İzahlı lüğət

ZARAFAT

1. is. [ər.] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat. - Məhbub xanım gördü Koroğlu keçdi zarafata. “Koroğlu” . Bəndalı əvvəllər başa düşmür, Məşədi Hüseynin sözlərini zarafat, ya bir xoş sözsöhbət sayırdı. Mir Cəlal. Kələntərli həmişə dara düşəndə olduğu kimi, indi də zarafata əl atdı. İ.Hüseynov. □ Zarafat bir yana danışarkən tamamilə ciddi tona keçmək istənildikdə deyilən ifadədir. Zarafat deyil ciddi məsələdir, əhəmiyyətli məsələdir. ..Camaatı ələ dolamaq zarafat deyil. U.Hacıbəyov. [Sədr:] Eyvaz kişini qınamaq olmaz. Zarafat deyil, bir il tamam olmamış kişinin sinəsinə qoşa dağ çəkildi. Ə.Vəliyev. Zarafat etmək (eləmək) - əylənmək, oynamaq, dilxoşluq etmək. Olmaya sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif. Cumayəm, istərəm zarafat edəm; Nə fayda, yanından getməz xocası. Molla Cümə. Kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Ə.Haqverdiyev. [Əhməd] buçağacan barıtla, güllə ilə zarafat eləməmişdi. B.Talıblı. Zarafat öz yerində - bax zarafat bir yana. Zarafata salmaq - zarafatla ötüşməyə, işin içindən çıxmağa çalışmaq. Sən zarafata salıbsan, amma mən düzünü deyirəm. M.Rzaquluzadə.
2. zərf Zarafatla şəklində: zarafat yolu ilə, zarafat tərzində, ciddi olmayaraq. Zarafatla demək. - Sözün düzünü zarafatla deyərlər. (Məsəl). Elçin də atasının zarafatına zarafatla cavab verdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed