İzahlı lüğət

TƏHQİR

is. [ər.] Heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət, alçalma, alçaltma. [Xəyyam:] Xəyyamə nə lazımdı ki, zəncir; Onsuz da köləndir, bu nə təhqir? H.Cavid. [Qulu:] Mən belə təhqirlərə dözə bilmərəm. I.Əfəndiyev. □ Təhqir etmək - heysiyyətini alçaltmaq, mənliyinə toxunmaq, şərəfsiz etmək, alçaltmaq. [Gəray:] Məni Nüşabə eylədi təhqir; Tökürəm intiqam üçün tədbir. A.Şaiq. Onlar təhqir etmədi; Sən təhqir etdin onu. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

TE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed