, çətir, zontik. [Qız] əda ilə əlindəki ağ və pənbə ipəkli şəmsiyyəsini oynada-oynada hər kəsin önündən sallanaraq keçər(di). A.Şaiq. Hər tərəfdən ağ geyimli altı qız fironun xanımının başına tavus...

ŞƏMŞİR (ID - 37406)

is. [fars.] Qılınc. İş atışmadan ötüb, şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Yanımda gər dura cəllad əlində şəmşiri; Ölüm gücüylə mənə hökm edə olum təslim; Əyilmərəm yenə haşa....

ŞƏMŞİRBAZ (ID - 37407)

sif. [fars.] Qılıncoynadan. Görməmişəm, qızdan şəmşirbaz olmaz; Maralım, ceyranım, dönmərəm səndən. (Qoşma).

ŞƏMS-QƏMƏR (ID - 37408)

is. [ər.] şair. Günəş və Ay (Şərq ədəbiyyatında gözəlin camalına təşbeh). Ey şəms-qəmər yüzlü, şirin dodağın duzlu; Vey şəhdü şəkər sözlü, didarına müştaqəm. Nəsimi. Camalındı şəms-qəmər; Dərdin bu sinəmdə...

ŞƏN (ID - 37409)

sif. Sevinc, sevincli, şad, məmnun. [Sevda:] Güldükcə günəş mən də gülərdim; Şən könlümü azadə dilərdim. H.Cavid. Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq.

ŞƏN (ID - 37410)

bax şan1. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. [Səfər bəy:] Xayır, bu heç mənim şənimə yaraşan ad deyil! Qoy desinlər “ət yeyən Səfər bəy” , uyağyeyən Səfər bəy” . B.Talıblı. Mən sevirəm...

ŞƏNBƏ (ID - 37411)

is. [fars.] Həftənin cümədən sonra gələn günü. Şənbə günü. - [Yusif:] Uşaqlar, bilirsiniz, şənbə, nə təhər olsa, gedirəm. Çəmənzəminli.

ŞƏNDİR (ID - 37412)

sif dan. Yavan, yağsız (çox zaman “şəndir-şündür” şəklində işlənir). Şəndir ət. - Fəqir-füqəra, əlsiz-ayaqsızlar, yoxsullar, dilənçilər gəlib, sədəqə istədikdə min cür danlaqdan sonra, ağalar qoyunun sürsümük və...

ŞƏNLƏNDİRİLMƏ (ID - 37413)

“Şənləndirilmək”dən f.is.

ŞƏNLƏNDİRİLMƏK (ID - 37414)

məch. Şən edilmək, şadlandırılmaq, fərəhləndirilmək.

ŞƏNLƏNDİRMƏ (ID - 37415)

“Şənləndirmək”dən f.is.

ŞƏNLƏNDİRMƏK (ID - 37416)

f Şən etmək, fərəhləndirmək, könlünü açmaq, canlandırmaq, ruhlandırmaq. Şənləndirir hər kəsi; Bir musiqi məclisi. A.Şaiq. Bir neçə il sonra körpə uşaqlar [Qədirgilin] ailəsini şənləndirəcəkdi. S.Hüseyn. Səadət xanım...

ŞƏNLƏNMƏ (ID - 37417)

“Şənlənmək”dən f.is.

ŞƏNLƏNMƏK (ID - 37418)

f . 1. Sevinmək, fərəhlənmək, şadlanmaq, açılmaq; üzü gülmək. [Gəray:] Söyləmiş, biz onunla əyləndik; O da şənləndi, biz da şənləndik. A.Şaiq. Gümüş qədəhləri qaldırın görək; Bu məclis şənlənib qızışsın gərək....

ŞƏNLƏŞMƏ (ID - 37419)

“Şənləşmək”dən f.is.

ŞƏNLƏŞMƏK (ID - 37420)

bax şənlənmək.

ŞƏNLƏTMƏ (ID - 37421)

“Şənlətmək”dən f.is.

ŞƏNLƏTMƏK (ID - 37422)

bax şənləndirmək. // məc. Canlandırmaq, can vermək. [Bəypolad Cəmil bəyə:] Turxan bəydən ayrıldığımız gecə gözlərim bağçanı şənlədən çiçəklərə ilişdi. H.Cavid.

ŞƏNLİK (ID - 37423)

is. 1. Şadlıq, sevinc, fərəh. O hara gəlsə şənlik gətirir. - Iş keçsə bu surət bir müddət əgər; Qalmaz Qarabağda şənlikdən əsər. Q.Zakir. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
2. Təntənə,...

ŞƏNLİKSİZ (ID - 37424)

sif. Şənlik olmayan, çalçağırsız, sakit, süst. [Mirzə Mahmud:] Mən də boynuburuq və peşman bir halda şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə tamaşa edirəm. Çəmənzəminli. // Zərf mənasında. Məclis şənliksiz...

ŞƏNLİK-ŞADLIQ (ID - 37425)

bax şənlik. Adət belədir - bayramda sevinib gülərlər, şənlik-şadlıq düzəldərlər. M.İbrahimov.

ŞƏN-ŞƏN (ID - 37426)

ŞƏN-ŞƏRAFƏT (ID - 37427)

is. Hörmət, etibar, sayğı, şərəf, heysiyyət. Şən-şərafətlə gün keçirmək. - Ağcanın uşaqlıq günləri beləcə şənşərafətlə, əzizlik, bəxtiyarlıqla keçdi. Mir Cəlal. // Əsil, nəcabət.

ŞƏN(Ü) ŞÖVKƏT (ID - 37428)

klas. bax şan-şövkət. Deyildir bərabər heç kimsənəyə; Xubların şahıdır şənü şövkətdə. M.P.Vaqif. Şənü şövkət, ey əmir, səndən artıq kimdə yox; Həm ədalət, həm səxavət, həm şücaət səndə çox. Ü.Hacıbəyov.

ŞƏR (ID - 37429)

is. [ər.] 1. Pislik, yamanlıq, fənalıq, pis iş. Xeyir və şər. - Şər deməsən, xeyir gəlməz. (Ata. sözü). Dünyanın gərdişindən; Təng oldum hər işindən; Mərdin başı qal çəkir; Namərdin şər işindən. (Bayatı). Bəxtəvər...

ŞƏR (ID - 37430)

is. [ər.] klas. Şəriət. [Şah:] Əhkamişərə mütabiq kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək? M.F.Axundzadə. Söz yox ki, badə şərdə olmuş bizə həram; Zənnim budur ki, yar ilə içsən həlal olur....

ŞƏRAB (ID - 37431)

is. [ər.] Üzümdən hazırlanan spirtli içki; çaxır. Şərab şər gətirər. (Ata. sözü). [Qaraş] məclisdən-məclisə bir-iki qədəh şərab içsə böyük işdi. M.İbrahimov. Əlyarov qırmızı şərabla dolmuş stəkanı son damlasına...

ŞƏRABÇI (ID - 37432)

is. 1. Şərab hazırlayan, çaxırçı.
2. Şərabsatan. ..Şərabçılar içəri girib ağızları yaşıl ipəklərlə sarınmış şüşələri açıb rətlin içinə tökməyə başladılar. M.S.Ordubadi.

ŞƏRABÇILIQ (ID - 37433)

is. 1. Şərab hazırlama, şərabçı peşəsi. Şərabçılıqla məşğul olmaq.
2. Üzüm və başqa meyvələrdən şərab hazırlama işi. Şərabçılıq sənayesi.

ŞƏRABXANA (ID - 37434)

is. [ər. şərab və fars. ...xanə] Şərab çəkilən karxana; şərab çəlləklərinin saxlandığı yer. Girdi şərabxanəyə bir gün pişik; Ta ki, siçan tutmağa çəkdi keşik. S.Ə.Şirvani. // Şərabçı dükanı, şərab içilən yer;...

ŞƏRABXOR (ID - 37435)

sif. [ər. şərab və fars. ...xor] Şərab düşkünü, içki düşkünü, içkiçi. Alagöz Zərrintac xanıma, Cavanşirə sığınmaqla öz olan-qalan azadlığını da əlindən vermiş, bu ehtiraslı şərabxor xanıma bağlanmışdı. S.Rəhimov....

ŞƏRAFƏT (ID - 37436)

is. [ər.] Şərəf, hörmət, etibar. Əql ilədir şərafəti-insan zəmanədə. S.Ə.Şirvani. Elm idi əgər bəxş edən insana şərafət; Millət nə səbəbdən ona göstərmədi rəğbət? M.Ə.Sabir. // Heysiyyət, mənlik. [Gülnaz mübaşir...

ŞƏRAFƏTLİ (ID - 37437)

sif. və zərf Şərəfli, hörmətə layiq, mübarək, əziz. Haman şərafətli ayın adı mahi-mübarəki-rəmazandır. C.Məmmədquluzadə. [Növrəstə:] Bugünkü bayramımızı şərafətli keçirməliyik. Ə.Haqverdiyev.

ŞƏRAİT (ID - 37438)

is. [ər. “şərt” söz. cəmi] 1. Bir şeyin həyata keçməsi üçün lazım olan şərtlərin məcmusu; vəziyyət. Hər şey şəraitdən asılıdır. - Qəhrəman köhnə bir müəllim kimi mühit və şəraitə ciddi fikir verirdi. S.Rəhimov.
2....

ŞƏRAKƏT (ID - 37439)

is. [ər.] klas. Şəriklik, şərik olma, bərabər iştirak etmə, yoldaşlıq. □ Şərakət etmək - bir işdə yoldaşlıq etmək, iştirak etmək; şərik olmaq. Sidqi bu ki, bu barədə rəyimdir əlavə; Sizlə edə bilməm də şərakət, uçitellər!...

ŞƏRAKƏTLİ (ID - 37440)

sif. və zərf Şərikli, müştərək, bir yerdə, ortaqlı. Şərakətli bağ salmaq. - [Fərhad:] Siz xahiş eləsəniz, hər beş adama bir koma tikdirib şərakətli barama saxlaya bilərsiniz. Ə.Haqverdiyev.

ŞƏRAR(Ə) (ID - 37441)

is. [ər.] klas. Qığılcım. Nagəhan bir şərarə qəlyandan; Düşdü əmmaməsinə sol yandan. S.Ə.Şirvani. Gətirdiyin yumurtadan nəticə cücə gözləmə; Qazanda qayğanağa bax, ocaqdakı şərarı gör. M.Ə.Sabir.

ŞƏRARƏLİ (ID - 37442)

sif. Qığılcımlı, qığılcımsaçan. Qara buludlar Günəş şüasını bizdən gizləyirkən, gün o şərarəli oxlarını bizə çatdırmağa çalışırdı. T.Ş.Simurq.

ŞƏRARƏT (ID - 37443)

is. [ər.] klas. Yamanlıq, pislik, mərdimazarlıq, şər iş; fitnə; fəsad. Hər kəs şər ar ət əksə, peşmanlıq bitər. (Ata. sözü). Həddən aşıb büxlü həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. [Camal bəy:]...

ŞƏRARƏTÇİ (ID - 37444)

is. Fitnəçi, fəsadçı, mərdimazar.

ŞƏRBAF (ID - 37445)

is. [fars.] Nazik saplardan əl ilə bafta və sair bu kimi şeylər toxuyan, tikmə tikən usta. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur. Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir....

ŞƏRBAFLIQ (ID - 37446)

ŞƏRBAZ (ID - 37447)

sif. [ər. şər və fars. ...baz] Şər, böhtan atmağı sevən; iftiraçı, fitnəçi. Şərbaz adam.

Bu səhifə dəfə baxılıb

......