İzahlı lüğət

RUHİ (ID - 34089)

sif [ər.] 1. İnsanın daxili aləmilə, mənəviyyatı ilə bağlı olan; mənəvi. Ruhi əzab. Ruhi vəziyyət. - Laçın heç vaxt bugecəki kimi ruhi iztirab keçirməmişdi. M.Hüseyn. [Bəhram] da ixtiyarsız olaraq ani bir ruhi sıxıntı duydu....

RUHİ-RƏVAN (ID - 34090)

is. [ər. ruh və fars. rəvan] klas. Sevgili, istəkli. Sən mənim cananım, ruhi-rəvanım; Ləbləri şirinim, qönçə dəhanım. M.P.Vaqif. [Xanəndə:] Gəl sevgili yarım, gözəlim, qönçə dəhanım! Gəl, ruhirəvanım! H.Cavid.

RUHİYYAT (ID - 34091)

[ər.] köhn. bax psixologiya. Buna nə ruhiyyat alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi.. M.S.Ordubadi.

RUHİYYATÇI (ID - 34092)

is. [ər.] köhn. bax psixoloq. Mən sadə tacir deyiləm, mən müştərinin nə kimi mətaya maraqlı olduğunu gözlərindən oxuyan bir ruhiyyatçıyam. M.S.Ordubadi.

RUHLANDIRICI (ID - 34093)

sif. 1. Ruh verən, ruhlandıran, ruha gətirən, ilhama gətirən. Ruhlandırıcı amillər. Ruhlandırıcı mənzərə.
Ürəkləndirən, cəsarətverici, qüvvətverici, qüvvət və təsirini artıran. Ruhlandırıcı sözlər.

RUHLANDIRMA (ID - 34094)

“Ruhlandırmaq” dan f.is.

RUHLANDIRMAQ (ID - 34095)

f Ürək vermək, cəsarət vermək, ürəkləndirmək. Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev. Arzusuna çatmaqdan doğan bir fərəh Fərmanı ruhlandırmışdı. Ə.Sadıq.

RUHLANMA (ID - 34096)

“Ruhlanmaq” dan f.is.

RUHLANMAQ (ID - 34097)

f 1. Ürəklənmək, cəsarətlənmək, qüvvət almaq, cuşa gəlmək. Ruhlanın Babəkin xatirəsindən; Bizi igidliyə çağırır Vətən. S.Vurğun. Mürsəl kişi danışdıqca ruhlanırdı. M.Hüseyn. // məc. Canlanmaq, cana gəlmək. Çiçəklər,...

RUHLU (ID - 34098)

sif Ruhu (2-ci mənada) olan, həvəsli, gözəl bir şeydən ruhlanan, təsirlənən, vəcdə gələn, şövqlənən. Çox ruhlu adamdır.

RUHNƏVAZ (ID - 34099)

sif [ər. ruh və fars. ...nəvaz] klas. bax ruhoxşayan. ..Bufet və restoranlarda çalınmaqda olan musiqilərin ruhnəvaz səsi eşidilirdi. S.Hüseyn.

RUHOXŞAYAN (ID - 34100)

sif Ruha xoş gələn, ruhu oxşayan, ruh verən, ürəyəyatan. ..Ataş elə bil ömründə bu cür ürəyəyatan, ruhoxşayan, könülaçan axşam görməmişdi. Ə.Vəliyev.

RUHOXŞAYICI (ID - 34101)

bax ruhoxşayan. Simfoniyanın ruhoxşayıcı melodiyaları pərdəpərdə yayılır.

RUHPƏRVƏR (ID - 34102)

sif [ər. ruh və fars. ...pərvər] klas. Həyat verən, ruha qüvvət verən; canlandırıcı. ruhlandırıcı. ..Mən bu gün bir neçə xəbərlər eşitmişəm ruhpərvər və pakizə, ona görə şadlığımdan bilmirəm nə edəm. N.Vəzirov. [Sitarə...

RUHSUZ (ID - 34103)

sif Süst, ölgün, ətalətli, həvəssiz, heç bir şeydən ruhlanmayan, təsirlənməyən. Ruhsuz adam. Ruhsuz (z.) danışmaq. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. Yaşamaz eşqsiz, ruhsuz sənətkar;...

RUHSUZLUQ (ID - 34104)

is. Süstlük, ölgünlük, ətalətlilik, həvəssizlik, maraqsızlıq; laqeydlik, ruh düşkünlüyü. Inci kimi tər tökən sinəsinin qaralıb təndir qapağına dönməsi onun üçün heç bir təəssüf, hüzn və ruhsuzluq gətirə bilmədi. Mir...

RUHŞÜNAS (ID - 34105)

sif [ər. ruh və fars. ...şünas] köhn. bax psixoloq 2-ci mənada. [Mirzağa] Cəmilə kimi təmiz, ruhşünas, munis, eyni zamanda gözüaçıq, gözəl bir qız haradan tapacaqdı? S.Hüseyn.

RUHVERİCİ (ID - 34106)

sif və zərf Ruh verən, ruhu oxşayan, ruhlandıran. Ruhverici musiqi. Ruhverici söhbət. - Məşədibəy dərdini-sərini demək, nə isə ruhverici bir söz eşitmək üçün yaxın bir dost axtarırdı. M.Hüseyn.

RUL (ID - 34107)

[holl.] Avtomobilin, təyyarənin və s.-nin müəyyən istiqamətdə hərəkətini idarə etmək üçün qurğu; sükan. [Ağabala:] Buyur, əyləş rulun dalında, sür, biz də öyrənək! Mir Cəlal. [Səriyyə:] Mən rul arxasında oturmuş Adili...

RULET (ID - 34108)

[fr.] 1. Döyülmüş ətdən və ya kartofdan uzunsov şəkildə iç qoyularaq hazırlanan yemək. Lay-lay xəmirdən girdə və ya uzunsov şəkildə hazırlanan içli şirin çörək.

RULETKA (ID - 34109)

[fr.] 1. Futlyar içində vala sarınıb və lazım olduqca çıxarılan ölçü lenti (poladdan, kətandan və ya müşəmbədən qayrılır).
Həmin adlı bir növ qumar oyunu üçün xüsusi qurğu (bu qurğu, üzərində nömrələnməsi yuvacıqlar...

RULON (ID - 34110)

[fr.] Lülə şəklində bükülmüş, sarınmış şey (müşəmbə, kağız, parça və s.). Kağız rulonu. Tol rulonu.

RUM (ID - 34111)

klas. tar. Əslən yunan olub müsəlman məmləkətlərində yaşayan əhaliyə və bu əhaliyə mənsub adamlara verilən ad. Cəm oluban rumü əcəm oynasa; Həzzim olmaz hərgiz özgədən, gəlin! M.P.Vaqif.

RUMB (ID - 34112)

[ing.] Kompasın dairəsində (horizontun V32 hissəsinə müvafıq olan) bölgü.

RUMBA (ID - 34113)

is. [isp.] Meksika mənşəli müasir rəqs növü.

RUMIN(LAR) (ID - 34114)

Rumıniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.

RUMINCA (ID - 34115)

sif və zərf Rumın dilində. Rumınca-rusca lüğət. Rumınca öyrənmək.

RUMKA (ID - 34116)

[holl. roemer - qədəh] dan. b a x qədəh. Meyxanada dostlar bir-birinin sağlığına hərəsi altı böyük rumka konyak vurdular və yaxşı Göycə balığının kababını məzə etdilər. E.Sultanov. [Rəcəb:] Bir rumka araq içsək, keçər...

RUPİYƏ (ID - 34117)

[sanskr.] Hindistanda, Pakistanda və bir sıra başqa ölkələrdə: pul vahidi, həmçinin Hindistanda və Pakistanda gümüş pul.

RUS (ID - 34118)

is. Rusiya Federasiyasında yaşayan əhalinin əksəriyyətini təşkil edən Şərqi slavyan xalqı və bu xalqa mənsub adam.

RUSCA (ID - 34119)

sif. və zərf Rus dilində. Rusca danışmaq. Rusca-azərbaycanca lüğət.

RUSİ (ID - 34120)

köhn. Rus dili, rusca. Biri həm rusidir kim, bilməyi bizlərə lazımdır. S.Ə.Şirvani.

RUSİST (ID - 34121)

is. Rus filologiyası mütəxəssisi.

RUSİSTİKA (ID - 34122)

[rus.] Rus dili və ədəbiyyatını öyrənən elmlərin məcmusu; rus filologiyası.

RUSİYALI (ID - 34123)

sif və is. Rus, Rusiya əhalisindən olan. Rusiyalı dostum.

RUSİZM (ID - 34124)

is. dilç. Rus dilindən alınmış söz və ya ifadə.

RUSLAŞDIRILMA (ID - 34125)

“Ruslaşdırılmaq” dan f.is.

RUSLAŞDIRILMAQ (ID - 34126)

məch. köhn. Rus dili və mədəniyyəti qəbul etdirilmək.

RUSLAŞDIRMA (ID - 34127)

is. köhn. Çar Rusiyasında: rus olmayan xalqlara rus dili və adətlərini zorla qəbul etdirmə siyasəti.

RUSLAŞDIRMAQ (ID - 34128)

f. köhn. Çar Rusiyasında: rus olmayan xalqları dil və adətlərə görə rus etmək.

RUSLAŞMA (ID - 34129)

“Ruslaşmaq” dan f.is.

RUSLAŞMAQ (ID - 34130)

f. köhn. Rus dili və adətlərini qəbul etmək; rus olmaq. Orda [Kremldə] sosialistlərin ruslaşan təməli var; Nerdə bir canavarlıq, bir cinayət çıxarsa; Orda barbar, kommunist Moskvanın əli var. A.İldırım.

RUSTÜMBAZ (ID - 34131)

[fars.] bax kəndirbaz.

RUTİL (ID - 34132)

is. [lat.] Qırmızımtıl rəngdə mineral.

RUZ (ID - 34133)

is. [fars.] klas. Gün, gündüz. □ Ruziəzəl klas. - ibtida, lap başlanğıc. Ruziəzəldən klas. - ibtidadan, birinci gündən, lal əvvəldən. Ruzi-məhşər (həşr) din. - qiyamət günü. Vaiza, təqrir qılma çox da ruzihəşrdən; Aşiq...

RUZİ (ID - 34134)

is. [fars.] Azuqə, yeyəcək. Qonağın ruzisi özündən qabaq gələr. (Ata. sözü). [Şahmar:] Əgər bu çinar yeməli meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. B.Bayramov. □ Ruzi etmək (eləmək) - azuqə kimi...

RUZİGAR (ID - 34135)

is. [fars.] 1. Külək, yel. ..Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi. Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın...

RUZİSİZ (ID - 34136)

RUZNAMƏ (ID - 34137)

is. [fars.] köhn. Qəzet. Iki sənə bundan əqdəm .. “Irşad” ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. F.Köçərli. [Mirzə Əli Əkbər Səttarxana:] Deyirdin...

RUZNAMƏÇİ (ID - 34138)

köhn. bax qəzetçi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed