İzahlı lüğət

QAİB

[ər.] 1. Olmayan, hazır olmayan, gəlməmiş, gözdən uzaqda olan (hazır müqabili). Bu gün məktəbdə bir nəfər də olsun, qaib yoxdur. □ Qaib olmaq - yox olmaq, gözdən itmək. O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın; Olubdur çeşmimə tarik yeksər bu cahan sənsiz. S.Ə.Şirvani. Iyirmi-iyirmi beş igid hərəsi bir at eşiyə çəkib çaparaq mindilər və qaib oldular. C.Məmmədquluzadə. Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur. Çəmənzəminli.
2. Qrammatikada: üçüncü şəxs, haqqında danışılan şəxs. Azərbaycan dilində “o” qaib əvəzliyidir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

QAL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed