İzahlı lüğət

YANIQ

1. is. Yanmış şey. Yanıq qoxusu. Yanıq dadı.
2. is. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə. // Yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. Əlinin yanığı. Üzündə bir yanıq var. sif. Susuzluqdan qurumuş, yanmış. Qurudu Əjdərin yanıq boğazı; Dolandı başına çiçəkli yazı. H.K.Sanılı. Yanıq torpaq yandırmışdı hər barını; Qurutmuşdu saplağında ilk baharın novbarını. M.Dilbazi.
sif. məc. Dərdli, qəmli, ürəyində dərdi olan; yanıqlı. [Qurban] tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. A.Şaiq. Açmayır dərdini qərib bir kəsə; Qulaq verib durur hər yanıq səsə. Ə.Cavad. Baxdı anasının yanıq üzünə; Dağınıq saçına, yaşlı gözünə.. H.K.Sanılı.
sif. Cılız, zəif, sısqa.
□□ Yanıq vermək - acıq vermək, acıqlandırmaq, qəsdən hirsləndirmək, qızışdırmaq. Deyəsən, Rübabə Vahid ilə birləşib Gəldiyevə meydan oxuyur, ya yanıq verirdilər. Mir Cəlal. Yanığını çıxartmaq - acığını çıxarmaq, intiqam almaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YA1

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed