İzahlı lüğət

QIRPIM

is. (adətən “bir” , “bircə” sözü ilə). 1. Göz yumub açınca keçən vaxt; an, ləhzə. Dilbər bir qırpım dayandı. C.Cabbarlı. Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız .. qəzəblə dilləndi. M.Rzaquluzadə.
Bir qırpımda, bir göz qırpımında - bir anda, göz açıb yumunca, çox tez. Bir qırpımda divardan aldı ələ qılıncı. S.Rüstəm. Bir qırpımda gedirəm min illik bir həyata. R.Rza. [Ayaz] bir göz qırpımında atın üstünə sıçrayıb .. gözdən itdi. Ə.Məmmədxanlı.
2. Heyvanın (qoyunun, inəyin və s.-nin), yaxud qazın bir dəfəyə qırpa biləcəyi qədər az miqdar. Bir qırpım ot. Bir qırpım yonca.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

QOV

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed