İzahlı lüğət

XIRDA-PARA

sif 1. Xırda, kiçik. Köç vaxtı, özün bilirsən ki, xırda-para şeylər çox olur və tərəkəmə əhlində də insaf olmaz, əlinə hər nə gəlsə, ağırlığına, yüngüllüyünə baxmayıb, atır dilsiz-ağızsız heyvanın üstə.. F.Köçərli. [Hacı Novruz:] Xırda-para mülk sahibləri hamısı bizim tərəfimizdə olacaqlar. Ə.Haqverdiyev. // Is. mənasında. Xırda, kiçik şey və s. [Kərbəlayı Məhəmmədvəli:] Ancaq bu qış səkkiz camışım, on dörd inəyim, xırda-paradan başqa, tələf olubdur. N.Vəzirov.
2. məc. Əhəmiyyətsiz, cüzi, kiçik. Indiyə qədər də [Meşinovun] xırda-para işlərdə ilişib qalmağı yalnız müvəqqəti bir haldır. S.Rəhimov. [Nazlı:] Ancaq, Rövşəncan, bizim burada bəzi xırda-para işlərimiz var. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed