İzahlı lüğət

MÜTƏARİF

sif. [ər.] köhn. 1. Məlum, məşhur, bilinən, tanınan. // Xəbər şəkilçisi ilə: mütəarifdir - tanınır, məşhurdur. Mirzə Fətəli “Səbuhi” təxəllüsü ilə mütəarifdir. F.Köçərli.
2. Adi, həmişəki. Molla Ibrahimxəlil tez mütəarif ev libasında.. çadırın qabağında durub şagirdi Molla Həmidi çağırdı. M.F.Axundzadə. Müəllim [Molla Xəlilin] qapısından ötüb keçdikdə “Yolunuzu yaxın ediniz! Qulluğunuzda olaq! - kimi mütəarif sözlərlə onu evinə çağırmışdısa da, məqsədinə yetişə bilməmişdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed