İzahlı lüğət

İKİGÜVƏNLİ (ID - 18440)

bax ikihürgüclü.

İKİGÜZGÜLÜ (ID - 18441)

sif. İki güzgüsü olan. Ikigüzgülü şifioner.

İKİHAÇA(LI) (ID - 18442)

sif. və zərfi İki haçası olan, iki yerə ayrılan. □ İkihaça(lı) olmaq - şaqqalanmaq, iki qola ayrılmaq. Bir cida boyu qalxmış günəş çayın ikihaçalı olub a xan sularında çimir, dağdan əsən sərin külək qızların saçları...

İKİHAKİMİYYƏTLİLİK (ID - 18443)

is. Bir ölkədə eyni zamanda iki hakimiyyətin olduğu vəziyyət.

İKİHECALI (ID - 18444)

sif. dilç. İki hecadan ibarət. Ikihecalı söz.

İKİHƏDLİ (ID - 18445)

sif. riyaz. İki həddi olan, iki həddən ibarət olan.

İKİHƏFTƏLİK (ID - 18446)

sif. İki həftə davam edən, iki həftə müddətinə. Ikihəftəlik məzuniyyət. Ikihəftəlik maaş.

İKİHƏRƏKƏTLİLƏR (ID - 18447)

is. zool. Yer altında yaşayan qurda bənzər kərtənkələ fəsiləsi.

İKİHİSSƏLİ (ID - 18448)

sif. İki hissədən ibarət olan. Ikihissəli əsər.

İKİHÖKUMƏTLİLİK (ID - 18449)

bax ikihakimiyyətlilik.

İKİHÜRGÜCLÜ (ID - 18450)

sif. İki hürgücü (güvəni) olan. Ikihürgüclü dəvə.

İKİXƏTLİ (ID - 18451)

sif. Qoşaxətli, qoşa cızıqları olan. Ikixətli dəftər.

İKİİLÇİ (ID - 18452)

is. Bir sinifdə iki il oxuyan. Ikiilçi şagird.

İKİİLLİK (ID - 18453)

sif. 1. İki il davam edən və ya davam etmiş. Ikiillik kurs. Ikiillik ezamiyyət. Ikiillik dövr. Ikiillik səfər.
Yaşı iki il olan, iki yaşında olan; ikiyaşar. Ikiillik dana.
bot. Tam inkişafı (cücərməyə başlamaqdan toxumlarının...

İKİKAMERALI (ID - 18454)

sif. tex. İki kamerası olan. Ikikameralı soba.

İKİKANALLI (ID - 18455)

sif. rad. İki kanalda işləyən, iki kanalda veriliş verən, yaxud iki kanalda verilən televiziya verilişlərini qəbul edən.

İKİKƏSİCİDİŞLİLƏR (ID - 18456)

is. zool. Avstraliyada yaşayan kisəli heyvanlar dəstəsi.

İKİKİLOQRAMLIQ (ID - 18457)

1. sif. İki kiloqram ağırlığında olan, iki kiloqram tutan.
2. Is. mənasında. İki kiloqram ağırlığında olan çəki daşı.

İKİKİLOMETRLİK (ID - 18458)

sif. 1. İki kilometr uzunluğunda olan, məsafəsi iki kilometr olan. Ikikilometrlik yol.
2. coğr. Santimetrdə iki kilometr miqyası olan. Ikikilometrlik xəritə.

İKİKONUSLU (ID - 18459)

sif. İki konusu olan.

İKİQANADLI (ID - 18460)

sif. Bir cüt qanadı olan, iki qanadı olan; qoşaqanadlı. Ikiqanadlı təyyarə.

İKİQANADLILAR (ID - 18461)

is. zool. Bir cüt qanadı olan həşərat dəstəsi; qoşaqanadlılar, cütqanadlılar. Mozalanlar ikiqanadlılar dəstəsinə mənsubdur.

İKİQAPAQLI (ID - 18462)

is. zool. Üst qabığı iki qapaq şəklində olan molyusk.

İKİQAT (ID - 18463)

1. sif. Bir-birinə uyğun, yaxud yekcins iki hissədən ibarət. İkiqat parça. İkiqatpəncərə. - [Şahsənəm xala] çadrasını ikiqat eləyib atdı başına.. E.Sultanov. Sərəncam bacı başında ikiqat çarşab oğlunu dolandırıb gəzdirirdi.....

İKİQATLI (ID - 18464)

sif 1. İki qatdan ibarət olan. İkiqatlı parça. İkiqatlı sap.
2. İki mərtəbəsi olan, ikimərtəbəli. İkiqatlı bina. - Qarşıda ikiqatlı bir ev görünürdü. S.Hüseyn.

İKİQƏLSƏMƏLİLƏR (ID - 18465)

is. zool. Bir cüt qəlsəməsi olan başayaqlı molyusklar yarımsinifmin adı.

İKİQƏPİKLİK (ID - 18466)

is. İki qəpik dəyərində olan metal pul.

İKİQIÇLI (ID - 18467)

b a x ikiayaqlı.

İKİQİYMƏTLİ (ID - 18468)

bax ikirəqəmli.

İKİQOLLU (ID - 18469)

sif İki qolu olan (bax qol1

İKİQULPLU (ID - 18470)

sif İki qulpu (dəstəsi) olan. İkiqulplu qab. İkiqulplu qazan.

İKİLAMPALI (ID - 18471)

sif İki lampası olan, iki lampa ilə işləyən. İkilampalı radio aparatı.

İKİLAYLI (ID - 18472)

sif 1. İki laydan (qatdan, təbəqədən) ibarət olan.
2. B a x ikitaylı. İkilaylı qapı.

İKİLƏÇƏKLİ (ID - 18473)

sif bot. İki ləçəyi olan. İkiləçəkli çiçək.

İKİLƏMƏ (ID - 18474)

1. “İkiləmək” dən f.is.
2. k.t. İki dəfə əkilmiş eyni yer. İkiləmə əkin.

İKİLƏMƏK (ID - 18475)

İKİLƏNMƏ (ID - 18476)

“İkilənmək” dən f.is.

İKİLƏNMƏK (ID - 18477)

1. məch. İki edilmək, qoşalandırılmaq, bir şeyin üstünə biri də əlavə edilmək.
2. B a x ikiləşmək.

İKİLƏPƏLİ (ID - 18478)

sif bot. İki ləpəsi olan. İkiləpəli bitkilər.

İKİLƏPƏLİLƏR (ID - 18479)

is. bot. Toxumu iki ləpədən ibarət olan bitkilər fəsiləsinin adı.

İKİLƏTMƏ (ID - 18480)

“İkilətmək” dən f.is.

İKİLƏTMƏK (ID - 18481)

f Sayını iki eləmək; cütləşdirmək. Paltarı ikilətmək.

İKİLƏŞDİRMƏ (ID - 18482)

“İkiləşdirmək” dən f.is.

İKİLƏŞDİRMƏK (ID - 18483)

b a x ikilətmək.

İKİLƏŞMƏ (ID - 18484)

“İkiləşmək” dən f.is.

İKİLƏŞMƏK (ID - 18485)

f 1. İki olmaq, bir cut olmaq; qoşalaşmaq. Qızlar ikiləşib getdilər.
2. İki yerə ayrılmaq, şaqqalanmaq. // məc. İki cür olmaq, iki tərəfə meyil etmək, bütövlüyünü itirmək, ziddiyyətli olmaq.

İKİLİ (ID - 18486)

zərf 1. İkisi bir yerdə, ikilikdə. İkili yaşamaq. İkili getmək. - [Zeynalın] fikrində vardı ki, əvvəlcə bu ayrılmaq məsələsini, soyuqqanlılıqla bir yerdə ikili qonuşub, çocuqlarının müqəddəratını öz aralarında həll etsinlər....

İKİLİBAŞLI (ID - 18487)

zərf dan. Əvvəl-axır, gectez, nə cür olursa olsun, hər halda, necə olsa, mütləq. İkilibaşlı bu işi görməlisən.

İKİLİK (ID - 18488)

1. sif. İki rəqəmi ilə işarə olunan, nömrələnən, ölçülən və s. Ikilik taxta. Ikilik mıx.
is. İki xalı olan oyun kağızı. Ikilik atmaq. Xaç ikilik.
is. İkitirəlik, ziddiyyət. Bu aralıq həyatda bir ikilik törənmişdi....

İKİLİKDƏ (ID - 18489)

zərf İkisi bir yerdə, iki nəfər
birlikdə, üçüncü şəxsin iştirakı olmadan. Məsələni ikilikdə danışarıq. - Heç vaxt [Bəşir sözündən] qaça bilməz, burada ikilikdə qət etmişik. S.S.Axundov. Onları ikilikdə buraxsan,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed