İzahlı lüğət

SIRIMAQ

f 1. Arasına (içinə) yun, pambıq qoyulmuş mitili və s.-ni iri tikiş ataraq tikmək. Yorğança sırımaq. Döşək sırımaq.
[Gülcahan:] Vay, yorğanı sırıyanda yaddan çıxıb [qayçı] içində qalıbdır. T.Ş.Simurq. ..Əlində təzə yorğan sırıyan arvad ərinə müraciət elədi. Ə.Abasov.
2. məc. dan. Zorla və ya aldatma yolu ilə qəbul etdirmək, almağa məcbur etmək. [Ələsgər:] Bir vədə var idi, arşını beş şahıya satdığın çiti Hacıya iki abbasıya sırıyırdın. Ə.Haqverdiyev. [Mirzə Cəlil:] Əsgər bəy yüz gədənin artığı baldızını mənə sırımaq istəyir. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAC

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed