Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

İzahlı lüğət

L (ID - 26729)

Azərbaycan əlifbasının on səkkizinci hərfi. B ax el.

LABİRİNT (ID - 26730)

[yun.] 1. Qədim Yunanıstanda və Misirdə: çıxılması çətin, dolanbac və dolaşıq yolları olan böyük bina, tikili.
anat. Qulağım spiral, dəhliz və yarımdairəvi kanallardan ibarət hissəsi.
məc. Dolaşıqlıq, qarışıqlıq,...

LABORANT (ID - 26731)

[lat. laborans - işləyən] Laboratoriyada çalışan elmi və ya texniki işçi. Baş laborant. Laborant vəzifəsi. - [Fərhadoğlu] sonra öz laborantlarını da güclü bir selin gələcəyindən xəbərdar etdi. S.Rəhimov. Ay qız, - dedi, - laborant...

LABORANTLIQ (ID - 26732)

is. Laborant vəzifəsi, işi. Laborantlıq etmək.

LABORATORİYA (ID - 26733)

[lat. laboratorium - işləmək] 1. Elmi və ya texniki təcrübələr, tədqiqat üçün xüsusi təchiz olunmuş bina, otaq; belə təcrübə, tədqiqat aparılan müəssisə. Kimya laboratoriyası. Fizika laboratoriyası. - Laboratoriyadan Firuzənin...

LABÜD (ID - 26734)

zərf [ər.] 1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. ..Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. // Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri....

LABÜDDƏN (ID - 26735)

zərf [ər. ] 1. Hökmən, məcburən, mütləq. [Ağası bəy Vaqifə:] Əgər Məmməd bəy .. mane ola bilməzsə .. labüddən vuruşma olacaqdır. Çəmənzəminli.
2. İstər-istəməz, əlacsız, naçar, məcburən. [Qulam xan:] Məni o qədər...

LABÜDLÜK (ID - 26736)

is. Heç bir şeylə qarşısı alına bilməmə; qaçılmazlıq, önüalmmazlıq, zərurilik. Hadisənin labüdlüyü.

LACİVƏRD (ID - 26737)

is. [fars.] Tünd-mavi rəngli qiymətli daş. // Bu daşın rəngi - tünd-mavi rəng. Lacivərd boşqab. - Lacivərd göylərin ətəklərini; Sarmış altun saçaqlı bir pərdə. R.Rza. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır,...

LACİVƏRDİ (ID - 26738)

sif. [fars.] Tünd-mavi rəngli, lacivərd rəngində; göy. Lacivərdi kasa. Lacivərdi səma. - Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda.. yemişlər qoyulmuşdu. Çəmənzəminli. Bu gün dərya açıqdı; Göy üzü lacivərdi....

Bu səhifə 231 dəfə baxılıb

Bağla