İzahlı lüğət

XƏZ

is. 1. Xəzli heyvanların bədənini örtən tük örtüyü; yun. Dələ xəzi. // Bu cür heyvanların işlənmiş, aşılanmış dərisi. Xəz ticarəti. Xəz tədarükü. - Hər il ovçular yüz milyon manatlarla qiyməti olan xəz dəri, piy, ət, quş tükü və s. məhsul əldə edirlər. M.Rzaquluzadə.
2. Xəzdən tikilmiş, xəzdən hazırlanmış. Xəz papaq. Xəz yaxalıq. - Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi, atlar, inəklər vəd edərdilər; ipək abalar, xəz cübbələr verilərdi.. Çəmənzəminli. [Hacı Saleh:] Amma onun atasının sən çöldə qalmışı öz oğlu kimi xəz paltolu saxladığı hamıya məlumdur. S.S.Axundov. [Fatma] xəz palto geyib, başına və boynuna qalın yun şərf bağlamışdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed