/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 111
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALIŞQAN2 (ID - 1101)

sif. Bir şeyə vərdiş etmiş; adətkərdə, vərdişli.

ALIŞQANLIQ (ID - 1102)

is. Tez alışan, tez yanan, tez alovlanan şeyin xassəsi.

ALIŞMA1 (ID - 1103)

“Alışmaq!”dan f.is.

ALIŞMA2 (ID - 1104)

“Alışmaq2”dan f.is.

ALIŞMA3 (ID - 1105)

is. məh. Bir neçə adamın şərikli qoyun və ya mal kəsməsi. [Bəxti:] Ay balam, mənim öz ətim ola-ola, niyə qoca inəyə alışma olum. S.Rəhimov.

ALIŞMAQ1 (ID - 1106)

f Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı.
// məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani....

ALIŞMAQ2 (ID - 1107)

f 1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. - Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları...

ALIŞMALIQ (ID - 1108)

sif. məh. Alışma üçün qoyulan, ayrılan (b a x alışma3#). Alışmalıq qoyun.

ALIŞ-VERİŞ (ID - 1109)

is. 1. Alver, ticarət, alğısatqı. Alış-verişlə məşğul olmaq. - Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Ə.Haqverdiyev. [Hacı Saleh:] Alış-veriş belədir ki, beşinə sən borclu olursan, beşi də sənə....

ALIŞ-VERİŞÇİ (ID - 1110)

Bu səhifə 98 dəfə baxılıb

Bağla