/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 132
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ANA-BALA (ID - 1311)

is. Ana ilə oğlu və ya qızı. Səməd getdi. Ana-bala baş-başa verib ağlaşdılar. B.Talıblı. Taxt üstündə anabala oturublar yanaşı. Ə.Cəmil.
// Heyvanlar haqqında. Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən...

ANAC (ID - 1312)

sif. 1. Dəfələrlə bala doğub, yaxud bala yetişdirib qartlaşmış (heyvan haqqında).
// İri, yekə, güclü, qüvvətli (heyvan haqqında). Anac qurbağa. Anac toyuq. - Amma kənddən çıxıb bostanlar arasındakı cığıra təzəcə ayaq...

ANACAN (ID - 1313)

is. Anaya nəvaz işlə müraciət. [Rəsul:] Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. “Aşıq Qərib”.

ANACIQ, ANACIĞAZ (ID - 1314)

“Ana”dan oxş.

ANACLANMAQ (ID - 1315)

f. dan. Böyümək, yekələşmək.
// Qocalıb təcrübəliləşmək, ustalaşmaq.

ANACLIQ (ID - 1316)

is. 1. Dəfələrlə bala doğub yetişdirmiş və qartlaşmış heyvanın halı.
2. İrilik, yekəlik.

ANA(DAN)BİR (ID - 1317)

sif. Bir anadan olan, bir anadan doğulan.

ANADANDOĞMA (ID - 1318)

b a x anadangəlmə.

ANADANGƏLMƏ (ID - 1319)

sif. 1. Lap doğulandan xas olan; xilqətində, yaradılışında olan; fitri. Anadangəlmə nöqsan. Anadangəlmə pəltək. Anadangəlmə lal. - [Mürşüd:] Adamda gərək qanacaq anadangəlmə olsun. S.Rəhman. [Əzizin] ..anadangəlmə sağ ayağı...

ANAFORA (ID - 1320)

is. [yun.] Misraların əvvəlində eyni səsin və ya eyni sözün təkrarı.

Bu səhifə 89 dəfə baxılıb

Bağla