İzahlı lüğət

YOXSUL

1. is. Yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan, ehtiyac içində olan adam; kasıb, möhtac. Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Almaz:] Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın. Bütün yoxsullar varlansın... C.Cabbarlı. [Zeynəb deyir:] Xeyr, yoxsullar iclasında keçibdir, gərək otaqları boşaldasan. Qantəmir. // Sif. mənasında. Yoxsul kəndlilər. Yoxsul adam. Əhalinin yoxsul təbəqəsi. - Mirbalayev yoxsul bir kəndlinin oğlu idi. M.Hüseyn.
2. sif. Miskin, kasıb, bəzəyi-düzəyi olmayan, çox sadə. İçərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. // Bir şeyi çatışmayan, ya az olan; nöqsanlı, çox məhdud. Ağıldan yoxsul. - [Nizami:] Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir! M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

YOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed