İzahlı lüğət

QAHMARÇI (ID - 23050)

is. məh. Tərəfdar, havadar, tərəf saxlayan.

QAHMARÇILIQ (ID - 23051)

is. məh. Tərəfgirlik, havadarlıq, tərəf saxlama.

QAX (ID - 23052)

is. Qurudulmuş meyvə. Alma qaxı. Armud qaxı. Ərik qaxı. - Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır, bunları gətirin borclarınıza hesab edək. S.S.Axundov. Vaxtında yığıb .. qax kəsməsələr, bunu [meyvəni] yığıbyığışdırmaq...

QAXAC (ID - 23053)

is. 1. Günəşdə və ya başqa üsul ilə qurudulmuş ət. □ Qaxac etmək - günəşdə və ya başqa üsul ilə qurutmaq (əti).
məc. Çox quru və ya qurudulmuş şey haqqında. □ Qaxac olmaq, qaxaca dönmək- bax qaxaclamaq. Çörəkgün...

QAXACÇI (ID - 23054)

is. Qaxac hazırlayan adam.

QAXACIMA (ID - 23055)

“Qaxacımaq” dan f.is.

QAXACIMAQ (ID - 23056)

f. 1. Qaxaca dönmək, çox qurumaq.
2. məc. Arıqlamaq, zəifləmək, qurumaq.

QAXACITMA (ID - 23057)

“Qaxacıtmaq” dan f.is.

QAXACITMAQ (ID - 23058)

f. 1. Əti günəşdə və ya başqa bir üsul ilə qurutmaq, qaxac eləmək. Əti günəş qabağında qaxacıdırlar.
2. məc. Soyuqdan dondurmaq, qurutmaq. Zəhrimara qalmışın soyuğu da adamı qaxacıdır, - deyə ağacı ilə sacın altından...

QAXACLAMAQ (ID - 23059)

f. Günəşdə və ya başqa bir üsul ilə qurutmaq, qaxac etmək.

QAXANC (ID - 23060)

bax qaxınc.

QAXDIRMAQ (ID - 23061)

“Qaxmaq” dan icb.

QAXILMA (ID - 23062)

“Qaxılmaq” dan f.is.

QAXILMAQ (ID - 23063)

f. 1. məch. Vurulmaq, çırpılmaq, yerə çaxılmaq.
Çalınmaq, vurulmaq, sancılmaq, girdirilmək. Yerə on paya qaxılmışdır.
məc. Bir yerdə oturub qalmaq. Bir yerdə qaxıl, tərpənmə. - [Kərəməli:] Mən .. yükün üstünə qaxılmışam....

QAXINC (ID - 23064)

is. Edilən yaxşılığı adamın üzünə vurma, minnət qoyma, tənə etmə. □ (Başına) qaxınc etmək - etdiyi yaxşılığı başa vurmaq. [Səltənət:] Gör mənim başıma nəyi qaxınc edirlər. Gör mənə kim qaxınc edir! Mir Cəlal. Qazanxan...

QAXIŞ (ID - 23065)

is. Qaxma; qaxmaq işi və tərzi.

QAXMA (ID - 23066)

is. 1. “Qaxmaq” dan f.is.
Yerə qaxılan ucu yonulmuş ağac parçası. Atı hörükləyib qaxmaya bağla. Metal lövhələr üzərinə qəlib ilə vurulub açılan naxış. Bu naxışlar qazma deyil, qaxmadır.

QAXMAQ (ID - 23067)

f. 1. Var gücü ilə bir şeyi bir yerə vurmaq, çırpmaq. Boşqabı yerə qaxıb sındırdı.
2. Çalmaq, vurmaq, sancmaq, girdirmək. Mıxı divara qaxmaq.
□ Başa qaxmaq - b ax baş.

QAXSIMA (ID - 23068)

"Qaxsımaq” dan f.is.

QAXSIMAQ (ID - 23069)

f. Köhnəlib qoxumaq; acı tam vermək. Pendir açıq qalıb qaxsımışdır. Bu yağ, deyəsən, qaxsımışdır.

QAXSIMIŞ (ID - 23070)

f.sif. Köhnəlib qoxumuş və tamı acılaşmış. Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun.

QAXSITMA (ID - 23071)

"Qaxsıtmaq” dan f.is.

QAXSITMAQ (ID - 23072)

f. Çox saxlayaraq iyləndirmək, acılaşdırmaq; qaxsımasına bais olmaq. Yağı ağzı açıq qoyub qaxsıtmaq.

QAİB (ID - 23073)

[ər.] 1. Olmayan, hazır olmayan, gəlməmiş, gözdən uzaqda olan (hazır müqabili). Bu gün məktəbdə bir nəfər də olsun, qaib yoxdur. □ Qaib olmaq - yox olmaq, gözdən itmək. O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın; Olubdur...

QAİBANƏ (ID - 23074)

zərf [ər. qaib və fars. ...anə] Görməyərək və görünməyərək, görmədən, gizlidən, arxadan, qiyabi surətdə, şəxsən görmədiyi və tanımadığı halda. O adama qaibanə məhəbbətim var. - Qıllam sənə iştə bir vəsiyyət; Yad...

QAİDƏ (ID - 23075)

is. [ər.] 1. köhn. Bir şeyin altlığı, ayaqlığı, oturacağı. Sütunun qaidəsi. Güldanın qaidəsi.
B ax qayda. [Ağa Hüseyn Xəlilə:] Mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim. Ə.Haqverdiyev.

QAİL (ID - 23076)

[ər.] köhn. İnanan, razı olan. Pərvanə də sən tək şəmə maildir; Nə qədər ki, cövr eyləsə, qaildir. Q.Zakir. Küfrümə hökm eyləməyin zur ilə; Qaili-Quranəm, a şirvanlılar! M.Ə.Sabir. [Şeyx Sənan:] Sən neçin həp sükutə...

QAİLLİK (ID - 23077)

is. İnam, inanma, etiqad etmə. Əzizim, əgər mənim sözümə qailliyin olacaqsa, deyim. C.Məmmədquluzadə.

QAİM (ID - 23078)

sif. [ər.] klas. Sabit, davamlı, möhkəm. Min şükr ki, möhkəməm vəfadə; Hicranına qaiməm cəfadə. Məsihi. □ Qaim olmaq - 1) sabit olmaq, sabitləşmək. Səndən dilərəm mədəd, ki daim; Təmkinim ola səninlə qaim. Füzuli. Kim su...

QAİMƏ (ID - 23079)

is. [ər.] 1. Alıcıya göndərilən və ya buraxılan malların adı, növü, miqdarı, qiyməti yazılmış siyahını göstərən sənəd.
köhn. Uzun kağız üzərində yazılmış əmrnamə. Qılıncın dəstəyi.

QAİMMƏQAM (ID - 23080)

is. [ər.] Türkiyədə: 1) qəza rəisi; 2) köhn. mayor rütbəsi ilə polkovnik rütbəsi arasında hərbi rütbə; podpolkovnik.

QAİMMƏQAMLIQ (ID - 23081)

is. Türkiyədə: 1) bir qaimməqamın idarəsi altında olan əyalət, qəza; 2) qaimməqam vəzifəsi; 3) köhn. podpolkovnik rütbəsi.

QAQAUZ (ID - 23082)

is. Moldova və Ukraynada, həmçinin Rumıniya və Bolqarıstanda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. Haray, ey qaqauz, türk, kazak, balkar! Ey başqırd, ey türkmən, susursan niyə? Qovuşsun Türküstan, Atatürkiyə! X.Rza.

QAQAUZCA (ID - 23083)

sif. və zərf Qaqauz dilində.

QAQQA (ID - 23084)

bax qağa1. Nazlı bala, göyçək uşaq, gəl mənə; Yaxşı-yaxşı qaqqa verim mən sənə. A.Səhhət.

QAQQANA(Q) (ID - 23085)

is. Qaqqıltı. Pilləkəni titrətdi muştuluqçu qonşu qızın qaqqanası. R.Rza. □ Qaqqanaq çalmaq - 1) qaqqıldamaq. Araba silkinər və cırıldayar, toyuq-cücə qaqqanaq çalıb qaqqıldaşmağa başlayardı. H.Sarabski; 2) qaqqıltı (qəhqəhə)...

QAQQILDAMA (ID - 23086)

“Qaqqıldamaq” dan f.is.

QAQQILDAMAQ (ID - 23087)

f. 1. Çığırma, qaqqıltı salmaq (toyuq və quşlar haqqında).
2. Bərkdən gülmək, qəhqəhə ilə gülmək. Ovci-fəzadə görərək boynunu; Səhnədə qaqqıldayıram indi mən. M.Ə.Sabir. Zəhra xanım əllərini bir-birinə vurub qaqqıldadı....

QAQQILDAŞMA (ID - 23088)

“Qaqqıldaşmaq” dan f.is.

QAQQILDAŞMAQ (ID - 23089)

qarş. 1. Hamı birdən qaqqıldamaq. Qatarlaşıb nə diyardan gəlirsiz; Qaqqıldaşa-qaqqıldaşa (z.) durnalar? Q.Zakir. Kəkilli durnalar hey qatar-qatar; Qaqqıldaşıb keçir, açılmış bahar. R.Rza.
2. Qəhqəhə ilə gülmək, bir-birinə...

QAQQILDATMAQ (ID - 23090)

icb. Qaqqıldamağa məcbur etmək.

QAQQILTI (ID - 23091)

is. 1. Toyuq, kəklik, durna çığırtısı. Qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. S.S.Axundov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli.
Qəhqəhə;...

QAQUM (ID - 23092)

is. [ər.] Pişik cinsindən olan bozqara quyruqlu xəzlik heyvan.

QAL (ID - 23093)

is. [ər.] köhn. Qarışıqlıq, hay-küy, çığır-bağır, mübahisə, qovğa. Igidin başı qalda gərək. (Ata. sözü). Vaqif ki düşübdür əqlü kəmaldan; Əskik olmaz başı qovğadan, qaldan. M.P.Vaqif. [Əlibaba:] Gərək qalda olsun igidin...

QALA (ID - 23094)

is. [ər.] 1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda .. bir-birinə yaxınlaşırlar....

QALABƏND (ID - 23095)

sif. [ər. qələ və fars. bənd] köhn. Yalnız şəhər içərisində gəzib, ondan kənara çıxmamağa məhkum edilən günahkar, müqəssir. Əgər Günay bu döngədəki evlərin birində, qarının yanında qaravaş idisə, o da qalabənd olub...

QALABƏNDLİK (ID - 23096)

is. köhn. 1. Qalabənd cəzası (bax qalabənd). Qalada qapanıb qalma, qalanın mühasirədə olması. Üç ay qalabəndlik olub, heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi. “Dərbəndnamə” .

QALABƏYİ (ID - 23097)

is. tar. Qala (şəhər) hakimi, şəhər böyüyü, şəhərin baş hakimi. ..Həmədan qalasını Azərbaycan qoşununun üzünə açmaq istəməyən qalabəyini darvazanın qabağında asdı(lar). M.S.Ordubadi. Qalabəyi paltarını geyinməyə başladı....

QALABƏYİLİK (ID - 23098)

is. tar. Qalabəyi vəzifəsi, işi.

QALAC (ID - 23099)

[rus. Kanan] Kömbə (çörək). Dişləri tutmadı yavan qalacı; Çünki həm bərk idi və həm də acı. Ə.Qəmküsar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed