İzahlı lüğət

PARÇA1

is. 1. Parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi. Kağız parçası. Odun parçası. - Buruqların dörd tərəfində dəmir və taxta parçaları gözə dəyirdi. M.İbrahimov. Dəstə sürüşkən daş və qaya parçalarının üzəri ilə aşağıya enməli idi. S.Vəliyev. // Tullantı, qırıntı. Şüşə parçaları.
Bir əsərin, çıxışın müəyyən hissəsi. “Vaqifi’dən parça göstərmək. Musiqiparçası.
Bir nəfər artist Kərimbəyin “Süngü” adlı təzə əsərindən parça oxudu. Mir Cəlal. Məktəbin divar qəzetində arabir [S.Vurğunun] kiçik parçalarını; şeirlərini oxumuşduq. O.Sarıvəlli.
“Bir” sözü ilə: bir parça - bir az, bir tikə, bir qırıq. Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi birparça əti eləcə qoyub, əlindəki bıçağı yerə buraxdı. S.Hüseyn. Hədiyyə birparça çörək götürüb qəzetə bükdü. Mir Cəlal.
parça-parça zərfi və sif. Sınıq-sınıq, xıncım-xıncım, tikə-tikə. [Əlimuxtar:] Arifi Hikmət elə vurdu yumruğu stolun üstə ki, stolun şüşəsiparça-parça oldu. C.Cabbarlı. İri güzgü sıçrayıb yerə düşdü və parça-parça oldu. S.Rəhman. // Cırıq-cırıq. Kərbəlayı Ağcanın köynəyi parça-parça olmuşdu. Çəmənzəminli. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parça-parça olmuşdu. Ə.Vəliyev. // Doğram-doğram, tikə-tikə. [Qız Məlikməmmədə:] Ay cavan, yazıqsan, qayıt gizlən, indicə div oyanar, səni parça-parça elər. Çəmənzəminli. [İncə:] ..Doğru bir şey bilərsə, inan, məniparça-parça doğrayar. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed