İzahlı lüğət

SÜZƏLƏNMƏ (ID - 36881)

“Süzələnmək”dən f.is.

SÜZƏLƏNMƏK (ID - 36882)

bax süzülmək2-ci mənada. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz.. əriyib süzələnirdi. C.Məmmədquluzadə. Bir azdan [Mirzənin] ağ saqqalından son göz yaşları süzələndi....

SÜZƏNƏK (ID - 36883)

is. [fars.] Sidik yollarına düşmüş qonokokk mikroblarının törətdiyi yoluxucu zöhrəvi xəstəlik; tripper.

SÜZGƏC (ID - 36884)

is. 1. Bir şeyi süzmək üçün ələk və s. alət. Süd süzgəci. Süzgəcdən keçirmək. // Mayeləri və s.-ni lazım olmayan bərk hissəciklərdən, qatışıqlardan və s.-dən ayırıb təmizləmək üçün alət və ya maddə. Tor süzgəc....

SÜZGÜN (ID - 36885)

sif. Yarıaçıq, yarıyumulu. // Nazqəmzəli, nazlı, qəmzəli göz, baxış haqqında. Sallanıb-sallanıb özünü öymə; Elə süzgün (z.) baxıb qəlbimə dəymə. Aşıq Ələsgər. [Xəyyam:] Sərpildi alov ruhuma süzgün baxışından; Sarsıldı...

SÜZMƏ1 (ID - 36886)

“Süzmək”dən f.is.

SÜZMƏ2 (ID - 36887)

is. Suyu süzülərək qatılaşmış qatıq. Tərs kimi qonaqlar da bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər. Çəmənzəminli.

SÜZMƏK (ID - 36888)

f 1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək. // Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək. - [Göyçək] şoru torbaya...

SÜZÜLMƏ (ID - 36889)

“Süzülmək”dən f.is.

SÜZÜLMƏK (ID - 36890)

f . 1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. Məhlul süzüldü. Su süzüldü. // Sudan ayrılmaq. Qatıq süzüldü. Düyü süzülüb.
Axmaq, damcı-damcı tökülmək, sızmaq. Sarxan.. yanaqlarına süzülən...

SÜZÜLMÜŞ (ID - 36891)

f .sif. 1. Süzgəcdən keçirilmiş (keçmiş). Süzülmüş bal. Süzülmüş süd.
2. Bax süzgün.

SÜZÜNTÜ (ID - 36892)

is. Süzüləndən sonra qalan qalıq, xılt, torta və s. Süzgəcdəki qalığı sıxıb süzdükdən sonra yeni süzüntü alırlar. R.Əliyev.

SVANLAR (ID - 36893)

cəm Qərbi Gürcüstan əhalisinin bir hissəsini təşkil edən xalq, dağlılar.

SVETOFOR (ID - 36894)

[rus.] Küçələrdə, yollarda hərəkəti nizama salmaq üçün qırmızı, sarı, yaşıl şüşələri olan elektrik siqnal fanarı. // Müxtəlif maşınlarda, qurğularda işıq siqnalı cihazı. Lokomotiv svetoforu. - [Qız:] [Tahir] bizi saymadı,...

SVEV (ID - 36895)

is. [lat.] Eramızdan əvvəl I əsr eramızın II əsrində yaşamış bir sıra qədim German tayfalarının ümumi adı.

SVİTER (ID - 36896)

[ing. sweater - tərləmək] Başdan geyilən döşübağlı, hündür boyunluqlu toxunma yun köynək - fufayka.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed