İzahlı lüğət

ŞƏFƏQ

is. [ər.] 1. Gün çıxmadan və ya batarkən göydə görünən qızartı. Od tutub qırmızı atəşlə yenə yandı üfüq; Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq. A.Səhhət.
2. məc. Parıltı, bərq, şölə. [Qadın] üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. M.S.Ordubadi. [Hacı Murad:] ...Almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. □ Şəfəq vermək (salmaq, saçmaq) - parıldamaq, bərq vurmaq, işıq saçmaq, şölələnmək. Burdan bir atlı getdi; Atın oynatdı, getdi; Gün kimi şəfəq saldı; Ay kimi batdı, getdi. (Bayatı). Buludlar dağlara yavıqlaşdıqca kənarları ağarıb gümüş kimi şəfəq verirdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed