/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 203
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ATASIZ (ID - 2021)

sif. Atası olmayan, ata tərəfdən yetim olan. Atasız uşaq. - [Fərhad:] Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim olar. Ə.Haqverdiyev.

ATASIZ-ANASIZ (ID - 2022)

sif. Yetim. [Piri kişi:] ..Balanı ölümdən xilas etmək üçün bu atasızanasızyetimi bəlaya salmısan. S.S.Axundov.

AT-AT (ID - 2023)

is. Uşaqların ağac üstə minərək oynadıqları oyun. At-at oynamaq.

ATAVİZM (ID - 2024)

[lat.] biol. Çox uzaq əcdadında olmuş xassə və əlamətlərin nəsildə görünməsi. İnsanlarda .. ulu əcdadlarının çoxdan yox olmuş əlamətləri təkdənbir ayrıayrı fərdlərdə zahirə çıxır ki, əcdadın əlamətlərinə bu cür...

ATAYANA (ID - 2025)

zərf Ata kimi, ataya məxsus bir tərzdə. Sədr atayana bir səslə: - Oğul, adam bir böyük-kiçik bilər, sözünün yerini bilər, axı. M.İbrahimov.

ATBAZ (ID - 2026)

is. [at və fars. ...baz] Son dərəcə at sevən adam, at həvəskarı. [Berezovski:] Hərgah siz atbaz deyilsinizsə, ata həvəsiniz yoxdursa, o atı mənə satın. M.S.Ordubadi. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan, şirnikib...

ATBAZLIQ (ID - 2027)

is. Həddindən artıq at sevmə, at həvəskarı olma.

ATCIL (ID - 2028)

sif. dan. Atı, at saxlamağı həddindən artıq sevən. Bundan sonra ağsaqqal həkim atcıl əmisinin qocalan vaxtı atdan nə cürə yıxıldığını xatırlayıb, özünə bəraət qazandırmaq istədi. S.Rəhimov.

ATÇAPAN (ID - 2029)

is. Cıdır iştirakçısı; jokey.

ATÇAPDI, ATÇAPMA (ID - 2030)

is. Cıdır. Milli at oyunları və atçapma yarışları.

Bu səhifə 94 dəfə baxılıb

Bağla