İzahlı lüğət

XEYİRXƏBƏR

is. [ər.] Xoş xəbər, ürəkaçan, şad xəbər. Deyəsən, xeyirxəbərin var. [Qadın:] Sən də gərək Hafizdən bir fal açasan, görək qubernator xeyirxəbər gətirəcəkdimi? M.S.Ordubadi. // Xeyirxəbər gətirən. Telli xala bu xeyirxəbər qadının dodaqlarından öpmək istəyirdi. Mir Cəlal.
□□ Xeyirxəbər olasan! (olasınız!) - şad, xoş xəbər gətirən adama razılıq, təşəkkür ifadəsi. [Fatmanisə:] Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Deginən: sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Ə.Haqverdiyev. [Zeynal Leylaya:] Sizi xeyirxəbər olasınız, doktor! B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAN

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed