İzahlı lüğət

RƏSMİ (ID - 33939)

sif. və zərf [ər.] 1. Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. Rəsmi sənəd. Rəsmi şəxs. Rəsmi danışıq. Rəsmi məlumat. - Rəsmi təftiş qırğı kimi [Balacayevin] üstünü almış(dı). S.Rəhimov....

RƏSMİLƏŞDİRİLMƏ (ID - 33940)

“Rəsmiləşdirilmək” dən f.is.

RƏSMİLƏŞDİRİLMƏK (ID - 33941)

məch. Rəsmi şəklə salınmaq; qanuniləşdirilmək.

RƏSMİLƏŞDİRMƏ (ID - 33942)

"Rəsmiləşdirmək” dən f.is.

RƏSMİLƏŞDİRMƏK (ID - 33943)

f Hər hansı bir işə
rəsmi şəkil vermək, qanuni şəklə salmaq. İşi rəsmiləşdirmək.

RƏSMİLƏŞMƏ (ID - 33944)

"Rəsmiləşmək” dən f.is.

RƏSMİLƏŞMƏK (ID - 33945)

f. Rəsmi səciyyə almaq, rəsmi şəkil almaq; qanuniləşmək. Məsələ rəsmiləşdi.

RƏSMİLİK (ID - 33946)

bax rəsmiyyət. Firəngizin səsində və ifadələrindəki qeyri-adi rəsmilik bir daha [Muxtarı] silkələdi. B.Bayramov.

RƏSMİYYƏT (ID - 33947)

is. [ər.] Bir iş yerinə yetirildiyi zaman tələb olunan şərtlər, qayda və üsullar; bir işin rəsmi cəhəti. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət...

RƏSMİYYƏTÇİLİK (ID - 33948)

is. İşin əsil mahiyyəti zərərinə olaraq onun rəsmi (zahiri) cəhətinə həddindən artıq fikir vermə, bir şeyə qarşı ifrat dərəcədə rəsmi münasibət. Rəsmiyyətçilik etmək.

RƏSM-KEÇİD (ID - 33949)

RƏSMLİ (ID - 33950)

sif. Rəsm çəkilmiş, rəsm verilmiş, rəsmi olan; şəkilli. Rəsmli kitab. Rəsmli jurnal.

RƏSSAM (ID - 33951)

is. [ər.] Təsviri incəsənət sahəsində yaradıcı işçi; rəsm çəkən sənətkar. Mənzərə rəssamı. - Rəssamın fırçası yorulmadan işlərdi. İ.Əfəndiyev.

RƏSSAMLIQ (ID - 33952)

is. Rəssam sənəti, rəssam peşəsi. Rəssamlıq etmək. - // Rəssamın işi ilə bağlı olan. Rəssamlıq salonu. Rəssamlıq sərgisi.

RƏSUL (ID - 33953)

is. [ər.] 1. köhn. Elçi, səfir.
2. Peyğəmbər, nəbi. Allahın rəsulu. - ..Elə zənn etdilər ki, bu əlamət rəsuli-Xudanın müsibətinə səbəb vaqe oldu. A.Ə.Axundzadə.

RƏŞADƏT (ID - 33954)

is. [ər.] İgidlik, qoçaqlıq, qəhrəmanlıq. Döyüş rəşadəti. Əmək rəşadəti. Əsgərlərin rəşadəti. - Ələsgər ağanın bu rəşadəti usta Ağabalanın yadından heç çıxmazdı. Çəmənzəminli.

RƏŞADƏTLİ (ID - 33955)

sif. İgid, qoçaq. Rəşadətli ordu.

RƏŞƏ (ID - 33956)

is. [ər.] Titrəmə, titrəyiş, əsmə. Atlı kəndin kənarına çatdıqda Tellinin vücudunu bir rəşə aldı. S.Hüseyn. Birdən rəssamın dodaqları rəşə ilə titrədi. İ.Əfəndiyev.

RƏŞİD (ID - 33957)

is. [ər.] İgid, qoçaq, qəhrəman, rəşadətli. [Heydər bəy:] Heç kəs qorxudan gedib [qaçaq mal] gətirə bilmir, məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. Qabaqkı arvadı da...

RƏŞİDLİK (ID - 33958)

is. Qoçaqlıq, igidlik, qorxmazlıq, rəşadət. [Əsgər bəy:] Biz ki [Hacı Qaranın] rəşidliyini danmırıq. M.F.Axundzadə.

RƏŞQ (ID - 33959)

is. [ər.] köhn. 1. İncə, nazik.
2. Hər şeydən mütəəssir olan, həssas.

RƏŞMƏ (ID - 33960)

is. Lent. Bizim ağ rəşmə kimi burularaq gedən yollar xeyli uzaqlara qədər iki tərəfdən uca ağaclarla əhatə olunmuşdur. Mir Cəlal.

RƏVA (ID - 33961)

is. [fars.] 1. Caiz, layiq, münasib. Rəva bilmək (görmək) - məsləhət bilmək (görmək), caiz bilmək, layiq bilmək (görmək). [Pəri xanım:] Bəs bu axır ömrümdə, sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyib...

RƏVAC (ID - 33962)

sif. [ər.] Müştərisi çox olan; tezsatılan, çoxişlənən, işəgedən. [Hacı Qara:] Zalım oğlu zalım, yüz yol Qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır. M.F.Axundzadə.
□ Rəvac tapmaq - irəli getmək, tərəqqi etmək,...

RƏVAN (ID - 33963)

sif. və zərfi [fars.] Axıcı, səlis, aydın, asan oxunula və başa düşünülə bilən tərzdə. Xəyal etmişdi Vaqifi kim, rəvan bir xoş qəzəl yazsın. M.P.Vaqif. // Oxunaqlı, aydın, səlis, aydın başa düşülən. Rəvan yazı. Əsərin...

RƏVANLIQ (ID - 33964)

1. is. Aydınlıq, səlislik, oxunaqlılıq. Yazının rəvanlığı. Romanın dilinin rəvanlığı. Rəvanlıqla şəklində - rəvan surətdə; səlis, aydın. [Bəhlul:] Direktor hərdən mənə baxırdı, natiqlərə məxsus rəvanlıqla danışırdı....

RƏVAYƏT (ID - 33965)

is. [ər.] Bir hadisə, əhvalat və s. haqqında qısa nağıl; hekayət. Imamlar haqqında rəvayətlər. - Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. □ Rəvayət etmək - demək, danışmaq, nəql etmək. Ağıçı...

RƏY (ID - 33966)

is. [ər.] 1. Bir şey haqqında fikir, mülahizə, söz. Bu barədə rəyin nədir? - [Katib] ərizəmi oxudu. Üzvlərin rəyini soruşdu. M.Hüseyn.
Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə,...

RƏYASƏT (ID - 33967)

is. [ər.] Rəislik, başçılıq, rəhbərlik. Vəliəhdin rəyasəti altında çağırılan hərbi müşavirə gecə saat 12-də qurtardı. M.S.Ordubadi. □ Rəyasət heyəti - iclas və ya müşavirənin seçilən rəhbər orqanı. Rəyasət heyəti...

RƏYÇİ (ID - 33968)

is. Rəy (2-ci mənada) yazan adam, rəy müəllifi. Elmi əsərin rəyçisi.

RƏZALƏT (ID - 33969)

RƏZƏ (ID - 33970)

is. dan. Cəftə. Rəzəni bağlamaq. Qəsrin qalın taxta qapısı rəzəsindən qopub ayaq altına düşmüşdü. M.Rzaquluzadə. Ağca xanım qapının rəzəsini vurdu. Mir Cəlal.

RƏZƏLİ (ID - 33971)

sif. Rəzəsi olan; cəftəli. Rəzəli qapı. - Rəzəli sandıqdakı boğçaların hərəsi bir ömrə bəs edərdi. Mir Cəlal.

RƏZİL (ID - 33972)

sif [ər.] Alçaq, şərəfsiz. Rəzil adam. - Rəzil düşmən yaralanmış, yırtıcı bir canavardır. S.Vurğun. // Is. mənasında. [Gülnaz:] Onu da deyim ki, elə rəzillər mənim namusuma ləkə vura bilməzlər. Q.Ilkin. Rəzil etmək - alçaltmaq,...

RƏZİLLİK (ID - 33973)

is. Alçaqlıq, şərəfsizlik.

RISA (ID - 33974)

RISALAMA (ID - 33975)

“Rısalamaq” dan f.is.

RISALAMAQ (ID - 33976)

f Ipə düzmək, sapa düzmək. Qoğalı rısalamaq.

RİAL (ID - 33977)

is. [fars.] İranda pul vahidi.

RİAYƏT (ID - 33978)

is. [ər.]: riayət etmək - gözləmək, əməl etmək. Ehtimal, həkim özyerişində hifzüssəhhə qaydalarına riayət etmək istəyirdi. Mir Cəlal. Hüseyn dərhal edir əmrə riayət; Şığıyır bayıra, meydana gedir. M.Rahim.

RİAYƏTSİZLİK (ID - 33979)

is. Hörmətsizlik, sayğısızlıq, riayət etməmə.

RİCA (ID - 33980)

is. [ər.] Birinə müraciət edərək bir işin yerinə yetirilməsini arzu etmə, istəmə; xahiş. Ricasını yerinəyetirmək. - Min göz ilə ağlasın aləm gərək əhvalıma; Çünki əğyarın ricasilə məni yar öldürər. Heyran xanım. [Xədicənin]...

RİCƏT (ID - 33981)

is. [ər.] 1. Geriyə dönmə, qayıtma, gəldiyi yerə tərəf hərəkət; əvvəlki yerə qayıtma; geri çəkilmə. ..Siyasi mübarizədəyeni qüvvələr toplamaq üçün müvəqqəti ricət ən ağıllı bir üsuldur. M.S.Ordubadi. [Qoca:] Assuriya,...

RİÇAL (ID - 33982)

is. Doşabda bişirilən üzüm, əncir, tut və b. meyvələrin mürəbbəsi. Yemiş riçalı. Üzüm riçalı. - Baba əncirin yarıdəymişindən tabaqlara dərib nənəyə verərdi, nənə də alıb riçal bişirərdi. H.Sarabski. Xanpəri kərə...

RİDİKÜL (ID - 33983)

is. Qadın əl çantası.

RİFAH (ID - 33984)

is. [ər.] Yaşayışda xoş güzəran, firavanlıq, bolluq və rahatlıq. Xalqın rifahına çalışmaq.

RİKOŞET (ID - 33985)

is. 1. Səkdirmə.
2. Uçan cismin dəyib yana sıçraması.

RİKŞA (ID - 33986)

[yapon.] Şərqi və Cənubi Asiyanın bəzi ölkələrində, həmçinin Cənubi Afrika İttifaqında: kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam. Söz yox ki, sənaye inkişaf etdikcə, əhali işlə təmin olunduqda rikşanın müasirləşmiş...

RİQQƏT (ID - 33987)

is. [ər.] Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət. Ilk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal. // Təsirlənmə, mütəəssir olma,...

RİQQƏTLƏNDİRMƏ (ID - 33988)

“Riqqətləndirmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed