/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 228
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AYAQSIZ (ID - 2271)

sif Ayağı olmayan, qıçsız. Ayaqsız adam. Ayaqsız taxt. - Oraq onun [quşun] hər iki ayağını biçmiş, o kiçik heyvan ayaqsız (z.) qalmışdı. A.Şaiq.

AYAQÜSTÜ (ID - 2272)

1. zərf Tələsik, oturmadan, ötəri, ayaq üstündə. Ayaqüstü yemək. Ayaqüstü işləmək. Ayaqüstü xəstəyə baş çəkdim.
[Rüstəm kişi] ..işdən xəbərdar olmaq üçün .. ayaqüstü Kələntər lələşə baş çəkməyi qərara...

AYAQÜSTÜLÜK (ID - 2273)

is. Məclisdə, qonaqlıqda və s.-də qonaqlara xidmət etmə. Ayaqüstülük etmək.

AYAQYALIN (ID - 2274)

sif 1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov.
// Zərf mənasında. Ayaqyalın gəzmək. - Laçın .. [uşaqların] hər ikisinin dalınca...

AYAQYERİ (ID - 2275)

is. 1. Quyuya düşmək üçün divarlarında ayaq keçirməkdən ötrü açılan oyuq.
2. Faytonda, karetdə və s.-də minmək üçün düzəldilmiş ayaq yeri.

AYAQYOLU (ID - 2276)

is. Təbii ehtiyacları rəf etmək üçün yer; abdəstxana, rahatxana.
□□ Ayaqyoluna düşmək - ishala düşmək, qamı işləmək.

AYALAMA (ID - 2277)

məh. b a x ayalqa.

AYALQA (ID - 2278)

məh. b a x ayama.

AYAMA (ID - 2279)

is. Bir adama el tərəfindən verilən ləqəb, ad. Sadıq bir az duruxub cavab verdi ki, “lağlağı ” onun ayamasıdır.
C.Məmmədquluzadə.

AYAR (ID - 2280)

is. dan. 1. Barama, pambıq və s. bu kimi xam mallardan əldə edilən xalis malın miqdarı.
B a x əyyar.

Bu səhifə 82 dəfə baxılıb

Bağla