İzahlı lüğət

ÖTÜB-KEÇMƏK (ID - 32107)

bax Ötmək1 1-ci mənada. Bu çinarın dövrəsi yay fəslində buradan ötüb-keçən arabaçıların .. düşərgə yeri olmuşdu. S.Rəhimov.

ÖTÜRHAÖTÜR (ID - 32108)

bax Ötür-Ötür. [İsi dayı:] Bilmirəm ötürhaötür nə vaxt qurtaracaq. B.Bayramov.

ÖTÜRMƏ (ID - 32109)

“Ötürmək” dən f.is.

ÖTÜRMƏK (ID - 32110)

f 1. Yola salmaq. [Əli:] [Koxa] yola düşəndə heç kim onu ötürməyə çıxmasın. N.Nərimanov. Qalxıb getdikdə [Ceyranı] ötürmək məqsədi ilə dışarı çıxır. S.Hüseyn.
Bir-birinə verərək göndərmək. Yazını qabaqdakına ötürmək.
Bir...

ÖTÜRÜCÜ (ID - 32111)

is. 1. Ötürən, yola salan, müşayiət edən, yanınca gedən.
2. tex. Hərəkəti və s.-ni maşının bir hissəsindən o birinə nəql edən qayış, dişli çarx və s. Hərəkət ötürücüsü. // Sif. mənasında. Ötürücü qayış. Ötürücü...

ÖTÜRÜLMƏ (ID - 32112)

“Ötürülmək” dən f.is.

ÖTÜRÜLMƏK (ID - 32113)

“Ötürmək” dən məch. Ön cəbhədən bizə tərəf ötürülən (f.sif.) əsirlərin sayı yox idi. Mir Cəlal.

ÖTÜRÜM (ID - 32114)

is. Udum. ..Pendir-çörəyi iki ötürümdə yedi. S.Rəhman.

ÖTÜŞ (ID - 32115)

is. Ötüşmə, qaçışma, yüyürüşmə. Qaç oğlan! Qaç! At basdı! Millət gəlir! Ötüşdən çıxan bir camaat gəlir. M.Ə.Sabir.

ÖTÜŞDÜRMƏ (ID - 32116)

“Ötüşdürmək” dən f.is.

ÖTÜŞDÜRMƏK (ID - 32117)

1. icb. Ötüşməyə sövq etmək, ötüşməkdə bir-biri ilə yarışdırmaq. Uşaqları ötüşdürmək.
f Ötürmək, sovuşdurmaq, başdan eləmək. Hərifi xoş dillə ötüşdür getsin.

ÖTÜŞMƏ1 (ID - 32118)

“Ötüşmək1’dən f.is.

ÖTÜŞMƏ2 (ID - 32119)

“Ötüşmək2” dən f.is. Turacların, bildirçinlərin ötüşmələri ən xoş bir musiqi təsiri ilə insanı heyran edirdi. M.Rzaquluzadə.

ÖTÜŞMƏK1 (ID - 32120)

qarş. 1. Ötüb keçmək (çoxları haqqında). Oradan sürətlə ötüşdük. M.S.Ordubadi. [Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.
Gəlib-keçmək, ötmək. Ötüşdü aylar, illər, evləndik o...

ÖTÜŞMƏK2 (ID - 32121)

qarş. Səs-səsə verərək oxumaq, cəh-cəh vurmaq, tərənnüm etmək. [Ağcaqız:] Şahsənəm, gəl çıxaq bağa, bülbüllər elə ötüşür ki, gəl görəsən. “Aşıq Qərib” . ..Quşlar həzin-həzin ötüşürdülər.. S.Vəliyev.

ÖVC (ID - 32122)

is. [ər.] klas. Ən uca nöqtə. □ Övcifəza, övci-fələk - göyün, fəzanın ən yüksək nöqtəsi. Övci-fəzadə görərək bayquşu; Səhnədə çaqqıllayıram imdi mən. M.Ə.Sabir. Övc atmaq - boy atmaq, böyümək. Yoxsa daha niyə burada...

ÖVKƏLƏMƏ (ID - 32123)

“Övkələmək” dən f.is.

ÖVKƏLƏMƏK (ID - 32124)

f Əli ilə əzişdirmək. [Şərəfnisə xanım] şəkil kağızlarını dişindişinə qısıb əlində bərk-bərk övkələyir, salır ayağı altına. M.F.Axundzadə. ..Qapı açıldı, əlində şapkasını övkələyən usta Ramazan hirsli addımlarla...

ÖVKƏLƏNMƏ (ID - 32125)

"Övkələnmək” dən f.is.

ÖVKƏLƏNMƏK (ID - 32126)

"Övkələmək” dən məch.

ÖVKƏLƏTMƏ (ID - 32127)

"Övkələtmək” dən f.is.

ÖVKƏLƏTMƏK (ID - 32128)

icb. Ovuşdurtmaq, ovdurmaq. Kürəyini övkələtmək.

ÖVKƏMƏ (ID - 32129)

“Övkəmək” dən f.is.

ÖVKƏMƏK (ID - 32130)

b a x övkələmək.

ÖVKƏŞİK (ID - 32131)

sif Övkələnmiş, əzilmiş. Övkəşik köynək.

ÖVLAD (ID - 32132)

is. [ər. “vələd” söz. cəmi] 1. Oğul və ya qız; uşaq, oğul-uşaq. [Dərviş:] Bu binəvaların övlad sarıdan tək bir qızları var idi. A.Divanbəyoğlu. [Bəhram:] Ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı.
2....

ÖVLADCANLI (ID - 32133)

sif. Öz övladını, oğul-uşağını çox istəyən; uşaqcanlı. Övladcanlı kişi.

ÖVLADLI (ID - 32134)

sif Övladı olan, oğlu-qızı olan, oğul-uşaqlı. Övladlı ailə.

ÖVLADLIQ (ID - 32135)

is. 1. Övladın ata-anaya qohumluq münasibəti. Övladın ata-ana qarşısındakı vəzifəsi. Övladlıq borcu. Övladı olmayanların övlad kimi (rəsmi, ya qeyri-rəsmi) öz ailələrinə qəbul etdikləri uşaq.

ÖVLADSIZ (ID - 32136)

sif. Övladı, uşağı olmayan; oğul-uşaqsız, sonsuz. Övladsız ailə.

ÖVLADSIZLIQ (ID - 32137)

is. Övladın olmadığı hal; oğul-uşaqsızlıq, uşağı olmama, sonsuzluq. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. S.S.Axundov.

ÖVLİYA (ID - 32138)

is. [ər. “vəli” söz. cəmi] Həyatını Allah yolunda sərf edərək ona yaxınlaşmağa nail olmuş müqəddəs şəxslər. // məc. Müqəddəs, təmiz, saf, pak (həlim və gözəl əxlaqa malik adam haqqında). [Xumar Şeyx Sənan haqqında:]...

ÖVRAQ (ID - 32139)

is. [ər. “vərəq” söz. cəmi] klas. Kağız vərəqləri; yazılar. Yığ övraqın, qələmdanın; Həlakətdən qutar canın. Ə.Nəzmi.

ÖVRƏ (ID - 32140)

is. Bəzi adamlarda: bir para şeyləri yedikdə bədənlərində əmələ gələn səpki, qızartı.

ÖVRƏT (ID - 32141)

is. [ər.] köhn. 1. Arvad, zövcə, həyat yoldaşı. Sağ tərəfdən hacının övrəti əyləşib əlində dəsmal. Ə.Haqverdiyev. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt! C.Cabbarlı.
2. Qadın (ümumiyyətlə)....

ÖVRƏTBAZ (ID - 32142)

[ər. övrət və fars. ...baz] köhn. Arvadbaz.

ÖVRƏTBAZLIQ (ID - 32143)

köhn. Arvadbazlıq. ..Mənim belə yadıma gəlir ki, [türk padşahlarının] arzu və məşğələləri övrətbazlıq idi. C.Məmmədquluzadə.

ÖVRƏTLİK (ID - 32144)

köhn. is. 1. Arvadlıq. [Nəbi:] Mənim qızım da sənin evində beş il-altı il övrətlik eləyib. Ə.Haqverdiyev.
2. Bax qadınlıq 1-ci mənada.

ÖVSAF (ID - 32145)

is. [ər. “vəsf’ söz. cəmi] klas.
B ax vəsf. Müştəridir sənə Zöhrəfələkdə; Gecə-gündüz övsafını deməkdə. Q.Zakir.
2. Səciyyəvi xüsusiyyətlər, bir şəxsin necəliyini göstərən sifətləri. Qasımbəy Qarabağ əhlinin...

ÖVZA (ID - 32146)

is. [ər. “vəz” söz. cəmi] klas. b a x vəziyyət. Xalqın övzaına xəbərdar ol. S.Ə.Şirvani. Bədirlənmiş ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev.

ÖYƏC (ID - 32147)

ÖYLƏ1 (ID - 32148)

is. köhn. Günorta.

ÖYLƏ2 (ID - 32149)

köhn. bax elə.

ÖYMƏ (ID - 32150)

“Öymək” dən f.is.

ÖYMƏK (ID - 32151)

f. Tərifləmək. Başladı tərifə palıd qamətin; Oydü özün, zorbalığın, halətin. M.Ə.Sabir.

ÖYNƏ (ID - 32152)

is. məh. 1. B ax növbə. Barmaqla nişan verib səni; Budur, - deyirlər; - Neçə dəzgah; Dalında bir öynədə çalışan. R.Rza.
Dəfə, kərə. Işə buyurarsan, naxoşam deyər; Oynədə bir badya doğrama yeyər.. Aşıq Ələsgər. [Zeynal:]...

ÖYNƏLİK (ID - 32153)

is. məh. Dəfəlik, kərəlik. Bu dərman beş öynəlikdir.

ÖYRƏDİCİ (ID - 32154)

sif Öyrətmək məqsədini daşıyan, öyrədən, bilik verən. Yoxlama imla eyni zamanda öyrədici rola da malikdir. -Məhsuldar əmək öyrədici əməkdir. (Qəzetlərdən).

ÖYRƏDİLMƏ (ID - 32155)

“Öyrədilmək” dən f.is.

ÖYRƏDİLMƏK (ID - 32156)

“Öyrətmək” dən məch. Sənət öyrədilmək. Xarici dil öyrədilmək. Zəhmətə öyrədilmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed