İzahlı lüğət

XAMUŞ

zərf[fars.] Dinməz, susmuş, sakit (halda). Xamuş dayanmaq. Xamuş olmaq.
Nadir daxil oldu, qeybət kəsildi, hamısı xamuş oturub çay içməyə məşğul oldu. B.Talıblı. // Əmr şəklində: xamuş! - sus! dinmə! sakit! səssiz! Mən böylə kəlamə dutmazam guş; Leyli sözü söylə, yoxsa xamuş! Füzuli. [Şah qəzəblə:] Xamuş! Artıq söz lazım deyildir. U.Hacıbəyov. □ Xamuş eləmək (etmək) 1) susdurmaq. Mədhi-güldən bülbüli gülşəndə xamuş eylədim. S.Ə.Şirvani; 2) məc. keçirmək, söndürmək. Kəsdim öz əlimlə öz ayağım; Xamuş elədim mən öz çırağım. M.Ə.Sabir. Xamuş olmaq - 1) susmaq, səsini kəsmək, dinməmək, sakit olmaq. [Cəfərqulu xan:] Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir. Ə.Haqverdiyev; 2) məc. keçmək, sönmək. Gah olur xamuş, gahi odlanır yerdən çıraq. Qövsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed