İzahlı lüğət

MÜVƏFFƏQİYYƏT

[ər.] 1. is. Bir şeyi əldə etmə, istəyinə, məqsədinə nail olma, işdə əldə edilən yaxşı nəticə; uğur, nailiyyət. Müvəffəqiyyət qazanmaq. Müvəffəqiyyət əldə etmək. - Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat dapeşkəş verdi. Ə.Haqverdiyev. Ilk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq.
2. Müvəffəqiyyətlə şəklində zərfi- öhdəsindən gələrək, qarşıya qoyulan məqsədə nail olaraq, qələbə ilə, yaxşı nəticə ilə. Işləri müvəffəqiyyətlə başa çatdırmaq. - [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. Iclasın müvəffəqiyyətlə keçməsinə, kəndlilər arasında canlanmaya baxmayaraq, Malik narahat idi. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed