/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 225
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AYAĞIAĞIR (ID - 2241)

b a x agırayaq.

AYAĞIPƏRDƏLİ (ID - 2242)

sif. zool. Suda üzmək üçün barmaqlarının arası bir-birinə dəri pərdə ilə bitişik olan. Ayağıpərdəli quşlar (qaz, ördək, anqut və s.).

AYAĞISÜRÜŞKƏN (ID - 2243)

sif. dan. Əxlaqı yüngül, pozğun (qadın haqqında).

AYAĞIYÜNGÜL (ID - 2244)

bax ayağı yüngül

AYAĞIYÜNGÜLLÜK (ID - 2245)

is. Xoşqədəmlik.

AYAQ1 (ID - 2246)

is. 1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü. Balaca ayaq. Qarın üstündə heyvan ayağının izi var. Ayaq barmaqları. - Təkərlərin səsi, atların ayaqlarının tappıltısı meşələrə səs salırdı. N.Nərimanov....

AYAQ2 (ID - 2247)

is. klas. Qədəh, piyalə. Meygərçi səfa verər damağə; Axdığı üçün düşər ayağə. Füzuli. Ta girib meyxanə içrə başıma çəkdim ayaq. S.Ə.Şirvani.

AYAQAÇDI, AYAQAÇMA (ID - 2248)

is. etnoqr. Qızın toydan sonra atası evinə birinci dəfə gəlməsi adəti. Məşədi öz qızını və kürəkənini .. axşam çörəyinə ayaqaçmaya çağırmışdı. Ə.Haqverdiyev.

AYAQALTI (ID - 2249)

is. 1. Ayaq altına salınan, yaxud ayaq silmək üçün qapının ağzında, girəcəyində salınan xalça, balaca palaz, həsir, əsgi və s.
// Dar, uzun xalça. Ayaqaltı salınmış pilləkən.
Daim tapdalanan, daim hamının basıb keçdiyi...

AYAQ-AYAĞA (ID - 2250)

zərf 1. Bir vaxtda, birdən, o biriləri ilə bir vaxtda ayağını qoyub götürərək; bərabər, birlikdə. Uşaqlar ayaqayağa yeriyirlər.
2. məc. Öz hərəkət və görüşünü uzlaşdıraraq, uyğunlaşdıraraq. Zəmanə ilə ayaqayağa...

Bu səhifə 92 dəfə baxılıb

Bağla