İzahlı lüğət

RESİDİVIST (ID - 33789)

[lat.] Cinayət üstündə cəza çəkdikdən sonra təkrar cinayət etmiş adam.

RESPİRATOR (ID - 33790)

is. [lat.] Tənəffüs üzvlərini havadakı zəhərli maddələrdən qoruyan fərdi cihaz.

RESPÜBLİKA (ID - 33791)

[lat. respublica, res - iş və publicus - ictimai, ümumxalq] Ali hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə seçilən dövlət idarə forması; belə idarə üsulu olan ölkə. □ Xalq demokratik respublikası - siyasi əsasını...

RESPUBLİKAÇI (ID - 33792)

is. 1. Respublika idarə üsulu tərəfdarı.
2. Respublika partiyasının üzvü.

RESPUBLİKALARARASI (ID - 33793)

sif. Bir neçə respublikaya aid olan, bir neçə respublikanın təşkil etdiyi. Respublikalararası yarış.

RESSOR (ID - 33794)

is. [fr.] Amortizasiyaedici quruluş.

RESTORAN (ID - 33795)

RESTORANÇI (ID - 33796)

is. köhn. Restoran sahibi. [Tələbə:] Gördüm restorançı bizə qoxumuş lobyanı yedirmək istəyir. Qantəmir.

RESÜRS (ID - 33797)

is. [fr.] Pul vəsaiti, sərvət; dövlət büdcəsində gəlir mənbəyi.

RETRO (ID - 33798)

is. [ing.] 1. Geri qayıtmaq.
Keçmişə uyğunluq, keçmişi təkrar yönümlü üslub.

RETUŞ (ID - 33799)

[fr.] Fotoqrafiyada şəkilləri çap etmədən əvvəl şüşə və s. üzərində düzəltmə işi, üsulu.

RETUŞÇU (ID - 33800)

is. Retuş edən, retuşlama mütəxəssisi.

RETUŞLAMA (ID - 33801)

“Retuşlamaq” dan f.is.

RETUŞLAMAQ (ID - 33802)

f Retuşla düzəltmək, retuş etmək.

REVMATİK (ID - 33803)

[yun.] Revmatizm xəstəliyi olan adam.

REVMATİZM (ID - 33804)

[yun.] tib. Əsasən oynaqlarda və əzələlərdə kəskin ağrılar şəklində təzahür edən, xalq arasında “yel” adlanan xəstəlik. Xronik revmatizm.

REVYU (ID - 33805)

is. [fr.] Çeşidli musiqili sənət əsərlərinin xüsusiyyətlərini özündə birləşdirən teatr tamaşası.

REYD1 (ID - 33806)

[holl. reed] dəniz. Gəmilərin, limanın daxilində və ya yaxınlığında lövbərdə durduqları yer. Reyddə durmaq. - Reyddə dayanan bütün gəmilər əlvan bayraqlarını qaldırmışdılar. (Qəzetlərdən).

REYD2 (ID - 33807)

[ing. raid] 1. hərb. Mütəhərrik hərbi qüvvələrin hər hansı bir məqsədlə düşmən arxasına soxulması, basqını. Süvari reydi. Partizanların müvəffəqiyyətli reydi.
Ictimai təşkilatların və ya mətbuatın tapşırığı ilə...

REYESTR (ID - 33808)

is. [lat.] Sənədləri və əmlakı qeydə alma kitabı.

REYHAN (ID - 33809)

is. [ər.] bot. Xoşiyli, dekorativ, bəzi növləri yeyilən birillik mədəni bitki. Ey atam hünərli, babam fikirli; Ey reyhan nəfəsli, yarpız ətirli; Nağıl nənələrin ey laylay səsi. B.Vahabzadə.

REYHANİ (ID - 33810)

is. [ər.] mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı.

REYXSKANSLER (ID - 33811)

[alm. Reichskanzler] Almaniyada: 1945-ci ilə qədər dövlət kansleri, hökumət başçısı.

REYXSTAQ (ID - 33812)

[alm. Reichstag] Almaniyada: 1933-cü ilə qədər seçilən (faşizm dövründə isə təyin olunan) alman parlamenti; habelə həmin parlamentin iclası keçirilən bina. ..Yandı reyxstaq; Quzğunlar yatağı, o qanlı yuva! S.Vurğun.

REYXSVER (ID - 33813)

[alm. Reichsvvehr] Birinci dünya müharibəsindən sonra 1935-ci ilə qədər alman hərbi qüvvələrinin adı.

REYKA (ID - 33814)

[rus.] Suyun səviyyəsini, qar və ya buz örtüyünün və s.-nin hündürlüyünü ölçmək üçün üzərində bölgülər olan dar, nazik taxta və ya ağac. Gülşənin göstərişilə manqa üzvləri pambıq kollarını yoxlayır, reyka ilə ölçür....

REYS (ID - 33815)

[alm. Reise - gəzinti, səyahət] Müəyyən xətdə (marşrutda) işləyən gəmi, təyyarə, maşın və s. hərəkətinin başlanğıcı ilə sonu arasındakı məsafə, yol. Reysi başa vurmaq. Ikinci reys. - Bir neçə reysdən sonra baş mühəndis...

REYSFEDER (ID - 33816)

[alm. Reizfeder] Tuş və ya həll olunmuş rənglə xətt çəkmək üçün rəsmxət aləti.

REYTUZ (ID - 33817)

is. [alm.] Dar şalvar; toxunma uzun darbalaq.

REZIDENT (ID - 33818)

[lat. residens - oturan] 1. İmperialist dövlətlərin protektoratda (himayələri altında olan ölkədə) əslində oranın hakimi olan nümayəndəsi.
Səfirdən bir rütbə aşağı olan diplomatik nümayəndə.
Bir ölkənin daim başqa ölkədə...

REZİN (ID - 33819)

[lat. resina - qatran] 1. Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.
Bax rezinka. [Gəldiyevin] düzonyeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal.
Həmin materialdan...

REZİNKA (ID - 33820)

[rus.] Yazını pozmaq üçün rezin parçası; pozan, rezin.

RƏBB (ID - 33821)

is. ər. Allah, Tanrı. [Sona] sonra “ah rəbbimI” - deyə taxtın üstə yıxıldı. N.Nərimanov. □ Ya rəbb! - Allaha müraciət: ay Allah! Insandan insana körpümüz sınıb; Ya rəbbim, hamımız sənə sığınıb. B.Vahabzadə.

RƏBİÜLAXİR (ID - 33822)

is. [ər.] Hicri qəməri ərəb təqviminin dördüncü ayı.

RƏBİÜLƏVVƏL (ID - 33823)

is. [ər.] Hicri qəməri ərəb təqviminin üçüncü ayı.

RƏBT (ID - 33824)

is. [ər.] 1. Bağlama, ilişdirmə. Rəbt etmək - bağlamaq, ilişdirmək, əlaqələndirmək. Iki sözü bir-birinə rəbt edə bilmir.
2. Əlaqə, münasibət, aidiyyət. “Şərqirus” qəzetinin söhbətini mən burada ondan ötrü açdım...

RƏCƏB (ID - 33825)

is. [ər.] Hicri qəməri ərəb təqviminin yeddinci ayı. Getdi rəcəb, indi də şəban gəlir; Cisminə kor mollaların can gəlir. Ə.Nəzmi.

RƏCƏZ (ID - 33826)

is. [ər.] klas. 1. Əruz vəznində olan şeir formalarından birinin adı.
2. Döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir. Uluq bəy əlindəki qılıncını göydə oynadaraq rəcəz oxuyur. A.Şaiq. Bəylər...

RƏD (ID - 33827)

is. [ər.] köhn. Göy gurultusu.

RƏDD1 (ID - 33828)

is. [ər.] Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə. [Cavanşir:] Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsinl M.Hüseyn. Kazım əli ilə rədd işarəsi verdi. Mir Cəlal. □ Rədd etmək qəbul etməmək, yox...

RƏDD2 (ID - 33829)

is. [ər.] Ləpir, ayaq yeri, iz. Sabah olan kimi hər üçpəhləvan yola düşüb, qanın rəddi ilə düz zülmət quyusunun başına gəldilər. (Nağıl). Bura bax, Nadir, - deyə [Cəfər] rəddi göstərdi: - Görürsənmi, aşağıdan gəlib,...

RƏDDEDİLMƏZ (ID - 33830)

sif Rədd edilə bilməyən; əsaslı, sübutlu. Rəddedilməz dəlil.

RƏDİF (ID - 33831)

is. [ər.] ədəb. Hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi. M. V. Vidadinin “Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz” müsəddəsində “belə qalmaz” rədifdir.

RƏDİFLİ (ID - 33832)

sif ədəb. Rədifi olan, rədiflə qurtaran. Sabirin “Oxutmuram, əl çəkin!” rədifli şeri.

RƏF1 (ID - 33833)

is. [ər.] Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə...

RƏF2 (ID - 33834)

is. [ər.] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. F.Köçərli. □ Rəf etmək (köhnə forması: rəf qılmaq)...

RƏFAQƏT (ID - 33835)

is. [ər.] Yoldaşlıq, dostluq. Yox ikən sənlə bir rəfaqətimiz; Nərədəndir bu rütbə hörmətimiz?! M.Ə.Sabir. Yoxdur insafü sədaqət bizdə; Nə də düz-doğru rəfaqət bizdə. A.Səhhət. □ Rəfaqət etmək yoldaşlıq etmək. [Xədicəyə]...

RƏFEDİCİ (ID - 33836)

sif Rəf edən, aradan qaldıra bilən, öhdəsindən gələ bilən. Məktəb elmli, bilikli, məişətin ehtiyacatını rəfedici.. adamlar yetirə bilməyir. F.Köçərli.

RƏFƏTƏ (ID - 33837)

is. Çörəyi təndirə yapmaq üçün alət. Üzü pörtmüş şatır oxlovçunun verdiyi xəmiri əlindəki rəfətənin üstünə yayıb təndirə yapırdı. P.Makulu.

RƏFİQ (ID - 33838)

is. [ər.] Yoldaş, dost, arqadaş. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şaban daxil oldu. Ə.Haqverdiyev. Bir də rəfiqlərindən biri deyirdi ki, Ağəli xan yazıb, məndən yaranal sırması və şaşka istəmişdi. Çəmənzəminli....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed