/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 138
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ANILMA (ID - 1371)

“Anılmaq”dan f.is.

ANILMAQ (ID - 1372)

məch. Yada salınmaq, xatırlanmaq, yad edilmək. Yazıçının xatirəsi anıldı.

ANIŞ (ID - 1373)

is. qəd. İstək, arzu, dilək. Gecə-gündüz mənim anışım budur; Görüm Huri Pəhləvandan ayrılsın. (Qoşma).

ANİ (ID - 1374)

sif. Ən az, ən qısa bir zamanda olan; bir anda, göz yumub açınca olub keçən. Ani təsir. Ani sükut. Ani ölüm. - Bizim bu ani tanışlığımızın ömrü bir-iki saatlıq söhbətdən ibarət olacaqmı? M.S.Ordubadi. Nəriman bu baxışlarda...

ANİLİK (ID - 1375)

is. Bir an içində olan şeyin xassəsi, halı.
// Müvəqqətilik, keçicilik.
// Qəfillik, gözlənilməzlik.

ANİMİZM (ID - 1376)

[lat.] İbtidai insanların hər bir şeyin ruhu olduğuna inanması, təbiət qüvvələrinə və hadisələrinə ruhi isnad verməsindən ibarət etiqadı (dini etiqadların ilk mənşəyi). Animizmin başlıca ideyası.

ANKET (ID - 1377)

[fr.] Qabaqcadan hazırlanmış suallara cavab almaq üçün sorğu vərəqəsi. Anket doldurmaq. - [Heybət:] Ərizəmi oxudular. Anketimi oxudular. Sonra da başladılar sual verməyə. M.Hüseyn.

ANKLAV (ID - 1378)

is. [fr.] Hər tərəfdən eyni bir dövlətin ərazisi ilə sərhədlənən və dənizlə sərhədi olmayan yer, torpaq. Anklavın dəniz sahili olduqda ona yarım anklav deyilir.

ANQAR (ID - 1379)

[fr.] Təyyarələrin saxlanması və cari təmiri üçün xüsusi tikili. Anqarlar istifadəsinə görə daimi, müvəqqəti və yığılıbsökülən ola bilər.

ANQIRIŞMAQ (ID - 1380)

qarş. Ağız-ağıza verib, hamısı birdən anqırmaq, bağırmaq; bağırışmaq. Daxmaları yerə yatmış dağınıq kənddə eşşəklər anqırışır, xoruzlar banlaşır.. S.Rəhimov.

Bu səhifə 101 dəfə baxılıb

Bağla