İzahlı lüğət

QADİR

sif. [ər.] 1. Qüdrətli, böyük qüvvət və qüdrət sahibi olan. Qadir xalqımız öz gələcəyinə inamla baxır. // Bacaran, qabil; qüvvəsi, gücü çatan. Hər ikisi şiddətli naxoş olduqlarından hərəkətə qadir deyildilər. M.S.Ordubadi. □ Qadir olmaq - bacarmaq, bir şeyi etməyə qüvvəsi və qüdrəti olmaq. [Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında qorxuram iqrara qadir olmuya. M.F.Axundzadə. Yavaş-yavaş ətrafımdakı şeyləri seçməyə qadir oldum. S.S.Axundov.
din. Yaradan, Allah mənasında. □ Qadiri-mütləq - Allah. Axı Kərəmov özünü qadiri-mütləq bilirdi.. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed