/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 135
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ANAŞAÇƏKƏN (ID - 1341)

bax anaşaçı 1-ci mənada.

ANAŞAÇI (ID - 1342)

is. dan. 1. Anaşa çəkən adam.

Anaşa (ID - 1343)

hazırlayan və ya satan adam.

ANATOM (ID - 1344)

is. [yun.] Anatomiya mütəxəssisi, anatomiya ilə məşğul olan alim.

ANATOMİK (ID - 1345)

sif Anatomiyaya aid olan. Anatomik atlas. Bədənin anatomik quruluşu.

ANATOMİYA (ID - 1346)

is. [yun.] Canlı orqanizmin forma və quruluşundan bəhs edən elm. İnsan anatomiyası. Bitki anatomiyası. Anatomiya terminləri lüğəti.

ANAYOLU (ID - 1347)

is. etnoqr. Köhnə məişətdə: ərə gedən qızın ər evindən anasına gətirdiyi hədiyyə, sovqat.

ANBAAN (ID - 1348)

zərf Getdikcə, tədriclə; dəqiqəbədəqiqə, arası kəsilmədən, fasiləsiz. Xəstənin qızdırması anbaan artır. - Boy artdıqca anbaan, divarlar qarış-qarış; Palçıqdan ətir qalxdı, a dostlar, gülab kimi. S.Rüstəm.

ANBAR (ID - 1349)

is. Taxıl, ərzaq, mal və s. saxlanmaq üçün xüsusi bina, tikili. Taxıl anbarı. Ərzaq anbarı.
□ Anbara vurmaq - 1) saxlamaq üçün anbara yığmaq; 2) məc. sonradan baha qiymətə satmaq üçün yığıb saxlamaq. Bir anbar - anbar dolusu,...

ANBARÇI (ID - 1350)

is. 1. Anbara baxan və ya anbarda işləyən adam; anbardar.
2. köhn. Keçmişdə anbarda külli miqdarda mal saxlayan iri tacir.

Bu səhifə 89 dəfə baxılıb

Bağla