İzahlı lüğət

İŞARƏLİ (ID - 19591)

sif 1. Başqalarından ayrılmaq üçün işarə (nişan) qoyulmuş, işarəsi olan. İşarəli səhifə. İşarəli qab.
2. məc. Üstüörtülü, kinayəli, eyhamlı. İşarəli söz. İşarəli danışıq. - O vaxtdan sonra Leylək Ələmdar Müqim...

İŞARƏSİZ (ID - 19592)

sif. İşarəsi olmayan, işarə (nişan) qoyulmamış.

İŞARƏT (ID - 19593)

bax işarə. Bir yar ki dərd bilər olsa; Göz-qaş işarəti neylər? Aşıq Abas. İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. Qonaq çadranın altından başını bulayıb, əli ilə işarət elədi...

İŞARMA (ID - 19594)

“İşarmaq” dan f.is.

İŞARMAQ (ID - 19595)

f Xəfifcə işıldamaq, işıq vermək. [Xudayar bəyin] papağının altdan gözləri elə işarır ki, adamın canına vahimə oturur. C.Məmmədquluzadə. ..Bağın qapısında yanan lampa .. işarırdı. M.S.Ordubadi. Hisli dirəkdən asılmış...

İŞARTI (ID - 19596)

b a x işarantı.

İŞARTMA (ID - 19597)

“İşartmaq” dan f.is.

İŞARTMAQ (ID - 19598)

bax işıqlandırmaq. O, sanki ümidlərini işardan bir qüvvə ardınca getdi. Mir Cəlal.

İŞBACARAN, İŞBİLƏN (ID - 19599)

sif Bacarıqlı, təcrübəli, qabiliyyətli, əlindən iş gələn. [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. N.Nərimanov. [Məcid:] Mənə də bir dənə işbilən arvad lazım idi.. B.Talıblı....

İŞBAZ (ID - 19600)

is. Özünü yalandan işgüzar göstərən adam.

İŞBAZLIQ (ID - 19601)

is. İşin prinsipial, ictimai-siyasi cəhətini nəzərə almayan, zahiri işgüzarlıq.

İŞCİL (ID - 19602)

sif. İşləməyi sevən; zəhmətsevən, işgüzar, çalışqan, işlək. - Pah! İnsan da belə işcil olar? Əjdaha kimidir! Mir Cəlal. [Kərim:] İşcil olmasına söz yoxdur. İ.Əfəndiyev. // İs. mənasında. Hər sahədə bir dalğa və hər...

İŞCİLLİK (ID - 19603)

is. Zəhməti, işi sevmə; çalışqanlıq, işgüzarlıq.

İŞÇİ (ID - 19604)

is. 1. Zehni və fiziki əməyin hər hansı bir sahəsində çalışan adam. Fəal işçi. Qabaqcıl işçilər. - Mirzağa onu istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. // Hər hansı bir müəssisədə, idarədə...

İŞÇİ-KƏNDLİ (ID - 19605)

top. Fəhlə və kəndli, zəhmətkeş, əməkçi. [Mirzə Həsən:] İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti. Ə.Haqverdiyev. [Hadı lələ:] Onların fikri işçi-kəndli sinfini azad etməkdir. S.S.Axundov....

İŞDƏK (ID - 19606)

is. dan. İş, əməl, gizli iş, kələk. [Namaz:] Mənim əlimin altında çox adamların işdəkləri var. Ə.Haqverdiyev. [Dərviş:] Dünyanın .. işdəkləri çarpaz şəkillidir. A.Divanbəyoğlu.

İŞEMİYA (ID - 19607)

is. [yun.] tib. Yerli qan azlığı; toxumalara lazımı qədər qanın çatmaması. Mərkəzi sinir sistemi və ürək əzələsi işemiyaya daha tez tutulur.

İŞƏGƏLƏN (ID - 19608)

bax işəyarayan.

İŞƏMUZD (ID - 19609)

is. iqt. Fəhləyə gördüyü işin (istehsal etdiyi məmulatın) miqdarına görə verilən əmək haqqı. İşəmuzd əmək haqqı.

İŞƏMUZDÇULUQ (ID - 19610)

is. iqt. Müəssisələrdə işəmuzd əmək haqqının tətbiqi.

İŞƏYARARLILIQ (ID - 19611)

is. İşəyarar şeyin hal və keyfiyyəti.

İŞƏYARAYAN, İŞƏYARAR(LI) (ID - 19612)

sif. Yararlı, lazımlı, gərəkli; fayda verə bilən. Işəyarar şey.

İŞGƏNCƏ (ID - 19613)

is. [fars.] Vəhşi və amansız üsullarla verilən cismani əzab. [Qətibə:] [Hüsaməddin] azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. M.S.Ordubadi. Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə;...

İŞGƏNCƏLİ (ID - 19614)

sif Əzablı, əziyyətli, ağır, dözülməz; əzab və əziyyətlə dolu. Bizim gözlərimiz önündən uzun, işgəncəli bir insan həyatı gəlib keçir. M.Hüseyn.

İŞGƏNƏ (ID - 19615)

is. [fars.] Yarıbişmiş yağlı ətin, toyuğun suyu. // Hələ cızdaq halına gəlməmiş sulu quyruq tikələrindən ibarət yemək. Qovurma, kabab, işgənə, cızdaq iyi küçəni, meydanı, meşəni bürüyürdü. Mir Cəlal.

İŞGİL1 (ID - 19616)

is. məh. dan. 1. Cəftə, qarmaq. [Kosa] .. şüşənin sınıq yerindən əlini içəriyə saldı və işgili tərpətdi. S.Rəhimov.
2. Arabanın qolu ilə boyunduruğu birləşdirən nazik ağac. // Arabanın təkəri çıxmamaq üçün oxunun...

İŞGİL2 (ID - 19617)

is. 1. Zənn, şübhə, güman.
Çətinlik, maneə, əngəl, çətin vəziyyət. Işgildən çıxmaq. □ İşgil olmaq (törətmək) - mane olmaq, əngəl yaratmaq. Işgil törətmək onun köhnə peşəsidir. İşgilə düşmək - çətinliyə,...

İŞGİLBAZ (ID - 19618)

sif məh. Hiyləbaz, kələkbaz, fırıldaqçı. Işgilbaz adam.

İŞGİLLƏMƏ1 (ID - 19619)

“İşgilləmək1#” dən f.is.

İŞGİLLƏMƏ2 (ID - 19620)

"İşgilləmək2#” dən f.is.

İŞGİLLƏMƏK1 (ID - 19621)

f məh. İşgil salmaq, işgil keçirmək. Arabanı işgilləmək.

İŞGİLLƏMƏK2 (ID - 19622)

f. Bir işin düzəlməsinə mane olmaq, əngəl törətmək, pər qatmaq.

İŞGİLLİ1 (ID - 19623)

sif məh. İşgili olan, işgillə bağlanmış, cəftələnmiş. Işgilli qapı.

İŞGİLLİ2 (ID - 19624)

sif Əngəlli, çətin, şübhəli. Işgilli iş.

İŞ-GÜC (ID - 19625)

bax iş 1 və 3-cü mənalarda. Oğul, işin-gücün bu vaxtında bilmirəm gedim, necə gedim, getməyim, necə getməyim. “Aşıq Ələsgər”. [Hacı Murad:] Oğul, .. yenə irəliki kimi işə-gücə get. S.S.Axundov. Deyib-danışaram şümşad...

İŞGÜZAR (ID - 19626)

sif 1. Bacarıqlı, işbacaran, işdə təcrübəsi olan. Işgüzar müdir. - Burada gözə dəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Əbil.. Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı....

İŞGÜZARLIQ (ID - 19627)

is. İşgüzar olma; zəhmətsevərlik, işcillik, təşəbbüskarlıq, bacarıqlılıq. Bülənd zarafatyana otağa rişxənd etməklə bərabər, anasının belə işgüzarlığına təəccüb etmişdi. Ə.Əbülhəsən. Işgüzarlıq mühüm iradi...

İŞĞAL (ID - 19628)

is. [ər.] Hər hansı bir dövlətin hərbi qüvvələri tərəfindən başqa dövlətin torpağının tutulması. Aprel işğalı. - Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, Iraq və iranlıların işğalı altında idi....

İŞĞALÇI (ID - 19629)

is. Özgə torpaqlarını zorla tutan, işğalçılıq siyasəti yeridən (adam, dövlət və s.). Yadelli işğalçılara qarşı mübarizə aparmaq. - [Uluq bəy:] Elə dərs verərik işğalçılara; Bir də üz çevirməz bu şən diyara. A.Şaiq....

İŞĞALÇILIQ (ID - 19630)

is. İşğal siyasəti yürütmə; istilaçılıq. Işğalçılıq siyasəti.

İŞIĞADAVAMLI (ID - 19631)

sif. İşığın təsiri ilə dəyişməyən, işıq təsir etməyən, işıqdan qorxmayan. Işığadavamlı boyalar (rənglər).

İŞIĞADAVAMLILIQ (ID - 19632)

is. İşığadavamlı şeyin hal və keyfiyyəti. Rənglərin işığadavamlılığı.

İŞIĞAHƏSSAS (ID - 19633)

sif. İşığa həssas olan, işıqdan təsirlənən. Işığahəssas kağız. Işığahəssas sinirlər.

İŞIĞAHƏSSASLIQ (ID - 19634)

is. İşığa həssas olma xassəsi, işığa həssas olma.

İŞIQ (ID - 19635)

is. 1. Ətrafı işıqlandıraraq, onu gözlə görünəcək hala salan şüa enerjisi; nur, ziya. Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı. Işıq şüası. - Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun...

İŞIQHAİŞIQ(DA) (ID - 19636)

zərfi Dan yeri sökülməyə başlayanda, hava işıqlaşmağa başlayanda. Işıqhaişıqda qara damın hisli bacasından içəri işıq düşdü. S.Rəhimov.

İŞIQLANDIRICI (ID - 19637)

sif. Ətrafı işıqlandıran, süni işıqlandırmağa məxsus. Işıqlandırıcı cihaz. Işıqlandırıcı raket.

İŞIQLANDIRILMA (ID - 19638)

"İşıqlandırılmaq” dan f.vs.

İŞIQLANDIRILMAQ (ID - 19639)

İŞIQLANDIRMA (ID - 19640)

“İşıqlandırmaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed