İzahlı lüğət

SELLOFAN (ID - 34929)

[lat. cellula - hüceyrə və phanos - açıq, şəffaf] Sellülozdan hazırlanan nazik, şəffaf suburaxmayan elastik plyonka (şey bükmək və s. üçün işlənir). // Həmin materialdan hazırlanmış. Sellofan kisə.

SELLÜLOİD (ID - 34930)

[lat. sellula - hüceyrə və yun. eidos - növ] Tezalışan elastik-plastik kütlə (müxtəlif şeylər, oyuncaq və s. qayrılır). [Kamal] yazı masasının dalında oturmuş, rəngli, şəffaf sellüloid parçalarından quraşdırdığı kiçik və...

SELSİ (ID - 34931)

[xüs. addan] Suyun donma nöqtəsindən qaynama nöqtəsinədək 100 dərəcəyə bölünmüş termometr.

SEL-SU (ID - 34932)

top. Çox güclü yağış, su, yağmur, çox güclü sel. Bir saatda sel-su hər yeri basdı. - Eyni anda ildırım çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə...

SEL-SUCAQ (ID - 34933)

bax sel-su.Kəndisel-sucaq basdı.

SELVA (ID - 34934)

is. Amazon çayı hövzəsində vaxtaşırı subasan rütubətli tropik meşələrə braziliyalıların verdiyi ad.

SEMAFOR (ID - 34935)

[yun. sema - işarə və phoros aparıcı] d.y. Yolun açıq və ya bağlı olduğunu maşinistə bildirmək üçün dəmir yollarındakı işıq siqnalı qurğusu. Semafor açıqdır. - Əjdər, Cunyatovun göstərdiyi kimi, semafora qədər ağır addımlarla...

SEMANTİK (ID - 34936)

sif. Semantika (məna) ilə bağlı olan, semantika ilə əlaqədar olan. Semantik təhlil. Sözün semantik həcmi.

SEMANTİKA (ID - 34937)

[yun. semanticos - anladan] dilç. 1. Sözün, ifadənin, qrammatik formanın mənası.
2. Bax semasiologiya.

SEMASİOLOGİYA (ID - 34938)

[yun. semasia - məna və logos - elm] Dilçiliyin söz və ifadələrin mənalarını və bu mənaların dəyişmələrini öyrənən bəhsi.

SEMASİOLOJİ (ID - 34939)

sif. [yun.] Semasiologiya ilə bağlı olan, semasiologiyaya aid olan. Semasioloji tədqiqat.

SEMASİOLOQ (ID - 34940)

[yun.] Semasiologiya mütəxəssisi.

SEMENT (ID - 34941)

[alm. Zement] Tikinti işlərində istifadə edilən, su ilə qarışdırıldıqda suvaşqan kütlə halına gələn, tez bərkiyən, tozşəkilli mineral maddə. Həyətin ortasında sement töküldü, balaca bir bağça salındı. Mir Cəlal. Sement...

SEMENTÇİ (ID - 34942)

is. Sement sənayesi işçisi, sement sənayesində işləyən.

SEMENTLƏMƏ (ID - 34943)

“Sementləmək”dən f.is.

SEMENTLƏMƏK (ID - 34944)

f 1. Sement məhlulu tökmək, sementlə malalamaq, üzərinə sement çəkmək, sementlə örtmək. Divarı sementləmək. Səkini sementləmək.
tex. Sementlə bərkitmək, aralarını sementlə doldurub möhkəmləndirmək. [Xanmurad:] Sementlədiyimiz...

SEMENTLƏNMƏ (ID - 34945)

“Sementlənmək”dən f.is. Bülənd dərənin dibində sütunların sementlənməsinə baxırdı. Ə.Əbülhəsən.

SEMENTLƏNMƏK (ID - 34946)

məch. 1. Sementlə malalanmaq, sement çəkilmək.
tex. Sementlə bərkidilmək, sementlə möhkəmləndirilmək.
Bax sementləşmək 2-ci mənada.

SEMENTLƏŞMƏ (ID - 34947)

1. “Sementləşmək”dən f.is.
geol. Süxurların tərkib hissələrinin ərimiş mineral maddələrinə yapışıb bərkiməsi prosesi.

SEMENTLƏŞMƏK (ID - 34948)

f . Bərkiyib sementə dönmək, daşlaşmaq.

SEMENTLƏYİCİ (ID - 34949)

is. tex. Sement çəkmək üçün, sementləməyə məxsus. Sementləyici aqreqat.

SEMENTLİ (ID - 34950)

sif 1. Tərkibində sement olan, sement qarışdırılmış. Sementli beton. Sement çəkilmiş, sement qarışığı ilə malalanmış, sementlənmiş. Sementli divar. Sementli quyu.

SEMESTR (ID - 34951)

[lat. semestris - yarımillik] Ali və ya xüsusi orta məktəblərdə dərs ilinin yarısı. Semestrin ortalarında texnikumda bir mənzərə çəkmək üçün müsabiqə elan olundu. Mir Cəlal.

SEMİNAR (ID - 34952)

[lat. seminarium - ocaq] 1. Ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri qrup məşğələsi. Azərbaycan ədəbiyyatı tarixindən seminar.
İxtisası, ideya-siyasi səviyyəni artırmaq üçün qruplarla keçirilən...

SEMİNARIST (ID - 34953)

[lat.] Seminariya tələbəsi.

SEMİNARİYA (ID - 34954)

[lat. seminarium - ocaq]
Keçmişdə: orta pedaqoji məktəb. Müəllimlər seminariyası. - [Musanın nəvəsi] Qori seminariyasının pansionunda bircə il yaşadıqdan sonra mədəniyyət aləmində bu qədər tərəqqi etmişdi. Qantəmir.
Orta...

SEMİTLƏR (ID - 34955)

[Bibliya əfsanələrinə görə insan nəslinin banilərindən olan üç qardaşdan birinin - Simanın adından] Qabaq Asiyada, Şimali və Şərqi Afrikanın bir hissəsində yaşamış və yaşayan xalqlar qrupu, samilər (buraya qədim babillilər,...

SEMİTOLOGİYA (ID - 34956)

[semit və yun. logos elm, anlayış] Semit dillərini və mədəniyyətini öyrənməklə məşğul olan elmlərin məcmusu.

SEMİTOLOJİ (ID - 34957)

sif. Semitologiyaya aid və ya mənsub. Semitoloji tədqiqat.

SEMİTOLOQ (ID - 34958)

Semitologiya mütəxəssisi.

SEN (ID - 34959)

is. Yaponiyada xırda pul.

SENAT (ID - 34960)

[lat. senatus - qədim] 1. Qədim Romada yüksək hakimiyyət orqanı. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. F.Köçərli.
İnqilabdan...

SENATOR (ID - 34961)

[lat.] Senat üzvü.

SENATORLUQ (ID - 34962)

is. Senator vəzifəsi.

SENSUALİST (ID - 34963)

[lat.] fəls. Sensualizm tərəfdarı.

SENSUALİZM (ID - 34964)

[lat. sensus - duyğu] Duyğunun idrakın yeganə mənbəyi olduğunu iddia edən fəlsəfi cərəyan.

SENT (ID - 34965)

is. [ing.] ABŞ və bəzi başqa ölkələrdə xırda pul.

SENTESİMO (ID - 34966)

is. [isp.] Panama, Uruqvay və Çilidə xırda pul.

SENTİMENTAL (ID - 34967)

[fr.] sif. 1. Sentimentalizmlə əlaqədar olan, sentimentalizmlə bağlı olan. Sentimental əsər. Sentimental mövzu.
Çox tez təsirlənən, mütəəssir olan, həddindən artıq həssas olan, hissə qapılan. Sentimental adam. Sentimental hisslər....

SENTİMENTALİST (ID - 34968)

[fr.] Sentimentalizm (1-ci mənada) cərəyanı nümayəndəsi. Sentimentalist yazıçı.

SENTİMENTALİZM (ID - 34969)

[fr.] 1. XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində Avropada meydana gəlmiş ədəbi cərəyan (bu cərəyan nümayəndələrinin əsərlərində insan hissiyyatına daha çox üstünlük verilir, zəiflərə və məzlumlara hüsn-rəğbət...

SENTİMENTALLIQ (ID - 34970)

is. Həddindən artıq nazikürəklilik, həssaslıq.

SENTİMO (ID - 34971)

is. [isp.] Venesuela, İspaniya, Paraqvay və başqa ölkələrdə xırda pul.

SENTNER (ID - 34972)

[alm. sentner, əsli lat. sentum yüz] 100 kiloqrama bərabər metr ölçü sisteminin çəki vahidi. [Manya Fərmana:] İstəyirəm hər hektardan yüz sentner xalis pambıq götürüm. Ə.Sadıq. [Uğur:] Sən elə güman edirsən ki, yüz sentnerdə...

SENTRİZM (ID - 34973)

[lat.] II İnternasional partiyalarında opportunizmin ən incə üsullarla maskalanmış forması.

SENTYABR (ID - 34974)

[lat.] Təqvim ilinin doqquzuncu ayı.

SENYOR1 (ID - 34975)

[lat. senior - böyük] Qərbi Avropada orta əsrlərdə: özünə məxsus olan ərazi miqyasında dövlət başçısı hüququna malik torpaq sahibi, feodal.

SENYOR2 (ID - 34976)

[isp senör] Ağa, cənab. [Zabit:] Senyor, bağışlayın, buradan Qoritsiyaya neçə kilometrdir?.. S.Vəliyev.

SENZ (ID - 34977)

is. [lat.] 1. Bir şəxsin bu və ya digər hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərt.
Bir müəssisə bu və ya digər siyahıya daxil etmək üçün lazım olan şərt.

SENZOR (ID - 34978)

[lat.] Mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed