İzahlı lüğət

XƏTƏR

is. [ər.] 1. Təhlükə, qorxu. [Şah öz-özünə:] İndi bütün ümidim vəzirin fərasətinədir, yəqin keçəni görüb mənim xətərdə olduğumu anlar. Ü.Hacıbəyov.
2. Ziyan, zərər. [Həcər:] Ömrün uzun olsun, Qəhrəman qardaş; Xətər görməyəsən heç zaman, qardaş!.. S.Rüstəm. □ Xətər dəymək (gəlmək, toxunmaq) - 1) ziyan dəymək, zərər dəymək. Güclü, doludan taxıla xeyli xətər toxundu. - Səlim bildi ki, belə ovçulardan bu quşlara bir xətər gəlməz. M.Rzaquluzadə. Nə qarajın qapısından asılan qıfil sındırılıb, nə də maşının açar yerinə bir xətər dəyib. H.Seyidbəyli; 2) fəlakət, bədbəxtlik üz vermək; fəlakətə, faciəyə uğramaq, ziyan dəymək. Mən misal üçün deyirəm ki, iki-üç günlüyə göz-qulaq olaq ki, uşaqlara bir xətər toxunmasın. S.Rəhimov. [Şeyx Amiri qullara:] Dərhal oğlumun izinə düşüb səhraya gedin! Dalınca gəzin, keşiyin çəkin, ona bir xətər dəyməsin. Ə.Məmmədxanlı. Xətər vurmaq qəsd etmək, ziyan vurmaq; öldürmək. [Qarı Nurəli xana:] İndi sənə bir yağı göz dikibdir, .. xətər vurmaq istəyir. Çəmənzəminli. Xətər yetirən - toxunan, təhqir edən. Qayınata isə arvadı ilə namusa xətər yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. Çəmənzəminli. Xətər yetirmək
zərər yetirmək, fəlakətə uğratmaq, canına qəsd etmək; vurmaq, yaralamaq. [Eyvaz dəlilərə:] Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər. “Koroğlu”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAH

44

XAK

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed