/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_40.php

İzahlı lüğət

QAYNAŞMAQ

f. 1. Bax qaynamaq 4-cü mənada. Kişilər, övrətlər, uşaqlar.. qarışqa kimi qaynaşırlar. C.Məmmədquluzadə. Adamlar stansiyada qaynaşırdılar. A.Şaiq. [Piri baba və qızlar] bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi qaynaşırlar. S.S.Axundov.
Hərəkət etmək, tərpəşmək, bir-birinə qarışmaq. Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli. Doğrudan da yuxarıda qəribə bir mənzərə var idi; dağların zirvəsində buludlar qaynaşır. M.Hüseyn.
Bax qaynamaq 6-cı mənada.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......