İzahlı lüğət

ÜNVAN

is. [ər.] 1. Bax adres 1 və 2-ci mənalarda. [Maral] çox sağ ol! - dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. Ə.Əbülhəsən. Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. M.Dilbazi. Ünvanına şəklində - haqqında, barəsində, aid. Ərlə arvad ünvanına qoşa sağlıqlar; Deyildikcə fikrə getdi qəm yeyə-yeyə. S.Vurğun. [Qüdrət] şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. M.Hüseyn.
klas. Ünvanında, ünvanlı şəklində adında, adlı, sərlövhəli, adı altında. Bu aprelin 4-də .. elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum M.F.Axundzadənin “Məstəli şah” ünvanında tərtib etdiyi komediyanı oynayıblar. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed