/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 113
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALİMƏQAM (ID - 1121)

sif. [ər.] klas. Yüksək rütbəli, yüksək vəzifəli, yüksək mövqe tutmuş.

ALİMƏNSƏB (ID - 1122)

sif [ər.] klas. Yüksək mənsəb (vəzifə) sahibi olan.

ALİMLİK (ID - 1123)

ALİMNÜMA (ID - 1124)

is. [ər. alim və fars. nüma] isteh. Alim olmadığı halda özünü alim kimi göstərən, özünü alimə oxşadan adam, alim qiyafəsinə girən adam; yalançı alim.

ALİMNÜMALIQ (ID - 1125)

is. köhn. Alim olmadığı halda özünü alim kimi göstərmə, özünü alimə bənzətmə, alim qiyafəsinə girmə; yalançı alimlik.

ALİNƏSƏB (ID - 1126)

sif [ər.] klas. Yüksək rütbəli, yüksək mənsəb sahibi olan.

ALİŞAN, ALİŞƏN (ID - 1127)

sif. [ər.] klas. 1. Yüksək şan və şərəf sahibi olan. Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir. Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.
2....

ALİTƏHSİLLİ (ID - 1128)

sif. Ali məktəb bitirmiş. Alitəhsilli mütəxəssis. Alitəhsilli müəllim.

ALİYƏ (ID - 1129)

sif. [ər.] klas. Uca, yüksək.

ALİZARİN (ID - 1130)

[fr. əsli ər.] tex. kim. Boyaq deyilən bitki kökündən alman, yaxud süni (sintetik) surətdə hazırlanan boyaq maddəsi. Alizarin mürəkkəb. Alizarin boya.

Bu səhifə 105 dəfə baxılıb

Bağla