İzahlı lüğət

SİNTEZLƏŞDİRMƏ (ID - 35980)

“Sintezləşdirmək”dən f.is.

SİNTEZLƏŞDİRMƏK (ID - 35981)

f . kim. Sintez (2-ci mənada) yolu ilə almaq, əldə etmək.

SİNTOMİSİN (ID - 35982)

is. tib. Antibiotik, levomisetin optik izomer qarışığı.

SİNUS (ID - 35983)

[lat. sinus - əyrilik] riyaz. Bucağın triqonometrik funksiyalarından biri.

SİONİST (ID - 35984)

Sionizm hərəkatına mənsub adam, sionizm məsləkində olan adam.

SİONİZM (ID - 35985)

[Qüds şəhəri yaxınlığındakı Sion dağının adından] XIX əsrin axırında bir sıra ölkələrin yəhudi burjuaziyası arasında meydana gəlmiş ən mürtəce burjua millətçi hərəkatı.

SİPƏR (ID - 35986)

is. [fars.] 1. Qalxan. Sipəri üzünə tutmaq. - Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi. Çəmənzəminli.
2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür şey, qurğu və s. Yurdumuzun...

SİPƏRLİ (ID - 35987)

sif. Sipər qoyulmuş; sipəri, qoruyucu vasitəsi olan. Sipərli qurğu.

SİRAB (ID - 35988)

sif. [fars.] klas. Doymuş (su və s. mayelərlə). □ Sirab etmək (eləmək, qılmaq) - 1) klas. doydurmaq (su, şərab və s. ilə). Yarı gecələr ki çeşmeyi-xab; Gözlər çəmənin qılırdı sirab. Füzuli. Demərəm badə ilə et məni sirab,...

SİRAT (ID - 35989)

is. [ər.] klas. 1. Yol.
2. Dini etiqada görə cəhənnəm üzərində qurulmuş çox dar və keçilməsi çox çətin körpü; qıl körpü (guya məhşər günü adamlar bu körpünün üstündən keçməli olacaq, günahı olanlar cəhənnəmə,...

SİRAYƏT (ID - 35990)

is. [ər.] Yoluxma, keçmə. □ Sirayət etmək - 1) yoluxmaq, keçmək. Xəstəlik sirayət etdi. Qrip sirayət edən xəstəlikdir;
keçmək, keçərək yayılmaq. Səs əvvəl [Zeynalın] qulaqlarında əcaib bir halda cingildəyib, cəmi bədəninə...

SİRAYƏTEDİCİ (ID - 35991)

sif. 1. Keçici, yoluxucu, sirayət edən. [Sərdar:] Keçəllik, gözağrısı, qızdırma və başqa sirayətedici xəstəliklər xalqı qırıb qurtarır. P.Makulu.
2. məc. Başqalarına tez keçən. Şirzad mülayim və sirayətedici baxışlarla...

SİRDAŞ (ID - 35992)

is. Bir-birinə ən yaxın, sadiq iki yoldaşdan, dostdan hər biri. Ataşa Qaçay kimi arxa, Qaçay a Ataş kimi sirdaş lazım idi. Ə.Vəliyev. Torpaqlara sinəsinə; Bəzən zülmət gecələrdə; Mən itirdim sirdaşımı. N.Xəzri. // Məc. mənada....

SİRENA (ID - 35993)

is. [fr.] Müəyyən tezlikli səs rəqslərini almaq üçün akustik şüalandırıcı.

SİRİMSİMƏK (ID - 35994)

f məh. Nəmləşmək, nəm çəkmək.

SİRİŞK (ID - 35995)

is. [fars.] köhn. 1. Göz yaşı. Ağlaram bülbül kimi bir gülruxin hicrində mən; Axar ol sərvin ayağinə sirişkim cu kimi. Ə.Vahid.
2. Damla, zərrə, damcı.

SİRK (ID - 35996)

[lat. circus - dairə] 1. Akrobatlıq, canbazlıq, ekvilibristika, heyvanat və s. kimi tamaşaları özündə birləşdirən teatr sənəti növü. Sirkə tamaşa etmək. Sirki sevmək. - ..Elə haman gün Qarabağın qoca və cavan bəyləri "Sirik"də...

SİRKAN (ID - 35997)

is. bot. Sarı çiçəkli kol bitkisi. [Şirzad] yeridikcə hündür qalxmış qanqal və sirkan kolları qıçına dolaşırdı. M.İbrahimov.

SİRKANLIQ (ID - 35998)

is. Çoxlu sirkan bitmiş yer. [Mühəndis Mayaya:] Bir baxın, hər tərəf boş çöllər, arxlar, sirkanlıqlardır, qabağınıza tülküdən, çaqqaldan çıxar, qorxarsınız. M.İbrahimov.

SİRKƏ1 (ID - 35999)

is. Qıcqırdılmış üzümdən hazırlanan tünd turş şirə. Sirkə turşusu. Xörəyə sirkə tökmək. Tünd sirkə. - Sirkə tünd olar, öz qabını çatladar. (Ata. sözü). Aşıq sözün bitirməz; Ovçu ovun itirməz; Üzüm gündə qalmasa;...

SİRKƏ2 (ID - 36000)

is. Bitin yumurtası.

SİRKƏLİK (ID - 36001)

sif Sirkə qoymağa yarayan. Sirkəlik üzüm.

SİRKULYASİYA (ID - 36002)

is. [lat.] 1. Fırlanma.
2. Dövr etmə.

SİRLİ (ID - 36003)

sif. 1. Ürəyində sirri olan. Sirli adama oxşayır.
2. Məxfi, gizli, heç kəsin bilmədiyi. Çıxar sorağına dediyim gözəl; Könlündə sirli, gizli bir əməl. S.Vurğun. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu....

SİRLİLİK (ID - 36004)

is. Gizlilik, müəmmalıq, anlaşılmazlıq. Aldı öz qoynuna budaqlar bizi; Açdıq bu yerdəcə ürəyimizi; Bir sirlilik qalmadı bizim sirdə ki? N.Xəzri.

SİRR (ID - 36005)

is. [ər.] 1. Başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, deyilməyən, hamının bilməli olmadığı söz, iş və s. Ev bizim, sirr bizim. (Məsəl). [Kəndli Balasultana:] Sultan ağa, səndən savayı bizim sahibimiz yoxdur...

SİRROZ (ID - 36006)

is. [yun.] Orqanın yeni birləşdirici toxuma əmələ gəlməsi nəticəsində böyüyüb bərkiməsi.

SİR-SİFƏT (ID - 36007)

is. Üz, sifət, üz-göz. Bir onun sir-sifətinə bax. Sir-sifəti qızarmaq. - [Səfdərin arvadı:] Sir-sifətlərini boyamaq [Zivərgilin] heç yadlarından çıxmır. S.Vəliyev. Səməd diqqətlə .. nə sir-sifətində, nə də xasiyyətində heç...

SİS, SİS-DUMAN (ID - 36008)

is. Yerə çökmüş buluddan ibarət olan rütubətli duman; çən. Dağ başına sis gəldi; Ocaq yandı, his gəldi. (Bayatı). Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Uca dağların...

SİSLİ (ID - 36009)

sif. Çənli, sis basmış, duman basmış. Qızarırdı daha az-az dan yeri; Açılırdı sisli payız səhəri. H.K.Sanılı. Alma, armud, gavalı dənizində batan ağacların arasından uzaqdakı mavi sisli meşə görünürdü. Çəmənzəminli....

SİSTEM (ID - 36010)

[yun. systema - bütöv] 1. Bir şeyin hissələri arasında düzgün, müntəzəm düzülmüş və qarşılıqlı əlaqəyə əsaslanan müəyyən qayda, üsul. Kitabxanada kitabların düzülüş sistemi. Hər şeydə səliqə və sistem lazımdır....

SİSTEMATİK (ID - 36011)

sif [yun. systematikos]
Müəyyən bir sistem təşkil edən; müəyyən bir plan əsasında qurulmuş, müəyyən sistem üzrə qurulmuş. Sistematik təsvir. Sistematik kataloq. Sistematik surətdə.
Müəyyən sistemə əsaslanan; tam, ardıcıl,...

SİSTEMATİK (ID - 36012)

[yun.] Sistematika (2-ci mənada) mütəxəssisi.

SİSTEMATİKA (ID - 36013)

[yun.] 1. xüs. Hadisələrin, əşyaların təsnifi, qruplaşdırılması. izotopların sistematikası.
2. Botanika və zoologiyanın, bitkilərin və ya heyvanların təsnifi və təsviri ilə məşğul olan bölməsi.

SİSTEMLƏŞDİRİLMƏ (ID - 36014)

“Sistemləşdirilmək”dən f.is. Müşahidələrin sistemləşdirilməsi.

SİSTEMLƏŞDİRİLMƏK (ID - 36015)

f 1. Sistemə salınmaq, nizama salınmaq. işlər sistemləşdirildi.
2. xüs. Təsnif edilmək, qruplaşdırılmaq.

SİSTEMLƏŞDİRMƏ (ID - 36016)

“Sistemləşdirməkdən f.is.

SİSTEMLƏŞDİRMƏK (ID - 36017)

f . 1. Sistemə salmaq, nizama salmaq. Əsərin materiallarını sistemləşdirmək. Təcrübəni sistemləşdirmək.
2. Təsnif etmək, qruplaşdırmaq. izotopları sistemləşdirmək.

SİSTEMLİ (ID - 36018)

sif. 1. Hər hansı sistemə aid olan, sistem mahiyyətində olan. // Müəyyən sistem üzrə qayrılmış. ..Zirzəmidən on iki dənə cürbəcür sistemli tapança tapmışdılar. H.Seyidbəyli.
2. B ax sistematik 2-ci mənada. Sistemli iş.

SİSTEMLİLİK (ID - 36019)

is. Sistemli şeyin halı, xassəsi, keyfiyyəti; bir şeydə sistem olması; müntəzəmlik. işdə sistemlilik. Qayda və sistemlilik müvəffəqiyyətin başlıca şərtlərindən biridir.

SİSTEMSİZ (ID - 36020)

sif. və zərf Heç bir sistemi, planı olmayan, heç bir sistemə riayət etməyən; plansız, qaydasız, nizamsız, tərtibsiz. Sistemsiz adam. Sistemsiz oxumaq. Sistemsiz işləmək.

SİSTEMSİZLİK (ID - 36021)

is. İşdə müəyyən sistem olmadığı hal; plansızlıq, qaydasızlıq, nizamsızlıq, tərtibsizlik. işdə sistemsizlik. Sistemsizliyi aradan qaldırmaq.

SİSTERN (ID - 36022)

[lat. cistema - hovuz] Neft, benzin və s. mayeləri saxlamaq və ya daşımaq üçün böyük çən, habelə belə çəni olan vaqon, avtomobil və s. Dəmiryol sistemləri. Neft sistemi. - [Zakirlə Mehriban] sistem vaqonunu andıran ağ, uzunsov bir...

SİSTİT (ID - 36023)

is. [yun.] Sidik kisəsinin iltihabı xəstəliyi.

SİTAL (ID - 36024)

sif. Sırtıq, üzlü, nadinc. [Mələk:] Bəs deyil? Sital uşağı sital, lap zəhləmi tökdünüz. Çəmənzəminli.

SİTALLAŞMA (ID - 36025)

“Sitallaşmaq”dan f.is.

SİTALLAŞMAQ (ID - 36026)

bax sırtıqlaşmaq.

SİTALLIQ (ID - 36027)

bax sırtıqlıq. Kirəçi sitallığa salıb, otaqda qalır və normaya görə də aylıq verirdi. Çəmənzəminli.

SİTARƏ (ID - 36028)

is. [ər.] klas. şair. Ulduz. Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxun yetər bu gecə karivanə şəm! S.Ə.Şirvani. Camalın atəşinə ay və gün deyən çox olub; Üzündə xalına yanmış sitarə mən demişəm. Ə.Vahid.

SİTAT (ID - 36029)

[lat. citatum] Olduğu kimi, hərfıhərfınə bir mətndən götürülmüş yazı. Klassiklərdən götürülən sitatlar. Bədii əsərlərdən sitat seçmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed