/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - A hərfi ilə başlayanlar - H. 106
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ALEBASTR (ID - 1051)

[yun.] Divara suvaq çəkmək üçün, yaxud heykəltəraşlıq işlərində və cərrahlıqda işlədilən ağ gips; kəc.

ALEUT (ID - 1052)

is. Aleut və Komandor adalarının əsas əhalisinin adı və bu əhaliyə mənsub adam.

AL-ƏLVAN (ID - 1053)

sif. Rəngbərəng, ala-bəzək. Dağlar başı al-əlvan; Halım olubdur yaman; Gedirəm halal eylə; Gəlməyimə yox güman. (Bayatı). Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər. A.Səhhət.

ALƏM (ID - 1054)

is. [ər.] 1. Kainat, dünya, yer üzü. Qış günü qurtarmaqda idi, üfüqlərdən qatı bir qaranlıq aləmə yayılırdı. M.İbrahimov.
// Məc. mənada. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin; Hiç nemət görmədim didari-dilbər tək...

ALƏMARA(Y) (ID - 1055)

sif. [ər. aləm və fars. ara] klas. Dünyanı bəzəyən, dünyanın bəzəyi olan, gözəl, parlaq. Şəmi-ruyin afitabi-aləmaradır sənin. Füzuli.

ALƏM-AŞKAR (ID - 1056)

sif. və zərf [ər. aləm və fars. aşkar] Apaydın, açıqdan-açığa, hamıya məlum olan; hamının gözü qabağında olan. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir.

ALƏMƏFRUZ (ID - 1057)

sif. [ər. aləm və fars. əfruz] klas. Dünyanı işıqlandıran; aləmi bəzəyən, gözəlləşdirən. Bir gün ki, baharialəməfruz; Vermişdi cahana feyzi-novruz. Füzuli.

ALƏMGİR (ID - 1058)

sif. [ər. aləm və fars. gir] klas.
Aləmə yayılan, dünyanı tutan (səs, şöhrət, şayiə və s.).
Dünyanı tutan, istila edən; cahangir.

ALƏMŞÜMUL (ID - 1059)

sif. [ər] Bütün dünyaya şamil olan, bütün dünyaya aid olan, bütün dünya üçün əhəmiyyəti olan. Aləmşümul əhəmiyyəti olan hadisələr. Aləmşümul tarixi qələbələr.
// Aləmə yayılmış. O məmləkətlərin heç birində...

ALƏMTAB (ID - 1060)

sif. [ər. aləm və fars. tab] klas. Dünyanı işıqlandıran, cahanı parladan. Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafər, xaç asdı, içdi şərab. H.Cavid.

Bu səhifə 94 dəfə baxılıb

Bağla