İzahlı lüğət

XƏTİR

is. [ər.] Hörmət, ehtiram, sayğı; şan-şərəf. Xətrini əziz tutmaq. Xətrini istəmək. Xətir üçün xəstə yatmazlar. (Ata. sözü). Xətir qoymaq (saxlamaq) - hörmət eləmək, hörmətini saxlamaq; güzəşt eləmək. Xətri qalmaq - incimək, narazı qalmaq, könlü qırılmaq. Xətri xoş olmaq - ürəyi açılmaq. Xətri(n) istədiyi qədər - bax ürəyi(n) istədiyi qədər ("ürək”də). Xətrindən keçməmək - bax üzündən keçə bilməmək (“üz”də). [Xəlfə:] [Dursun] daha Aslan bəyin xətrindən keçmərəm. C.Cabbarlı. Xətrinə dəymək (qıymaq, toxunmaq) - könlünü qırmaq, ürəyinə (qəlbinə) dəymək, toxunmaq. Nə dedim xətrinə dəydi; Üzün məndən niyə döndü? Aşıq Ələsgər. Nə bir nəfər ona “yox” dedi; Nə bir nəfər xətrinə qıydı. R.Rza. Xətrini istəmək - yanında hörməti olmaq, çox saymaq, hörmət etmək, sevmək. Ikram əmisi Ağayarın xətrini çox istəyirdi. Ə.Əbülhəsən. Xətrini qırmaq (sındırmaq) - b a x xətrinə dəymək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed