İzahlı lüğət

PƏRDƏLİ

sif 1. Pərdəsi olan, pərdə salınmış, pərdə asılmış. Pərdəli qapı. - Pəncərəsi ipək pərdəli evlərdə; Min təlaş var, min həşir. R.Rza.
Saylardan sonra gələrək, səhnə əsərinin neçə pərdədən ibarət olduğunu göstərir. Üç pərdəli komediya. Dörd pərdəli drama.
Zərf mənasında. Aradakı hörmət, həya, ədəb normalarına riayət edərək. [Mirzə Cəmil] qızla pərdəli dolanmaq, həyalı rəftar etmək fikrində idi. Ə.Vəliyev.
məc. Açıq olmayan, üstüörtülü. Pərdəli söz. - [Qoca:] Oğlum, sən pərdəli (z.) danışdın, sözlərini anlamadım, nə demək istəyirsən? A.Divanbəyoğlu. Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PEY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed