İzahlı lüğət

NOĞULDAN (ID - 31123)

is. Kiçik taxça. ..Qız evində qıza cehiz üçün .. taxçalara, noğuldanlara, buxarıya əlvan pərdələr tikəcəklər. R.Əfəndiyev.

NOHUR (ID - 31124)

is. Güclü yağışdan, seldən sonra su yığılmış çökək gölməçə yer. Küçələr palçıq, səkilərin qabağı nohur olurdu. H.Sarabski. // Göl, gölcük.

NOXTA (ID - 31125)

is. Minik heyvanlarının başına salınan kəndir, qayış və s. At almamış noxta davası edir. (Ata. sözü). Əmiraslan Nurəddini ata mindirib noxtanın ucundan yapışdı. S.S.Axundov. Nisə xala gəlib noxtadan yapışdı və darvazaya tərəf...

NOXTALAMA (ID - 31126)

“Noxtalamaq” dan f.is.

NOXTALAMAQ (ID - 31127)

f 1. Heyvanın başına noxta vurmaq, noxta salmaq. Atı noxtalamaq. - [Alo] Yabını noxtalayıb yekə toxum xurcununun yanına çəkdi. S.Rəhimov.
2. məc. Daim birini öz tabeliyində saxlamaq, özündən asılı etmək, əlində tutmaq; yüyənləmək....

NOXTALANMA (ID - 31128)

"Noxtalanmaq” dan f.is.

NOXTALANMAQ (ID - 31129)

məch. Başına noxta salınmaq, noxta vurulmaq. At noxtalanıb.

NOXUD (ID - 31130)

is. bot. Paxlalılar fəsiləsindən girdə dənəli birillik bostan bitkisi. Noxud əkmək. // Həmin bitkinin bişmişdə istifadə edilən dənələri. Bozbaşa noxud tökmək. □ Noxud boyda (qədər) - çox az, kiçik, cüzi şey haqqında. [Kərbəlayı:]...

NOXUDDAN (ID - 31131)

is. Noxud, su və azacıq ət qarışığı olan sulu xörək; noxud şorbası.

NOXUDFALI (ID - 31132)

is. Noxudla açılan fal. [Qızyetər:] Get, bir həmşəri Cahanı da çağır gəlsin. O, yaxşı noxudfalı açır. Ə.Haqverdiyev.

NOXUDLU (ID - 31133)

sif. İçərisinə noxud tökülmüş, noxudu olan. Noxudlu dovğa. - Noxudlu bozbaşdan aldığı iri loğmalar [Büləndin] boğazından aşağı ötdükcə o özündə dərin bir məmnuniyyət hiss edirdi. Ə.Əbülhəsən.

NOXUDLUQ (ID - 31134)

is. 1. Noxud əkilmiş yer, sahə. Bostanın yarısı noxudluqdur.
2. dan. “Bir” sözü ilə - noxud boyda, noxud qədər. [Gülsabah:] Qurban, sən allah, bir noxudluq da Ərdəbil cövhəri al. M.Əliyev.

NOXUDU (ID - 31135)

sif. Yaşılaçalan, sarı-boz (rəng). Noxudu şal.
□ Noxudu gülüş - arası kəsilməyən, xırıltılı gülüş. [Salman] güləndə elə bil ki, daşın altında qurut əzirdilər, arasıkəsilməz xırıltılar eşidilirdi. Buna elarası...

NOXUDVARİ (ID - 31136)

sif. Noxud kimi, noxuda oxşar. Noxudvari muncuq.

NOKAUT (ID - 31137)

is. [ing.] Boksçunun aldığı zərbə nəticəsində huşunu itirməsi. Döyüşü nokautla uduzan boksçuya üç ay müddətində yarışlarda iştirak etmək qadağan olunur.

NOKDAUN (ID - 31138)

is. [ing.] Boksçunun aldığı zərbə nəticəsində başının gicəllənməsi. Nokdaun vəziyyətinə düşmüş boksçu hakim səkkiz sayınca özünə gəlib yarışı davam etdirmək iqtidarında olur.

NOKTÜRN (ID - 31139)

[fr.] Kiçik lirik musiqi əsəri. Noktürn (fransızca “gecə mahnısı” mənasını verən sözdən götürülmüş) kiçik instrumental əsərdir. Ə.Bədəlbəyli.

NOQAY (ID - 31140)

is. Şimali Qafqazda yaşayan türk xalqlarından biri və həmin xalqa mənsub olan adam.

NOLA (ID - 31141)

“Nə ola” , “nə olaydı” sözünün klassik şeirdə sual məqamında işlənən ixtisar forması. Ey Füzuli, nola gər saxlar isəm canı əziz; Vaxt ola, kim ola ol şuxi-sitəmkarə fəda. Füzuli.

NOM (ID - 31142)

is. [yun.] 1. Qədim Misirdə mahal, vilayət.
2. Müasir Yunanıstanda inzibati-ərazi vahidi.

NOMARX (ID - 31143)

is. [yun.] Nomun hökmdarı, başçısı.

NOMENKLATURA (ID - 31144)

[lat. nomenclatura siyahı, adların yazılışı] 1. Hər hansı elm, incəsənət, texnika və s. sahəsində işlənən adların, terminlərin məcmusu, ümumi siyahısı. Coğrafi nomenklatura. Tibb nomenklaturası.
2. Müəssisə mühasibatının...

NOMİNAL (ID - 31145)

[lat. nominalis - adlı, üstündə ad yazılmış] Qiymətli kağızlarda, kağız pul nişanlarında, sikkələrdə göstərilən nominal dəyər.

NOMİNASİYA (ID - 31146)

is. [lat.] 1. Ad, advermə.
2. Müsabiqəyə çıxarılan sahələr.

NONET (ID - 31147)

is. [ital.] 1. Doqquz alət və ya səs üçün musiqi əsəri.
2. Doqquz ifaçıdan ibarət musiqi ansamblı.

NORKA (ID - 31148)

is. [rus.] Dələlər fəsiləsindən yırtıcı məməli heyvan cinsi və onun dərisi.

NORD (ID - 31149)

is. [alm.] Şimal.

NORMA (ID - 31150)

[lat.] 1. Qanuna salınmış; qayda, üsul. Hüquq normaları. // Hamı tərəfindən qəbul edilmiş adi, məcburi qayda, nizam. Ədəbi dil normaları. Əxlaq normaları.
2. Müəyyən edilmiş ölçü, miqdar, orta kəmiyyət. Normanı yerinə yetirmək....

NORMAÇI (ID - 31151)

is. Normalaşdırma işi ilə məşğul olan işçi. Normaçı əlində dəftər briqadaları gəzib qeyd götürürdü. Mir Cəlal.

NORMAL (ID - 31152)

sif. [lat. normalis - düzxətli] Normaya uyğun, necə lazımsa elə; təbii, adi. Normal temperatur. Normal artım. - Zənnimcə qorxusu yoxdur, indi artıq ürəyi normal (z.) bir surətlə döyünməkdədir. H.Nəzərli. Ruhi cəhətdən sağlam....

NORMALAŞDIRILMA (ID - 31153)

“Normalaşdırılmaq” dan f.is.

NORMALAŞDIRILMAQ (ID - 31154)

f Norma qoyulmaq, normaya tabe edilmək, hədd təyin edilmək.

NORMALAŞDIRILMIŞ (ID - 31155)

f.sif. Normaya salınmış, normaya tabe edilmiş, yaxud yaxınlaşdırılmış.

NORMALAŞDIRMA (ID - 31156)

“Normalaşdırmaq” dan f.is.

NORMALAŞDIRMAQ (ID - 31157)

f Bir şey üçün norma qoymaq, norma, hədd təyin etmək; normaya tabe etmək (b ax norma).

NORMALLAŞDIRILMA (ID - 31158)

“Normallaşdırılmaq” dan f.is.

NORMALLAŞDIRILMAQ (ID - 31159)

məch. Normal hala salınmaq, qaydaya salınmaq, yoluna salınmaq (bax normal).

NORMALLAŞDIRMA (ID - 31160)

“Normallaşdırmaq” dan f.is.

NORMALLAŞDIRMAQ (ID - 31161)

f Normal hala salmaq, qaydaya salmaq, adi hala salmaq (bax normal).

NORMALLAŞMA (ID - 31162)

"Normallaşmaq” dan f.is.

NORMALLAŞMAQ (ID - 31163)

f Normal hala (qaydaya) düşmək, adi halına düşmək. Vəziyyət normallaşmışdır.

NORMANLAR (ID - 31164)

cəm VIII-XI əsrlərdə Avropa ölkələrinə basqınlar etmiş şimali german tayfaları.

NORMATİV (ID - 31165)

[lat. normatio - qaydaya salma] 1. Hər hansı bir işin görülməsi, icrası üçün əsas götürülən normalar göstəricisi. Plan normativi. Texniki normativlər.
2. Hər hansı bir şey üçün norma müəyyənləşdirən, norma qoyan. Normativ...

NORVEÇ (ID - 31166)

is. Skandinaviya ölkələrindən və xalqlarından birinin adı.

NOSTALGİYA (ID - 31167)

is. [yun.] Xiffət, həsrət, qüssə.

NOT (ID - 31168)

[lat. nota - qeyd, işarə] 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. Bas notu. Musiqi və ya mahnıda səsin özü. Oxuduqda səsinin hər notunu gözləmək. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən...

NOTA (ID - 31169)

[lat. nota - işarə, məzəmmət, məktub] Bir hökumətin başqa hökumətə rəsmi yazılı diplomatik müraciəti. Etiraz notası. Nota mübadiləsi. - [Əbülhəsən bəy:] Ona təşəkkür etdim, sonra da qız Amerika konsuluna verilən notanı...

NOTARİAL (ID - 31170)

sif [lat.] Notariusa, hüquqi aktların, sənədlərin və onların surətlərindəki imzaların doğruluğunu və s. təsdiq etmək məsələsilə əlaqədar olan. Notarial kontor. Notarial surət.

NOTARİÜS (ID - 31171)

[lat. notarius - mirzə, katib] Müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs. [Kərbəlayı Qubad:] ..Bəy, olmazmı ki, bu işi notarius əli ilə eyliyək. Ü.Hacıbəyov. Oğlan durub, sandıqdan notarius...

NOTLU (ID - 31172)

sif Notla ifa edən, notla çalan. Notlu orkestr. - Azərbaycanda yeni operanın yaranması ilə bir zamanda dördsəsli xor, notlu orkestr, nota yazılmış muğamlar meydana gəlmişdir. Ü.Hacıbəyov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed