İzahlı lüğət

ÜRƏK

is. 1. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. Ürəyin döyünməsi. Ürək xəstəliyi. // Döşün qol tərəfində həmin orqanın üstündəki yer. Ürəyini tutmaq. - Bibixanım əlini ürəyinin üstünə qoydu.. B.Bayramov.
məc. Həmin orqan insanın hiss, həyəcan, əhvali-ruhiyyə, təəssürat simvolu kimi. Adamın ürəyi sevinir. Ürəyini həyəcanlandırmaq. Ürəyim sakit deyil. - [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. U.Hacıbəyov. Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. M.İbrahimov. // məc. Bu orqan həssaslıq, xeyirxahlıq simvolu kimi. Ürəyi olmayan adamlar onu başa düşə bilməzlər. // Həmin orqan məhəbbət, sevgi, eşq, vurğunluq, qəlbən bağlılıq kimi (bu mənada əsasən “qəlb” sözü işlənir).
məc. bax qəlb2 2-ci mənada. [Fitnə:] Bu, elin öz istəyidir; El dövlətin ürəyidir. Şaiq.
məc. Cəsarət, hünər. Gecə ikən bir qadının təkbaşına ormana getməsi böyük bir ürək və cəsarət istər. S.Hüseyn. Ürəyindən
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ÜZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed