İzahlı lüğət

RİQQƏTLƏNDİRMƏK (ID - 33989)

f. Riqqətə gətirmək, mütəəssir etmək, təsirləndirmək, ürəyini nazikləşdirmək.

RİQQƏTLƏNMƏ (ID - 33990)

“Riqqətlənmək” dən f.is.

RİQQƏTLƏNMƏK (ID - 33991)

f. Riqqətə gəlmək, mütəəssir olmaq, təsirlənmək, ürəyi nazikləşmək. ..Insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur [olurdu] C.Məmmədquluzadə. Sonralar Rəhimovun...

RİQQƏTLİ (ID - 33992)

sif. Rəhm və şəfqət ifadə edən; rəhmi, şəfqəti olan; canıyanan, ürəyiyuxa. Riqqətli ürəyi var. Riqqətli ana qəlbi. // Təsirli, təsirləndirici; mərhəmət doğuran, acınacaqlı. Məsmənin səsi sakit, riqqətli, lakin qəti və...

RİND (ID - 33993)

is. [ər.] klas. Vaxtını eyş-işrətlə keçirən laqeyd, laübalı adam; xərabati. Rindlər bəzmin gəzib bir-bir yetir məndən niyaz. Füzuli. Badə zövqün nə bilir rindi-kühəndən qeyri! Ə.Vahid.

RİNQ (ID - 33994)

idm. [ing.] Ətrafı kanatla tutulmuş boks yarışı meydançası.

RİSALƏ (ID - 33995)

is. [ər.] 1. Məktub, namə, kağız. Ey əziz, yaxşı can, min dərdə dərman; Yazdığın risalə nə yaxşı-yaxşı. Aşıq Ələsgər. [Fərrux:] [Mollanın] müctəhiddən risaləsi, qazıdan icazəsi var. Ə.Vəliyev.
2. Hər hansı bir məsələyə...

RİSK (ID - 33996)

[fr.] Təhlükə imkanı, ola biləcək təhlükə, qorxulu iş. // Yaxşı nəticələnəcəyi ümidi ilə hərəkət etmə, iş görmə, cəsarət etmə, təvəkkülü iş (görmə). Azca sonra maşın hərəkət edib Şimran yoluna düşdü. Firidun...

RİŞ (ID - 33997)

is. [fars.] klas. Saqqal. Vəqta ki, qocaldın; Rişi döşə saldın; Pis günlərə qaldın; Onda biləcəksən! M.Ə.Sabir. Maşallah, bu deyil riş ki, mərcandır bu! Ə.Nəzmi.

RİŞBABA (ID - 33998)

is. Uzunsov iri gilələri olan üzüm növü. Rişbaba, həzarı, qaraşirə üzümü bütün Qarabağda məşhurdur. Ə.Vəliyev.

RİŞƏ (ID - 33999)

is. [fars.] Kök (bitkidə). Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər. Aşıq Ələsgər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə...

RİŞƏSİZ (ID - 34000)

sif. Köksüz.

RİŞXƏND (ID - 34001)

is. 1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən. □ Rişxənd etmək (eləmək) - ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata,...

RİŞXƏNDCİL (ID - 34002)

sif Rişxənd etməyi adət etmiş rişxənd etməyi sevən, adamı lağa qoyan. Rişxəndcil adam.

RİŞXƏNDÇİ (ID - 34003)

is. Hər şeyə rişxənd edən, adamı ələ salan; adamoynadan, masqaraçı, istehzaçı.

RİŞXƏNDEDİCİ (ID - 34004)

bax rişxəndli. [Ev sahibi] rişxəndedici bir sima ilə: - Rüstəm bəy, şəkil barəsində mənim zövcəmlə danışmayın. Çəmənzəminli.

RİŞXƏNDLƏ (ID - 34005)

bax rişxənd 2-ci mənada. Şahin birdən qəhqəhə çəkdi, rişxəndlə əlini tovladı.. V.Şıxlı. Həmzə gözlərini dolandırıb, Şahmara tərs-tərs baxdı, rişxəndlə gülümsündü. B.Bayramov.

RİŞXƏNDLİ (ID - 34006)

sif. Rişxənd bildirən, rişxənd ifadə edən; istehzalı. Rişxəndli gülüş. - Səməd həmişə Rüstəmin ibadətinə rişxəndli bir təbəssümlə tamaşa edərdi. Çəmənzəminli. [Qəhrəmanın] qulağı hələ rişxəndli sözlər eşidirdi....

RİŞXƏNDYANA (ID - 34007)

b a x rişxəndli. Rişxəndyana gülmək. - Burada Maralın solğun çöhrəsindən rişxəndyana bir təbəssüm keçdi. Ə.Əbülhəsən. Fərraşlardan biri rişxəndyana dedi: - Ağa, əllicə tümən. P.Makulu.

RİŞTƏ (ID - 34008)

is. [fars.] klas. 1. Əriştə. Iki batman riştə kəssə on nəfər övrət yığar; Zəhrimar olsun həmi riştən, həmi yarman, bacı. M.Möcüz.
məc. Tel, bağ, rabitə. [Vaqif, Vidadi, Zakir və Şirvaninin] qələmlərindən hər nə zühurə...

RİTM (ID - 34009)

[yun.] 1. Bir şeyin (hərəkətin) bu və ya başqa şəkildə növbələnməsi; müntəzəmlik.
Səs, nitq və s. ünsürlərinin təkrarlanmasında müəyyən ardıcıllıq; ahəng, vəzn. Musiqinin ritmi. - Şerin ritmində Koroğluya xas olan...

RİTMİK (ID - 34010)

sif. [yun.] Ritmə tabe olan, müəyyən ritmlə ifa edilən; ahəngli, vəznli, müntəzəm. Ritmik hərəkət. Ritmik muğam. - Azərbaycan xalq musiqisi öz metro-ritmik quruluşuna görə iki yerə bölünür. Ü.Hacıbəyov. Bəlkə, elə burdan...

RİTMİKA (ID - 34011)

[yun.] 1. Ritmin sistem və xüsusiyyəti. Musiqinin ritmikası. Ritm haqqında elm. Ritm duyğusu aşılamaq məqsədilə edilən bədən hərəkətləri sistemi.

RİTORİK (ID - 34012)

sif. [yun.] Ritorika qaydalarına əsaslanan. // məc. Təmtəraqlı, dəbdəbəli. Ritorik təsvir. - C.Cabbarlının əsərlərindəki ictimai fikir daha da dərinləşir, aktual mövzu şüarçılığa çevrilmir, ritorik şəklə düşüb adamı yormurdu....

RİTORİKA (ID - 34013)

[yun.] Natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm; bəlağət elmi, bəyan. // məc. Qəliz, ibarəli, təmtəraqlı üslub. Ritorikaya qapılmaq.

RİVANOL (ID - 34014)

is. [lat.] Antimikrob təsirli dərman preparatı.

RİYA (ID - 34015)

RİYAKAR (ID - 34016)

sif. [ər. riya və fars. ...kar] Ikiüzlü. Lakin vətən və xalq düşməni olan riyakar xanlar xəyanət yolu ilə Nadirə mane olurlar. M.Arif. Mirzə Mehdi riyakar bir əda ilə sözə başladı. A.Şaiq. // Is. mənasında. Mən hara, qaraya ağ...

RİYAKARLIQ (ID - 34017)

is. İkiüzlülük. Çökür abidəsi qanlı çarlığın; Çökür məhkəməsi riyakarlığın. M.Müşfiq. □ Riyakarlıq etmək (eləmək) - ikiüzlülük etmək. [Dürrə] bilirdi ki, adaxlısı.. riyakarlıq etməyən təmiz və namuslu adamdır....

RİYASIZ (ID - 34018)

sif Təmiz qəlblə edilən (olan, görülən), içində heç bir riya olmayan; təmiz, saf. // Təsirli, təsirləndirici; mərhəmət doğuran, acınacaqlı. [Şeyx Sədra:] Onların baxmayıb da zahirinə; Bax riyasız, təmiz ürəklərinə. H.Cavid....

RİYAZƏT (ID - 34019)

is. [ər.] din. Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma. Adətim hər zaman riyazətdir; Bütün insanlara məhəbbətdir. A.Şaiq.

RİYAZİ (ID - 34020)

sif [ər.] Riyaziyyata aid olan, riyaziyyatla bağlı olan. Riyazi düstur. - Lalə son vaxtlarda qızının dərslərini yoxlamağa, çətin riyazi məsələlərin həllində ona kömək eləməyə daha çox imkan tapırdı. M.Hüseyn.

RİYAZİYYAT (ID - 34021)

is. [ər. ] Kəmiyyət münasibətlərini və obyektiv aləmin mücərrəd formalarını öyrənən elmlərin məcmusu. Ali riyaziyyat. Elementar riyaziyyat.

RİYAZİYYATÇI (ID - 34022)

is. Riyaziyyat mütəxəssisi. [Həsən] ən güclü riyaziyyatçı idi. İ.Əfəndiyev.

RİYAZİYYATŞÜNAS (ID - 34023)

[ər. riyaziyyat və fars. ...şünas] bax riyaziyyatçı.

RİZ (ID - 34024)

is. [fars.] dan. Cığır, iz. Böyük gəmiləri, dəmir yolları; Keçidləri, rizləri var ölkəmin. C.Cabbarlı. Biçinçilərdən bəzisi açdığı rizi düz apara bilmədiyindən cərgələr hərdən bir-birinə qarışırdı. Ə.Əbülhəsən.
□...

RİZA (ID - 34025)

is. [ər.] Razılıq. Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir. Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür. M.S.Ordubadi. □ Riza almaq - razılıq...

RİZAMƏND (ID - 34026)

[ər. riza və fars. ...mənd] klas. Razı qalan, razı.

RİZAMƏNDLİK (ID - 34027)

is. klas. Razılıq. [Mollabaşı:] Bu xüsusda Iran xalqından dəxi kəmali-rizaməndliyim var.. M.F.Axundzadə. Təbrik göndərənlərə birbəbir xüsusi surətdə məktub ya teleqram ilə rizaməndlik göndərmək bizə mümkün olmadı. “Mol....

RİZASIZ (ID - 34028)

sif Razılığı olmadan edilən, görülən, alınan və s. Rizasız tikənin ləzzəti olmazl (Ata. sözü).

RİZƏ (ID - 34029)

is. [fars.] Tikə, kiçik parça, qırıntı.
rizə-rizə sif və zərf Parça-parça, tikətikə. Rizə-rizə etmək. - [Şah:] Səni rizə-rizə elətdirərəm. C.Cabbarlı.

RİZQ (ID - 34030)

is. [ər.] Azuqə, yeyəcək, ruzi. Rizq artmaz, möhnət artar. (Ata. sözü). Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar, onları doyurmaq da savabdır. C.Məmmədquluzadə.

RİZVAN (ID - 34031)

is. [ər.] klas. 1. İslam əsatirində: cənnətin gözətçisi və qapıçısı olan mələkin adı. Rizvanlar təzim edib ustanın pak qədəmlərini təbrik etdilər. Çəmənzəminli.
2. məc. Behişt. Öymə, ey zahid, mənə rizvanü cənnət...

ROBOT (ID - 34032)

is. [çex.] İnsana məxsus işləri icra edə bilən avtomat maşın.

ROK (ID - 34033)

is. [ing.] 1. Səs-küylü müasir musiqi növü.
2. Yırğalanma, yellənmə.

ROKOKO (ID - 34034)

[fr.] XVIII əsrdə Fransada meydana gəlib formalarının zərifliyi və mürəkkəbliyi, naxışlarının qəribəliyi ilə fərqlənən memarlıq və bəzək üslubu. Rokoko üslubunda mebel.

ROL (ID - 34035)

[fr.] 1. Artistin səhnədə, kinofilmdə təmsil etdiyi surət. Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə.. zarafat etməyə başladı. S.S.Axundov. // Məc. mənada. Mahmud öz arvadına evdə lazımınca təlim etmişdi. Indi burada...

ROLİK (ID - 34036)

is. [rus. əsli alm.] 1. Balaca metal diyircək, çarx, təkər (məs.: rahat hərəkət etdirmək üçün mebellərin, royalın və s. ayaqlarında).
Elektrik məftillərini divarda, tavanda və s.-də bərkitmək üçün farfordan və s.-dən düzəldilmiş...

ROM (ID - 34037)

[ing. rum] Şəkər qamışı və ya patkasının qıcqırdılmış şirəsindən hazırlanan tünd içki.

ROMALI (ID - 34038)

is. Qədim Roma dövlətinin vətəndaşı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed