İzahlı lüğət

ONLAR (ID - 31549)

[üçüncü şəxs əvəzliyinin cəmi] Haqqında danışılan və ya göstərilən şəxsləri bildirir. Onlar getdilər. - Qurbanəli onlara başçılıq edir. H.Nəzərli. Onlar sevinirdilər, çünki hər ikisinin dərs və əxlaq qiymətləri əla...

ONLARLA, ONLARCA (ID - 31550)

sif Sayı bir neçə on olan; çox, çoxlu. Onlarla adam. - Onlarca əllərin zərbəsi ilə parçalanmağa başlayan divar, .. yanğını keçirmək istəyənlərə mane olurdu. Ə.Əbülhəsən. ..Ov edərkən arxamızca, yan-yörəmizcə onlarca göz...

ONLUQ (ID - 31551)

sif. 1. Onmanatlıq, on manat dəyərində olan. Aşıq Ələsgər belə deyəndə Məşədi Yolçu əlini salıb, cibindən bir onluq qızıl çıxartdı.. “Aşıq Ələsgər” . // is. Onmanatlıq, on manat qiymətində olan pul. Kələntər əlini...

ONMANATLIQ (ID - 31552)

is. On manat qiymətində olan kağız pul; onluq. Onmanatlığı xırdalamaq. // sif On manata dəyən, on manat qiymətində olan. Onmanatlıq parça.

ONMƏRTƏBƏ(Lİ) (ID - 31553)

sif. On mərtəbəsi olan; onqat(lı). Onmərtəbəli bina.

ONMİNLİK (ID - 31554)

sif Sayı on min olan, on min nəfərdən ibarət olan. Onminlik qoşun.

ONOMASTİKA (ID - 31555)

[yun. onoma - ad] 1. Dildə mövcud olan xüsusi adların hamısı.
2. Dilçiliyin xüsusi adları öyrənən bəhsi.

ONOTAQLI (ID - 31556)

sif On otağı olan, on otaqdan ibarət olan. Onotaqlı kənd xəstəxanası.

ONSİNİFLİ (ID - 31557)

sif On sinfı olan. Onsinifli məktəb.

ONTONLUQ (ID - 31558)

sif On ton yük və s. tutan. Ontonluq avtomobil. // On ton ağırlığında olan. Ontonluq yük.

ONUNCU (ID - 31559)

“On” dan sıra s. Onuncu sinif. Onuncu adam. Onuncu sıra.

ONURĞA (ID - 31560)

is. anat. Bel sümüyü.
□ Onurğa beyni - onurğa kanalının içərisindəki ilik; haram ilik.

ONURĞALI (ID - 31561)

anat. 1. sif Onurğası olan.
2. cəm. Onurğalılar şəklində - onurğalı heyvanlara verilən ümumi ad; onurğalı heyvanlar.

ONURĞASIZ (ID - 31562)

anat. 1. sif Onurğası olmayan. Onurğasız heyvan.
2. cəm Onurğasızlar şəklində - onurğasız heyvanlara verilən ümumi ad; onurğasız heyvanlar.

ONYAŞAR (ID - 31563)

sif. On yaşı olan. Onyaşar heyvan.

ONYAŞLI (ID - 31564)

sif. On yaşı olan. Onyaşlı şagird.

ONYERLİ (ID - 31565)

sif On adamlıq yeri olan. Onyerli avtobus.

OPAL (ID - 31566)

[lat.] Bəzi növləri qiymətli sayılan şəffaf şüşəvari daş.

OPERA (ID - 31567)

[ital.] 1. Teatrda ifa olunmaq üçün instrumental musiqili dram əsəri, habelə iştirak edən şəxslərin əsərin sözlərini musiqinin müşayiəti ilə (hava ilə) söylədikləri teatr tamaşasının özü. Hüseynqulunun bəxtini bir şey açdı...

OPERASİYA (ID - 31568)

[lat. operatio - təsir] Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədilə icra edilən cərrahlıq əməliyyatı. Zeynal gözlərinin tezliklə operasiya olunmasını tələb edirdi. B.Bayramov. // dan. Cərrahlıq əməliyyatı...

OPERATİV (ID - 31569)

sif. [lat.] 1. Hərbi əməliyyata aid olan. Operativ plan. Operativ məlumat.
Bir işi bilavasitə, əməli surətdə həyata keçirən, görən. Operativ qrup. Operativ şöbə. Operativ orqanlar.
İşin gedişini tez qaydaya salan, düzəldən,...

OPERATİVLİK (ID - 31570)

is. Operativ olma (bax operativ 2-ci mənada).

OPERATOR (ID - 31571)

[lat.] 1. xüs. Mürəkkəb mexanizmlərin işini idarə edən və ya müəyyən istehsal prosesinin icrasına cavabdeh olan yüksək ixtisaslı fəhlə. [Nailə Mansurova:] Gedək operator otağına, sabun, məhrəba verim, üzünüzü yuyun. H.Seyidbəyli....

OPERATORLUQ (ID - 31572)

is. Operatorun işi, vəzifəsi.

OPERETTA (ID - 31573)

[ital.] Oxumaq, rəqs və danışmaqla əlaqələndirilən gülməli musiqili səhnə əsəri. Ü.Hacıbəyovun operettaları.
Ümumiyyətlə, operetta çox gözəl təsir bağışlayırdı. İ.Əfəndiyev. // Həmin əsərlərin səhnədə tamaşaya...

OPPONENT (ID - 31574)

[lat. opponentis - etiraz edən] Mübahisədə, müzakirədə, disputda və s.-də birinin fikrinə, dəlilinə, mülahizəsinə etiraz, yaxud onları təkzib ilə çıxış edən şəxs. Opponentə cavab vermək. - Sədr ayağa qalxıb deyir: - Opponentlər...

OPPONENTLİK (ID - 31575)

is. Opponent olma, opponent kimi çıxış etmə (dissertasiya müdafiəsində, elmi disputda). Opponentlik etmək.

OPPORTUNİST (ID - 31576)

[lat.] 1. Opportunizm tərəfdarı, opportunizm siyasəti yeridən adam.
2. Opportunizmə aid olan, opportunizm məsləkli. Opportunist qrup.

OPPORTUNİSTCƏSİNƏ (ID - 31577)

zərf Opportunist kimi, opportunistə yaraşan bir tərzdə. Opportunistcəsinə hərəkət etmək.

OPPORTUNIZM (ID - 31578)

[fr. opportunis - faydalı] Fəhlə hərəkatında və proletar partiyalarında marksizm-leninizmə zidd cərəyan; opportunizm proletariatın sinfı mənafeyini burjuaziyanın mənafeyinə tabe edir, burjuaziya ilə sazişçiliyi, əməkdaşlığı və...

OPTİK1 (ID - 31579)

sif. [yun.] 1. Optikaya aid olan. Optik cihazlar.
2. Optika hadisələrinə aid olan; işığın inikası və sınması qanunları üzündən törəyən, əmələ gələn. Optik hadisə. Optik müşahidə.

OPTİK2 (ID - 31580)

[yun.] 1. Optika mütəxəssisi.
2. Optik şüşə və cihazlar hazırlayan usta.

OPTİKA (ID - 31581)

[yun. optike] 1. Fizikanın işıq, onun xassə və qanunlarından bəhs edən şöbəsi. Optika qanunları.
2. top. İşləməsi işığın inikası, sınması qanunlarına əsaslanan cihaz və alətlər.

OPTİMAL (ID - 31582)

sif. [lat. optimus - yaxşı] kit. Ən əlverişli, ən münasib, ən müvafiq. Ən optimal əkin dövrü. Optimal şərait.

OPTİMIST (ID - 31583)

[lat.] Optimizmə mail adam; nikbin.

OPTİMİSTCƏSİNƏ (ID - 31584)

zərf Nikbincəsinə.

OPTİMİSTLİK (ID - 31585)

is. Optimist (nikbin) adamın hal və sifəti; nikbinlik.

OPTİMİZM (ID - 31586)

[lat. optimus - yaxşı] Həyatda hər şeyi yaxşı görmə, gələcəyə inam meyli və buna görə də özünü həmişə gümrah, şən hiss etmə; nikbinlik. Firəngizdəki sakitlik, optimizm ananı toxtadırdı. B.Bayramov.

ORA (ID - 31587)

zərf (bəzən əvəzlik mənasında işlənir). O yer. Ora nə yaxşı yerdir? Ora haçan gedəcəksən? - Keçdi çox illər, olmadı orda; Bir müsafir gəlib sirab olsun. A.Səhhət. [Sultan bəy:] Srağagün həkim Mirzə Hüseynə deyirəm ki, oram...

ORA-BURA (ID - 31588)

zərfi 1. Həm ora, həm bura; o tərəf-bu tərəfə, hər tərəfə. Ora-bura qaçmaq. - [Nəsir] yenə əvvəlki kimi ora-bura yortan .. idi. S.Hüseyn.
2. Bütünlüklə deyil, hissə-hissə; müxtəlif yerdən, o yerindən-bu yerindən. [Rüstəm...

ORADA (ID - 31589)

zərf (bəzən əvəzlik mənasında işlənir). O yerdə. Orada heç kəsi görmədim.
[Cavad:] Orada hava başqa rəngdədir. H.Nəzərli. [Məşədi İbad Sərvərə:] Bəs orada nə qayırırsan? Ü.Hacıbəyov.

ORADA-BURADA (ID - 31590)

zərf Müxtəlif yerlərdə; həm orada, həm də burada; adda-budda yerdə. Camaat vəkilləri yığılıb koma-koma orada burada söhbət edirdilər. Ə.Haqverdiyev.

ORADACA (ID - 31591)

zərf 1. Həmin o yerdə, lap orada. Oradaca dayandım. - [Usta:] Qan məni götürdü, yıxılıb oradaca qaldım. Çəmənzəminli.
2. O zaman, o vaxt, o an. Oradaca dedi. Lakin [Rüstəm] elə oradaca vədini unudaraq heç bir şey etməmişdi....

ORADAKI (ID - 31592)

sif 1. O yerdə olan, o yerdə duran, o yerdəki. Oradakı kitabları oxu. Oradakı binalar qəşəngdir.
2. Bəzən əvəzlik mənasında işlənir. Oradakıların xəbəri yoxdur.

ORADAN (ID - 31593)

ORADAN-BURADAN (ID - 31594)

zərf 1. Bir yerdən deyil, müxtəlif yerlərdən. Oradan-buradan yüz manat tapdım.
2. Müxtəlif mənbələrdən, ayrı-ayrı məxəzlərdən. Oradan-buradan xəbər bilmək.

ORAKUL (ID - 31595)

is. [yun.] Antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal.

ORAQ (ID - 31596)

is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, yarımdairəvi kəsici kənd təsərrüfatı aləti. Oraqla ot biçmək. - Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. M.F.Axundzadə. [Tanrıverdi] qıraq-bucaqda orağı hərlədi, xeyli ot çıxarıb...

ORAQÇI (ID - 31597)

is. məh. Biçinçi.

ORAQÇILIQ (ID - 31598)

is. məh. Biçinçilik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed